05 dek 12:31olke

Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim”

Xüsusən də sonluğu yetərincə gərgin keçən oyundan sonra baş məşqçilərin nə deyəcəyini maraqla gözləyirdik. Konfrans salonuna Roberto Bordin daxil oldu, matçla bağlı fikirlərini səsləndirdi, ardınca sualları cavabladı: “Çətin oyun oldu. Çox qapanan komandaya qarşı oynadıq. İrəli atılırdıq, cinahlardan müxtəlif hücumlar edirdik. Rəqib də sürətli əks-hücumlar yarada bilirdi. Çoxlu qol vəziyyəti yaratdıq. Məncə, heç olmasa, 1 qol vurmağa layiq idik”.
- Qolu axtarmaq üçün çoxlu əvəzləmələr etdiz. Sanki hücumçunuz Rauf Əliyevin meydanda olması qol vurmağınıza mane olurdu.
- Bu fikirlə razı deyiləm. Bu gün Raufun işi çox çətin idi. Onu rəqib müdafiəçilər hərtəfəli “bağlayırdı”, 3 mərkəz müdafiəçisinə qarşı oynayırdı. Ona görə də önündə boşa sahə tapa bilmirdi. Rəqib müdafiə olunanda qol epizodu yaratmaq çətin olur.
- "Neftçi"də belə ənənə vardı ki, ən çox qol şansı qaçıran komanda idi. Demək olarmı ki, bu xoşagəlməz ənənə hələ davam edir?
- Deməzdim ki, bu, ənənə halını alıb. “Qəbələ” ilə ötən oyunda çox sayda qol imkanı yaxaladıq və 4-nü qola çevirdik. Bəzən alınır, bəzən yox. Qol vəziyyətləri yaratmasaydıq, bu məni narahat edərdi, ona görə də çıxış yolu axtarardım.
- "Neftçi"nin ötən mövsümdən Bayıldakı oyunları çox çətin alınır, əksər vaxt xal itirir. Təkcə "Səbail"lə yox, bundan əvvəlki səfər matçında "Keşlə"yə məğlub olmuşduz. Bunu necə izah edərdiz? Əsas səbəb süni örtükdü, yoxsa...
- Əlbəttə, fərqli ot örtüyünün təsiri var. Çünki təbii otda oynamağa öyrəşmişik. Burda isə çətindi. Ancaq bunu səbəb saymıram. Bu gün komandam yaxşı oynadı. Futbolçularımız "Keşlə" ilə oyunla müqayisədə bu qazona daha yaxşı uyğunlaşmışdı.
- Bu gün qələbə qazanmamağınızın əsas səbəbini nədə görürsüz?
- Bizdə çatışmayan yalnız qol idi. Meydanda qalan şeyləri etmişdik. Matçı ətraflı təhlil edəndən sonra qələbə qazanmamağınızın daha dərin səbəblərini deyə bilərəm. Bu qədər qol imkanını boşa verməyimiz üzücüdü. Lakin ümumi götürsək, komanda yaxşı təsir bağışladı.
Ardınca kameralar qarşısında Aftandil Hacıyev göründü. Bir neçə dəqiqə öncə “Neftçi” azarkeşləri ilə “atışan” baş məşqçinin əhvalının yerində olmadığı dərhal hiss olunurdu. Bəndənizin bununla bağlı sualı zamanı da Hacıyev “ürəyini boşaltdı”: "Bizi çətin oyun gözlədiyini bilirdik. Heyətimizdə də itkilər vardı. Bu qədər itki olanda istər-istəməz öz təsirini göstərir. Buna baxmayaraq, meydanda istədiyim "Səbail"i gördüm. İlk hissədə iki real şansı boşa verdik, ikinci yarıda isə penaltidən yararlana bilmədik. 3 xal daha yaxşı olardı. Amma bu gün 1 xal qazandığımızı düşünürəm. Çünki "Neftçi" kimi rəqibə qarşı oynadıq. Futbolçularımı layiqli mübarizəyə görə təbrik edirəm. Qələbəyə layiq oyun nümayiş etdirdilər.
- “Neftçi”dən xal alsaz da, “Səbail” kimi komanda 9 oyundu qələbə qazana bilmir. Problem nədi?
- Bu gün “Səbail”in sonuncu pilləyə düşməsinə kimlərsə təəccüblənsələr də, təəccüblü olmamalıdı. Ötən mövsüm bürünc medallar qazanan komandanı yayda 14 futbolçu tərk etdi. Təkcə bu faktla söhbətə nöqtə qoyulmalıdı. Klub siyasətində dəyişiklik oldu və bu gün əsas məqsədimiz daha çox yerli futbolçulara şans verməkdi. Statistikaya o qədər də önəm vermirəm. “Qalatasaray” da bütün yarışlarda 8 oyundu qalib gələ bilmir. Yəni böyük komandalarda da belə hallar yaşanır.
- “Səbail”in heyətinin “Sumqayıt”la “Qəbələ”dən zəif olduğunu düşünürsüz?
- Siz necə düşünürsüz?
- Məncə, xeyr. Onların heyətində Ağabala, Mirabdulla, Koçuk kimi futbolçular yoxdu.
- “Qəbələ”nin çox yaxşı heyəti var. Dünən “Zirə”ni 3:0 udmaqları da bunun sübutudu. Üstəlik, 6 legionerin xidmətindən yararlana bilirlər. Bu cəhətdə də bizdən üstündülər. “Qəbələ” 15 il əvvəl akademiya yaradıb, bu gün həmin akademiyanın uşaqlarından istifadə edə bilirsə, bunun özü də böyük üstünlükdü. Yox, siz başqa cür düşünürsüzsə, fikirlərinizə hörmətlə yanaşıram.
- Ağabala oyunun gedişində Bordinin ünvanına təhqiramiz ifadələr işlədirdi. Buna münasibətiniz necədi?
- Aqressivliyi təkcə azarkeşlər tərəfindən yox, rəqib komandanın üzvlərindən də hiss edirik. Meydana girib gənc oyunçumuz Elçinə söz atırlar. Əlbəttə, xoşagəlməz haldı. Amma təcrübə topladıqca bərkiyirlər. Futbolçunu da başa düşmək lazımdı. Məğlub olmaq istəmir, mübarizə aparır. Bu gün öz oyunumuz və nəticələrimiz haqda düşünməliyik. Bizi heç bir komandanın fikri maraqlandırmır, o cümlədən “Qarabağ”ın. “Qarabağ”la oyunda sona qədər yaxşı oynayıb, son saniyələrdə qapımızda top görmüşdük.
- “İstefa” çağırışlarını adekvat hesab edirsiz?
- Qarşıma konkret hədəf - mükafatçı yerlərdən birini tutmaq və ya Avroliqaya vəsiqə qazanmaq - qoyulsaydı, şəxsən özüm istefa verib gedərdim. Rəhbərliklə danışıqlarda “gənclərə daha çox şans ver, komanda sonuncu pillədə olsa belə, problem yoxdu, Avroliqa o qədər də önəmli deyil” kimi sözlər eşidirəm və buna uyğun da iş görürəm. Sözsüz, ambisiyalı məşqçi kimi sonuncu pilləni qəbul etmirəm. Vəziyyətdən çıxmağımızı istəyirəm. Amma çox çətindi. Sadəcə, “Səbail”in ötənilki uğuru insanları aldadır. Sırf yerli futbolçularla ciddi uğur qazanmaq çətindi. Son 10-15 ildə ancaq azərbaycanlı futbolçulardan qurulan hansısa komandanın çempion olduğunu xatırlamıram. 20-25 il əvvəl “Şəmkir”in, “Kəpəz”in vaxtında olurdu, ancaq indi çox çətindi. Bunu deməklə məsuliyyəti üzərimdən atmıram. Sadəcə, ümumi durumu başa salmaq istəyirəm.
- Qışdan sonra indiki futbolçuları saxlamaq çətin olmayacaq?
- Bu dəqiqə bizi narahat edən məsələ budu. Hər biri daha iddialı komandada oynamaq istəyir. Ağabala, Rahid, Şəhriyar kimi futbolçuları qorumaq lazımdı. Qış fasiləsinə qədər gözləyək. Hər halda, komandanı tərk etmələri mümkündü.
- Elvin Yunuszadə ötən oyunda ehtiyatda qalmışdı, bu dəfə adı, ümumiyyətlə, “23-lüy”ə salınmamışdı. Nə baş verir?
- Heç nə baş verməyib. Elvin son zamanlar ağrılarla meydana çıxırdı. Açığı, performansı da bizi razı salmırdı. Müalicəyə ehtiyacı var. Tək Elvinin yox, Koçukun da xidmətindən istifadə edə bilməyəcəyik. Son turda oynasa belə, qasıq nahiyəsindəki zədəyə görə əməliyyat olunmalıdı. Fəhminlə Mirabdulla da zədəlidi. Zədədən qayıdan Eriko 3, Rıbka 6 aydı oynamırdı.
- Oyundan sonra “Neftçi” azarkeşlərinin tərbiyəsizliyi öz yerində. Əslində nə baş vermişdi?
- Məni həm futbolçu, həm də insan kimi tanıyanlar bilir ki, hansısa sövdələşməyə, stimullaşdırmaya, danışıqlara gedən insan olmamışam. Oyunumuza toxunsalar, yaxud başqa nəsə o qədər də təsir eləməz. Ancaq bu gün kimlərsə zəhmətlə qazandığımız xalları “Qarabağ”a kömək etmək kimi qələmə verirlər. Sadəcə, başa düşmürəm ki, niyə “Neftçi” ancaq “Səbail”lə oyunda xal itirəndə bu söhbət ortaya çıxır, ancaq “Keşlə”yə uduzanda arxalarını çevirib çıxıb gedirlər? Məgər “Səbail” Azərbaycan komandası deyil, yoxsa mən azərbaycanlı deyiləm? Bəli, Qurbanla bir yerdə oynamışıq, vaxtilə məşqçim olub. Amma bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim. Heç kimə də bu icazəni vermirəm. Bu gün nə Qurban Qurbanov, nə də Aftandil Hacıyev o sözlərə layiq deyil. Biz zəhmətimizlə, vicdanımızla bu peşəyə gəlmişik, vicdanımızla da işimizi davam etdiririk. Hansısa zəif nöqtələrimiz ola bilər, kimlərsə narazı qala bilər, bu normaldı. Yoxsa “Neftçi”dən xal alırıq, kimlərsə başqa cür qələmə verməyə başlayır... O an kütlənin qarşısında kiməsə cavab vermək çətin idi. Onların rəhbərləri ilə görüşəcəm. Ola bilsin, məni tanımırlar. İnşallah, yaxından tanış olarıq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var Bu gün, 12:35 Almeyda Şeferin komandasında oynayacaq Bu gün, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi Bu gün, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı Bu gün, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu Bu gün, 12:29 “Neftçi”də ispan məşqçi Bu gün, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” Bu gün, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi Bu gün, 12:20 “Zirə” Krnetanı qaytardı Bu gün, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü Bu gün, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı Bu gün, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir Bu gün, 12:07 Rüfət Dadaşovu qınayırlar... Bu gün, 12:05 2020-ci ildə ilk heç-heçə Bu gün, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... Bu gün, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Bütün xəbərlər
Ən çox oxunanlar