02 dek 16:16olke

Geye “Qarabağ”da qalmaq istəyir


O başqa məsələ ki, hələ də artıq çəkim var”
Onunla İspaniyadan qayıdanda yox, daha öncə - “Qarabağ”la yeni müqavilə bağladığı dönəmdə danışmaq niyyətindəydim. Vaxtilə “Strasbur”, “Everton”, “Milluoll”, “Osmanlıspor”, “Adana Dəmirspor” kimi komandaların şərəfini qorumuş Maqaye Geyeyə verəcək suallarım vardı. Lakin hər dəfə fərqli səbəbdən sual-cavab təxirə düşürdü. Bakıdan Sevilyaya yollananda futbolçularla müsahibələrə qadağa qoyulduğundan, planım vətənə qayıdanda həyata keçdi. Həm də yerdən 10046 kilometr hündürlükdə.
- Fransa, İngiltərə, Türkiyə, indi isə Azərbaycan. Çətin deyil ki?
- Çətin deyəndə nəyi nəzərdə tutursuz, bilmirəm. Sadəcə, burdakı futbol bir qədər fərqlidi. Ona görə də bəzi futbolçular uyğunlaşmaq üçün vaxta ehtiyac duyur, o cümlədən mən. Buna baxmayaraq, hər şeyin yaxşı olacağına ümid edir və inanıram.
- “Qarabağ”dan təklif alanda reaksiyan necə olmuşdu?
- Hər il avrokubokların qrup mərhələsində çıxış edən, 2 il əvvəl “Çelsi”, “Roma”, “Atletiko” kimi ünlü rəqiblərlə qarşılaşan komandada çıxış etmək, sözsüz, xoşdu. Belə bir təklif alanda məmnun oldum, bunu gizlətmirəm.
- Səmimi olaq, o an “Qarabağ” haqda nəsə bilirdin?
- Əlbəttə, “Qarabağ”ın adını eşitmişdim, müəyyən məlumatlara sahib idim. Xüsusən də qrup mərhələsində çıxış etməsindən xəbərdar idim. Hər bir futbolçu avrokubokları izləyir və komandaların adları ilə tanış olur. Amma ölkə futbolu və digər şeylər haqda zəngin bilgilərə sahib deyildim.
- Vaxtilə Azərbaycanda top qovmuş futbolçulardan kimlərləsə tanışlığın var?
- Reynaldonu tanıyıram. Mən “Adana Dəmirspor”da oynayanda o da komandaya cəlb olunmuşdu. Bəzən hərə öz keçmişindən danışanda Reynaldo “Qarabağ” haqda ağızdolusu danışırdı.
- Seneqallı, fransalı futbolçulardan heç kimlə tanışlığın olmayıb?
- Bəlkə də tanıdıqlarımdan kimlərsə Azərbaycanda çıxış edib, amma mən bilmirəm. Bunun üçün gərək ölkənizə gəlib-getmiş əcnəbilərin siyahısına nəzər salım (gülür). Hə-hə, Stiven Jozef-Monroz da var. Uzun illər öncə onunla Fransanın U-19 millisində komanda yoldaşı olmuşuq.
- “Neftçi”də seneqallı Mamadu Mboc var.
- Mbocla şəxsi tanışlığım yox idi, bir-birimizi burda tanıdıq.
- Azərbaycanda top qovandan sonra futbolumuz haqda olan təsəvvürlərində hansı dəyişikliklər oldu?
- Ciddi mənada dəyişən heç nə yoxdu. Necə təsəvvür edirdimsə, elədi. “Qarabağ” ən yaxşı komandadı, çempionat maraqlı keçir, premyer-liqada bacarıqlı futbolçular top qovur. Bunları əvvəl də bilirdim, sadəcə, canlı şahidi oldum.
- Deməli, çempionatımızın səviyyəsi səni qane edir.
- Belə deyim, İngiltərə, Fransa, Türkiyə birincilikləri ilə müqayisə etməyə dəyməz. Həm təcrübə məsələsidi, həm də oynanılan futbol. Amma ümumi səviyyədən danışmalı olsaq, fikrimcə, normaldı. Səmimi sözümdü, çempionat asan keçmir və burda oynamaq heç də asan deyil. Bunu meydanda olan futbolçular daha yaxşı bilir.
- Vaxtilə çiyin-çiyinə oynadığın məşhurlardan kimlərin adını çəkə bilərsən?
- Mikel Arteta, Maruan Fellaini, Lui Saha, Con Heytinqa... Çoxlarının adını saya bilərəm. Niyə soruşursuz ki?
- Onlardan kimlərləsə əlaqən var?
- Hamısı ilə olmasa da, bəziləri ilə danışıram. Hətta imkan olanda görüşdüklərim də var.
- “Qarabağ”da gördüyümüz “99 nömrə” əsl Geyedi, yoxsa bundan da yaxşı ola bilər?
- Bu, ən yaxşı Maqaye deyil. Özünüz də bilirsiz ki, bura gələndə artıq çəkim vardı, 3-4 ay futbolsuz qalmışdım. Üstəlik, heç vaxt oynamadığım ölkəyə gəlmişdim. Fiziki durumu yaxşılaşdırmaq, uyğunlaşma dövrünü geridə qoymaq üçün əziyyət çəkməliyəm və çəkirəm də.
- Sanki çəki yığmağa meyillisən.
- Elədi.
- Amma hələ də artıq çəkidən əziyyət çəkdiyin açıq-aşkar görünür.
- Düzünə qalsa, bədən quruluşum belədi. Sümüklərim iridi deyə, çəki atanda da cüssəli görünürəm. Amma o başqa məsələ ki, hələ də artıq çəkim var. Əlbəttə, mən də daha çox oynamaq, komandama kömək etmək istəyirəm. Bunun üçünsə çox çalışıram. İstər çəki atmaq, istərsə də ideal formamı yığmaq üçün.
- “Qarabağ”la müqavilənin müddəti səhv etmirəmsə, 2021-in yayına qədərdi.
- Düzdü.
- Anlaşma müddətinin sonuna qədər qalmaq istəyirsən?
- Açığı, belə şeylər haqda düşünmürəm. Bu dəqiqə məni maraqlandıran ideal formamı yığıb “Qarabağ”a kömək etməkdi.
- Niyə soruşdum? Adətən, çox şans qazanmayan futbolçular daim oynadıqları komandaya öz tutmaq istəyirlər.
- Əvvəl dediyim kimi, “Qarabağ”da məni hər şey qane edir. Yaxın zamanda komandanı tərk etmək üçün heç bir əsas görmürəm. Gələcəkdə nə olacaq, nə olmayacaq, deyə bilmərəm.
- Avroliqa mübarizəsi başa çatdı. Çempionatdan gözləntilərin nədi?
- Bu dəqiqə həssas dönəmdəyik. Toparlanmalı, bütün diqqətimizi çempionata yönəltməliyik. Əlbəttə, Avroliqanın qrupundan çıxa bilsəydik, əla olardı. Amma həyat davam edir. Qarşıda 2 çempionat oyunu var, daha sonra fasilə yaranacaq. Həm bu oyunlardan, həm də fasilədən maksimum yararlanmalıyıq. Hər oyuna qələbə istəyi ilə çıxmalı və bunu əldə etməliyik.
- Çempionluq yolunda əsas rəqibiniz olan “Neftçi”dən çəkinmirsiz?
- İdmanda kiminsə kimdənsə çəkinməsi mümkün deyil. Xüsusən futbolda hamı bir-birini məğlub edə bilir. O ki qaldı konkret “Neftçi”yə, digər rəqiblərə necə yanaşırıqsa, eyni münasibəti bu komandaya da göstəririk.
- “Sevilya” ilə oyunda adını “18-lik”də görməyəndə təəccübləndik...
- Düzünü desəm, mənim üçün də sürpriz oldu. Amma bu baş məşqçinin qərarıdı. Adım yox idisə, deməli, belə məsləhət imiş.
- Səbəbini soruşmadın?
- Xeyr. Mən elə oyunçulardan deyiləm ki, meydana çıxmayanda narazılıq edim, əhval-ruhiyyəni korlayım. Baş məşqçi belə qərar veribsə, deməli, bildiyi nəsə var. Mənim üçün önəmli olan nəticə idi. Sevilyadan qələbə və ya heç-heçə ilə qayıtsaydıq, dünyanın ən xoşbəxtlərindən biri olacaqdım. Nə olsun, mən oynamamışam. Əvəzində dostlarım oynayıb, bir hissəsi olduğum komanda uğur qazanıb. Mən məsələyə belə yanaşan adamam. Futbolda elə bir qayda yoxdu ki, hansısa futbolçu həmişə oynamalıdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar