29 noy 12:37olke

“Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar”


Mirheydər Səfiyevi “İmişli”nin problemləri maraqlandırmır
Ötən sayımızda Region Liqasında çıxış edən “İmişli”nin stadion problemi səbəbindən “Mil”lə qarşılaşmasının təxirə salındığını, buna görə komandaya texniki məğlubiyyət veriləcəyini xəbər vermişdik. Rayondakı mənbəmiz redaksiyamızla əlaqə saxlayaraq, Mirheydər Səfiyevin İmişli futbolunu məhv etdiyini bildirmiş, AFFA-nın, dövlət qurumlarının bu şəxsin özbaşnalığına göz yumduğunu vurğulamışdı. Həmin vaxt Səfiyevi arayıb deyilənlərə münasibət bildirməsini istəsək də, zənglərimiz cavabsız qalmışdı. Dünən yenidən mövzuya qayıdaraq, Mirheydər bəyi aradıq və onunla danışa bildik. İmişli futbolunun “qatili” kimi təqdim olunan Səfiyevlə söhbətdə başverənlərə aydınlıq gətirməsini istədik. Vaxtilə “MKT Araz”, “Mil Muğan”ın rəhbərliyində təmsil olunan şəxsin bizə cavabına isə bilmədik gülək, yoxsa ağalayaq? Onunla aramızda olan dialoqu diqqətinizə çatdırırıq.
- Salam, Mirheydər bəy.
- Salam.
- Sizi “Futbol+” qəzetindən narahat edirik.
- Buyur, qardaş.
- Bəy, yəqin ki, Region Liqasında çıxış edən “İmişli”yə stadion problemi səbəbindən sonuncu turda texniki məğlubiyyət verildiyindən xəbərdarsız.
- O komandaya heç bir aidiyyatım yoxdu və onların nəticələri mənim üçün maraqlı olmadığından heç maraqlanmıram da.
- “Mil”lə matçda ehtiyat meydan yararsız halda olduğundan komanda oyunu Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirmək istəyib. Ancaq siz arenanın qapılarından qıfıl asaraq, komandaya bu imkanı yaratmamısız. Niyə?
- Mənim onlara stadion borcum var? Adını qeyd etdiyiniz arena özəl mülkiyyətdi. Yaxşı edib icazə verməmişəm. Stadion MKT şirkətinin mülkiyyətidi. “İmişli”nin stadionla nə əlaqəsi var? Mən hələ onlara yaxşılıq edib yardımçı meydanı vermişəm. Onlar komanda yaradıb Region Liqasında çıxış etmək istəyəndə mənimlə məsləhətləşiblər? Əvvəlcədən mənə demişdilər ki, oyunları mərkəzi arenada keçirəcəyik? Ötən mövsüm onlara çox güzəşt etdim. Bu gün yardımçı meydanı o komandaya vermişəmsə, hələ sevinməlidilər. Belə komanda yaratmağa nə var?! 10-15 oyunçunun adını yaz, AFFA-ya göndər və qoltuğunda qovluq gəz. Hər yerdə də ağızdolusu de ki, mənim komandam var.
- Sizin dediyiniz yardımçı meydanda bu gün otdan əsər-əlamət yoxdu. Üstəlik, orda qoyunlar otlayır. Bizə göndərilən şəkillərdən də bunu görmək mümkündü.
- Bağışlayın, bilməmişdim, gedib onlar üçün hələ meydandan qoyun da çıxarmalıyam. Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar. Xətt çəksinlər, bir qədər əl gəzdirsinlər, nə qədər istəyirlər oynasınlar. Bəlkə mən “İmişli” üçün gözətçi də olmalıyam? Belə yerdə deyiblər: məscidin qapısı açıqdı, itin abrına nə gəlib. Qardaş, mən bunlara daha nə etməliyəm?
- “İmişli” mərkəzi arenada keçirdiyi oyunlara görə sizə icarə haqqı ödəyir?
- Nə icarə haqqı? Onların pulu var ki, mənə də nəsə verələr. Mən humanistlik edib nəsə kömək etmişəm. İndi narazılıq edirlər.
- “İmişli” Region Liqasında çıxış etmək üçün liqanın İşçi Qrupuna zəmanət məktubu təqdim edib ki, orda göstərilən tələblərdən biri də stadionla bağlıdı. Komanda aidiyyatı quruma təqdim etdiyi məktubda sizin rəhbəri olduğunuz stadionu göstərib.
- Bunlar hamısı cəfəngiyyatdı. Onları stadionla təmin edəcəyimə söz versəydim, həmin məktubda heç olmasa imzam və ya möhürüm olardı. Bunların heç biri yoxdu. “Mil”lə qarşılaşdıqları gün AFFA-ya zəng vurublar. Ordan da Yusif Vəliyev mənimlə əlaqə saxladı. Bildirdi ki, komandalara şərait yaratmaq lazımdı ki, oyunlarını keçirsinlər. Ona “siz müxtəlif yaş qrupları üzrə çempionatları təşkil edirsiz, Region Liqasının sizə nə aiddiyatı var” sualını verdim. Cavabında “o liqaya da biz baxırıq” dedi. Ondan sonra arenanın qapılarını açdım. Ancaq hakim “artıq oyunun vaxtı keçib” deyib, matçın keçirilməyəcəyini bildirdi və onu da əlavə etdi ki, “protokol yazılıb”. Bunların mənə heç bir aidiyyatı yoxdu. Yenə deyirəm, stadion özəl mülkiyyətdi, heç kimə də güzəşt etmək fikirm yoxdu. Tutaq ki, bir gün Yusifin, sabah sizin xatirinizə o komandanı stadiona buraxdım. Bəs sonra? Bu nə vaxta kimi davam edəcək? Başlarına çarə qılsınlar.
İndi siz deyin, gülək, ya ağlayaq? Bu bir Azərbaycan reallığıdı. Stadion rəhbərliyi arenanın özəl mülkiyyət olduğunu, kiməsə borclu olmadığını deyir. Əslində Mirheydər bəyin mövqeyi düzgündü. Müasir zamanda heç kimin borcu deyil ki, əmlakını kiməsə havayı versin. Hanısa şirkət öz dövriyyəsindən vəsait ayrıb stadion tikibsə, onun icarəsindən də pul qazanmalıdı. Lakin bu məsələnin mənəvi tərəfi də var. Yaxın keçmişdə İmişlini təmsil edən “MKT-Araz” elitada çıxış edib, ölkəni avrokuboklarda təmsil edib. Təəssüf ki, naşı idarəçilik, kimlərinsə nəfsinə sahib çıxa bilməməsi səbəbindən klubda olan pul yeyintisinə görə “MKT-Araz” fəaliyyətini dayandırıb. Bu gün rayonu həvəskar şəkildə də olsa, “İmişli” təmsil edir və gənclərin futbola oynamasına şərait yaradır. Yaxşı olardı ki, rayon rəhbəliyi komandaya dəstək olsun, stadion problemini həll etsin.
Başverənlərdə günah sahiblərindən biri də Region Liqasının İşçi Qrupunun üzvləridi. Görəsən, orda təmsil olunan şəxslər “İmişli”nin liqada çıxış etməsinə razılıq verən vaxt komandanın oyunlarını harda keçirəcəyi ilə maraqlanıblar? İşçi Qrupun üzvü Yusif Vəliyev yeni mövsüm ərəfəsində dəfələrlə açıqlamalarında liqaya qatılan hər bir komandadan zəmanət məktubu aldıqlarını bildirib. “İmişli”nin, bir müddət əvvəl “Mil”in üzləşdiyi stadion problemini, “Ağsu Siti” və Quba “Şahdağ”ının maliyyə sarıdan çətinliklə üzləşdiyini gördükdə belə qənaətə gəlmək olar ki, əslində Yusif bəy futbol ictimaiyyətinə yalan danışıb. Vəliyevin “zəmaən məktubu” dediyi sənəd ya heç olmayıb, ya da formallıq xatirinə təqdim olunan kağız parçasıdı. Bununla da o nəinki ölkənin futbol camiəsini, hətta şefi Elxan Məmmədovu da aldadıb. Çünki Region Liqası layihəsinin “memarı” məhz AFFA-nın baş katibidi.
İmişli olayı ilə bağlı Yusif bəyin də fikirlərini öyrənməyi lazım bildik. Ancaq o, gün ərzində zənglərimizə cavab vermədi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar