29 noy 12:35olke

“Sülhsevənlər” ənənəyə sadiq qaldılar

“Sülhsevənlər” ənənəyə sadiq qaldılar
Region Liqasında 5-ci turun oyunları keçirilib. Cənub zonasının lideri “Alyans” bu dəfə Masallıya səfər edib. “Ərkivan”la matçda lənkəranlılar heç də özlərini qonaq kimi aparmayıblar. Lider meydan sahiblərinin qapısından 3 cavasız top keçirib. Məğlubiyyəti həzm edə bilməyən “Ərkivan”ın iki oyunçusu – Telman Sağıyev və Hilal Məmmədov hakimə fiziki təzyiq göstərməyə çalışıblar. Birinci oyunun sonuna 7 dəqiqə qalmış meydandan qovulubsa, Hilal matç başa çatandan sonra cəzalandırılıb. Zonanın digər matçında “Ümid” autsayder “Şıxlar”la qarşılaşıb. Qobustan komandası “doğma divarlar” arasında oynamasına baxmayaraq, bu dəfə də qələbəyə həsrət qalıb. Ancaq onu da vurğulayaq ki, nəhayət, “Şıxlar” bu mövsümdə ilk qolunu vurmağı bacarıb. Səfərdə qazanılan 3 xal “Ümid”ə ikinci pillədə qərarlaşamağa kömək edib. “Neftçala” - “TST-Astara” görüşündə isə qalib müəyyənləşməyib. Ümumiyyətlə, zonanın ən “sülhsevən” komandaları cari mövsümdə artıq 3-cü heç-heçələrinə imza atıblar.
Ərkivan (Masallı) - Alyans (Lənkəran) 0:3
Neftçala - TST-Astara 1:1
Şıxlar (Qobustan) - Ümid (Cəlilabad) 1:2
1. Alyans 5 4 1 0 16-3 13
2. Ümid 5 2 2 1 12-8 8
3. TST-Astara 4 1 3 0 10-4 6
4. Neftçala 5 1 3 1 8-8 6
5. Ərkivan 5 1 1 3 4-17 4
6. Şıxlar 4 0 0 4 1-11 0
Bombardirlər: Zaur Nuruzadə (Alyans), Hikmət Nağıyev (Ümid), Röyal Nəcəfov (TST-Astara), Kamran Abdullayev (Alyans) – 4.
Mərkəz zonasında cəmi 1 oyun baş tutub. “Ağsu Siti”nin məcburi istirahət etdiyi turda “Araz” öz meydanında “Şamaxı”ya uduzub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada qonaqlar qələbə topunu 90-cı dəqiqədə vurub.
“İmişli” – “Mil” qarşılaşması, ötən sayımızda xəbər verdiyimiz kimi, stadion problemi səbəbindən keçirilməyib. Rayonun eyniadlı komandası Heydər Əliyev adına İmişli şəhər arenasına buraxılmadığına görə meydan sahiblərinə texniki məğlubiyyət verilib.
Araz (Saatlı) - Şamaxı 2:3
1. Ağsu Siti 4 3 1 0 18-5 10
2. Şamaxı 4 3 1 0 9-2 10
3. İmişli 3 1 0 2 5-10 3
4. Mil 3 1 0 2 7-15 3
5. Araz 4 0 0 4 9-16 0
Bombardirlər: Aydın Qasımov (Ağsu Siti) – 6, Elmir Səmədzadə ( Ağsu Siti) – 5.
Region Liqasının ən güclü və iddialı klublarının yer aldığı Paytaxt və Şimal zonasında iddialılar məğlubiyyətsiz seriyanı davam etdirirlər. Son iki mövsümün qalibi "Uğur"un "Qusar"la səfər matçı nəzərdə tutulandan 2 gün sonra keçirilib. Bu da "Kapital Bank Arena"da oyun sayının çox olmasından irəli gəlib. Sumqayıt təmsilçisi qələbə seriyasını davam etdirsə də, ilk dəfə 3 xalı darmadağınla yox, minimalhesablı qələbə ilə əldə edib. Sabir Allahquluyev qələbə topunun müəllifi olub. Vitse-çempion Qusar "Şahdağ"ı isə əsas rəqibindən fərqli darmadağına sevinib. "Neftçi"nin sabiq hücumçusu İlham Allahverdiyevin poker etdiyi görüşdə Kamran Əlibabayevin çalışdırdığı komanda debütant “Qardaşlar”ın qapısından 12 cavabsız top keçirib. Quba "Şahdağ"ı da böyükhesablı qələbəyə sevinib. Qubalılar “İrəvan”ı 6 dəfə meydanın mərkəzinə dəvət ediblər. Həmin görüşdə də poker qeydə alınıb. Rəhman Musayev bombardirlərin yarışında Allahverdiyevin uzaqlaşmasına imkan verməyib. “Şirvanov”ka isə “Xudat”ı yenməklə mövsümdə ikinci qələbəsini bayram edib.
Xudat - Şirvanovka 0:2
İrəvan - Şahdağ (Quba) 0:6
Şahdağ (Qusar) – Qardaşlar 12:0
Qusar – Uğur (Sumqayıt) 0:1
1. Şahdağ (Qusar) 5 5 0 0 24-2 15
2. Uğur 5 5 0 0 35-3 15
3. Şahdağ (Quba) 5 4 0 1 15-8 12
4. Qusar 5 2 0 3 21-9 6
5. Şirvanovka 5 2 0 3 8-14 6
6. İrəvan 5 1 0 4 12-19 3
7. Qardaşlar 5 1 0 4 11-52 3
8. Xudat 5 0 0 5 5-22 0
Bombardirlər: İlham Allahverdiyev (Şahdağ (Qusar) – 10, Məhəmməd Aliyev (Uğur) – 9.
Şimal-Qərb və Qərb zonasında mərkəzi qarşılaşma Qazaxda olub və azarkeşlər məhsuldar matç izləyiblər. Yerli "Göyəzən" “Energetik”i qonaq edib. Meydan sahibləri “nur şəhəri” təmsilçisinin qapısından 5 qol keçirsə də, bu nə heç-heçə, nə də qələbə üçün yetərli olub. Mingəçevirlilər meydan sahiblərini 6 dəfə məyus ediblər. “Şəki”nin istirahət etdiyi turda “Oğuz” öz meydanında “Qoşqar UGİM-2”yə boyun əyib.
Göyəzən (Qazax) – Energetik (Mingəçevir) 5:6
Oğuz - Qoşqar UGİM-2 (Gəncə) 1:3
1. Energetik 4 4 0 0 23-6 12
2. Şəki 4 2 1 1 6-6 7
3. Göyəzən 4 1 2 1 10-9 5
4. Qoşqar UGİM-2 4 1 1 2 5-10 4
5. Oğuz 4 0 0 4 3-16 0
Bombardir: Zamir Cəlilov (Energetik) – 8.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar