29 noy 12:28olke

Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı?

Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı?
Ramazanov: “Kimsə yüzfaizlik performansını ortaya qoymursa, onu nəinki millidən, futboldan silsinlər”
Milli komandanın seçmə mərhələni 1 xalla tamamlaması bir çox söz-söhbəti də özü ilə bərabər gətirib. Baş məşqçi, oyunçular və federasiya rəhbərliyi hazırda əsas tənqid hədəfidi. Ancaq bu uğursuzluqda ən çox təpkini AFFA rəhbərliyi alıb. İllərdi ölkə futbolunu idarə edənlər 24 il sonra yığmanın qrupu 1 xalla tamamlamasının əsas günahkarı sayılır. Hazırda da federasiya rəhbərliyinə qarşı istər sosial şəbəkələrdə, istərsə də mediada çox ciddi etiraz dalğası var. Müzakirələr o qədər ciddi səviyyəyə çatıb ki, AFFA-nın baş katibi Elxan Məmmədov bu yaxınlarda Azərbaycan radiosu və “İdman TV”nin ortaq yayınını təşkil etdiyi proqramda özünə yönəlik tənqidlərə cavab verməyə məcbur olub. Ancaq Məmmədovun bəzi açıqlamaları başqa bir müzakirə mövzusuna səbəb olub. Belə ki, baş katib bu ifadələri işlədib: “Baş məşqçidən hesabat sorulacaq və gələcək taleyinə aydınlıq gələcək. Eyni zamanda, futbolçulara da suallarımız çoxdu. Çünki hamısı gücünün 100 faizini ortaya qoymur”. Sözsüz, bu açıqlama idman ictimaiyyətində birmənalı qarşılanmayıb. Axı söhbət hər hansı bir klubdan yox, milli komandadan gedir. Və kimsə yığma üçün əlindən gələni etmirsə, hər şeyini ortaya qoymursa, bu, çox ciddi bir problemdi. Bu açıqlamalardan sonra hətta bəzi azarkeşlər yığma üçün ürəkdən oynamayan futbolçuları vətən xaini elan ediblər. Elxan Məmmədovun açıqlaması ilə bağlı bir neçə yığma üzvü ilə əlaqə saxladıq.
Ağabala Ramazanov: “Bu məsələdə mən ancaq öz adıma danışa bilərəm. Mən şəxsən azərbaycanlı kimi vətənim, bayrağım üçün canımı verərəm. Ancaq ola bilər ki, hansısa oyunda zəif çıxış edim. Bu futboldu, belə şeylər olur. Bəzən yaxşı oynayıb məğlub olursan, bəzən də pis oynayıb qalib gəlirsən. Məğlubiyyətlərə görə hamımız məsuliyyət daşıyırıq. Gəlin qəbul edək ki, qrupumuz çox çətin idi. Amma yenə də kimsə yüzfaizlik performansını ortaya qoymursa, onu nəinki millidən, futboldan silsinlər. Şəxsən mən komandada belələrinin olduğuna inanmıram”.
Bəhlul Mustafazadə: “Mən şəxsən özümə cavabdehəm. Əlimdən gələni maksimum etməyə çalışmışam. Düşünmürəm ki, digər komanda yoldaşlarımdan kimsə özlərini “çəkə”. Məncə, onlar da yüz faiz güclərini meydanda qoyublar. Sadəcə, rəqiblərimiz güclü idi. Ona görə də məğlub oluruq və azarkeşləri istədiyimiz kimi sevindirə bilmirik. Biz də istəyirik ki, qələbə qazanaq, azarkeşlərimiz sevinsin, özümüz üçün motivasiya olsun. Ancaq rəqiblər güclüdü deyə, bunu bacara bilmirik. Bizim üstümüzə düşən odu ki, maksimum çalışıb onların səviyyələrinə çataq. Yenə deyirəm, hamımız yüzfaizlik performansımızı ortaya qoymağa çalışmışıq. Ancaq təbii ki, bu hər oyunda ola bilməz. Bəzən səhvlərimiz də olur. Bu futboldu, həmişə yaxşı çıxış etmək olmur”.
Təmkin Xəlilzadə isə sualı eşidəndən sonra “üzürlü hesab edin, bu haqda danışmaq istəmirəm” deməklə kifayətləndi.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:20 Çay və ya qəhvə içmək zamanı Bu gün, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir Bu gün, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir Bu gün, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı Bu gün, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda Bu gün, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı Bütün xəbərlər
Ən çox oxunanlar