15 noy 12:59olke

Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı


Ramin Musayev: “12 komandanın olması nə məndən, nə də jurnalistlərdən asılıdı”
Dünən AFFA-nın inzibati binasında ölkə kubokunun 2019/20 mövsümünün püşkatma mərasimi keçirildi. Peşəkar Futbol Liqasının (PFL) təşkilatçılığı ilə baş tutan tədbirdə birinci divizionun 4, elitanın isə 8 klubunun nümayəndəsi iştirak edirdi. Qonaqları salamlayan PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev tədbirə toplaşan klub rəsmilərinə və media nümayəndələrinə püşkün qaydaları barədə məlumat verdi. Ötənilki reytinqə görə sıralanan klublar 3 səbətə bölünmüşdü. Aslan bəyin çıxışından sonra söz qurumun prezidenti Ramin Musayevə verildi. Ramin bəy çıxışına iştirakçı komandaların sayının az olmasından başladı: “Hər birinizi salamlayıram. Azərbaycan kubokunun qarşıdan gələn mövsümündə bütün iştirakçılara uğurlar arzulayıram. Güclü olan qalib gəlsin. Ölkə kubokunun yeni sahibi olacaq komandanın ölkəmizi avrokuboklarda layiqincə təmsil edəcəyinə inanıram. Düzdü, kubokda komanda sayı azdı, lakin bu bizdən asılı məsələ deyil. Sirr deyil ki, 2008-ci ildə PFL yarandıqdan sonra keçirilən çempionatlarda heç vaxt turnir cədvəlini aşağı pillədə bitirən klublar avrokuboklarda özündən yuxarıdakılardan yaxşı nəticə göstərə bilməyiblər. Bu, PFL-in yarışları ədalətli keçirməsinin göstəricisidi. Azərbaycan kubokunda 12 komandanın olması nə məndən, nə də jurnalistlərdən asılıdı. Heç bir klubu yarışa qatılmağa məcbur etmək olmaz. Klub gəlmək istəmirsə, məndən nə istəyirsiz? (gülür) Komandaların hamısına uğurlar arzulayıram".
İştirakçıların azlığından gileylənən Musayev ardınca bunları söylədi: “Bilirəm ki, hamınızı bir sual düşündürür. Ölkə kubokunun sponsor məsələsini nəzərdə tuturam. Hələ ki titul sponsorumuz yoxdu. Jurnalistlər futbolu mətbuatda elə günə salıblar ki, bir adam yaxın gəlməyə qorxur. Çalışaq, futbolumuzu təbliğ edək”.
Daha sonra PFL prezidenti jurnalistlərin suallarını cavabladı.
- İştirakçı komandaların azlığından giley-güzar etdiz. Region Liqasında çıxış edən komandalardan bəziləri kubokda iştirak etmək istəmişdilər. Sizcə, onları yarışa buraxmaq olmazdımı? Qonşu Gürcüstanda kuboka 32 komanda qatılır. Siz də bilirsiz ki, onların heç də hamısı peşəkar status daşımır. Həvəskarların tunirdə iştirakını təmin etməklə həm futbolun kütləviliyinə nail olmaq olardı, həm də bölgələrdə azarkeşlərə böyük futbol həyəcanı yaratmış olardız.
- Azərbaycan kubokunu keçirmək PFL-in səlahiyyətindədi və bizə nə şifahi, nə də yazılı müraciət olub.
- Ancaq liqanın iddialı klublarının çalışdırıcıları “Futbol+”ə açıqlamalarında belə istəklərinin olduqlarını bildiriblər...
Bu suala Aslan bəy cavab verdi
.
- Bəzi klubların baş məşqçilərinin “Futbol+”ə kubokda iştirak etmək istədikləri ilə bağlı verdikləri açıqlama ilə tanışam. Məhz həmin sayda, başqa səhifədə “Ağsi Siti”nin rəhbəri maliyyə çətinliyi ilə üzşlədiklərini bildirib. İndi siz deyin, maliyyə problemi olan komandanın kubokda iştirakı nə dərəcədə düz olardı?
- Premyer-liqanın sponsor məsələsi nə yerdədi? İddia olunur ki, müraciət edənlər var, ancaq siz təklif olunan vəsaitin az olduğunu nəzərə alıb razılaşmamısız.
- Sizə açıq deyirəm. Sponsorluqla bağlı PFL-ə xarici şirkətlərin birindən təklif gəlmişdi. Amma müraciət edən şirkətin ölkəmizdə fəaliyyəti hüquqi cəhətdən mümkün olmadığına görə razılıq əldə olunmadı.
- Kubokda üç mərhələ keçən komanda Avropa Liqasına vəsiqə qazanır. Çempionatda 28 tur keçirən və 4-cü yeri tutan kollektiv isə kənarda qalır. Sizcə, bu, 28 oyun keçirən komandaya münasibətdə haqsızlıq deyil? Bunu nəzərə alıb premyer-liqanın dördüncüsü ilə kubokun qalibi arasında avrokuboka vəsiqə uğrunda pley-off matçı keçirmək məsələsini reqlamentə daxil etmək olar?
- Düşünürəm ki, bu, kubokda iştirak edən komandalar üçün ədalətli olmaz.
- Ölkə kubokunun sponsoru olacaq?
- Hələ ki yoxdu. Danışıqlar davam edir.
- Oyunların manipulyasiyası ilə bağlı “Ağsu”nun iki futbolçusu komandadan uzaqlaşdırıldı. Bu barədə UEFA-dan sizə siqnal daxil olub?
- Bizə UEFA-dan hər hansı siqnal daxil olmayıb. Lakin aidiyyatı orqanlara daxil olub və təəssüf ki, araşdırmalar nəticəsində müəyyənləşib ki, şübhələr əsaslıdı. Ona görə də hər iki oyunçu futboldan uzaqlaşdırıldı.
Ramin Musayev sualları cavabladıqdan sonra püşkatma başladı. Bu yerdə onu da qeyd edək ki, Aslan Şahgəldiyev tədbirdə “Sumqayıt”ı təmsil edən Zamiq Hüseynovun köynəyinə “ilişdi”. Sabiq iş yoldaşı səbətdən şar çıxarmaq üçün kürsüyə yaxınlaşanda, Aslan bəy üzünü PFL prezidentinə tutaraq “ötən il püşakatmada da bu köynəyi geymişdi. Köynək düşərli oldu, “Sumqayıt” finala qədər irəlilədi. Bu üzdən Zamiq yenə həmin köynəyi geyib” söylədi ki, bu da tədbirdə iştirak edənlər tərəfindən gülüşlə qarşılandı.
Püşkün nəticələri isə belə oldu:
1/8 final
4 dekabr
1. Sabah – Ağsu
2. Qaradağ Lökbatan - Zirə
3. Sumqayıt - Zaqatala
4. Keşlə - Kəpəz
1/4 final
15-16/19-20 dekabr
5. Qəbələ - 1-ci cütün qalibi
6. Səbail - 2-ci cütün qalibi
7. Neftçi - 3-cü cütün qalibi
8. Qarabağ - 4-cü cütün qalibi
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu Dünən, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb Dünən, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı Dünən, 12:26 “Alyans”ı dayandıran tapıldı Dünən, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu Dünən, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” Dünən, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar