Yazarlar
Anar Şabanoğlu
Sonun başlanğıcı...Huşəng
İstefa!Anar Şabanoğlu
Sonun başlanğıcı…Anar
Sonun başlanğıcı...Amal
Günəşin kölgəsində
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

AFFA ağacəkmə kampaniyasını saymadı

“Qarabağ”da heç kim yaxasını kənara çəkməsin!

Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb”

“Elxan Məmmədov kimdi, nə matahdı ki, bu qədər tənqidin qarşılığında postundan tərpənmir?”

Azərbaycan bodibildinqçiləri Buxarestə yollandı

İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi

İdman jurnalistləri AFFA-dan ədalətsizliyə aydınlıq gətirməyi tələb edir

“İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik

Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış

Şok: “Topaz” premyer-liqaya sponsorluq etmək istəmir!

“Şüvəlan” FK bəyanat yaydı

Gerye “Qarabağ”ı aldatdı

Özünüzü dolayın, bəylər…

KİVDF yenə ədalətsiz qərar verdi
11 noy 13:34olke
Təmkinin xanımı “Neftçi”nin azarkeşidi

“Azərbaycanın ən böyük fanklubu "Forza Neftçi"di”
Yığmamızın və "Sabah"ın üzvü Təmkin Xəlilzadə "instaqram"da izləyicilərinin suallarını cavablayıb. Futbolçu maraqlı məqamlara toxunub.
- Azərbaycanın ən böyük fanklubu hansıdı?
- Azarkeşlər bizim üçün dəyərdi. Amma ən böyük fanklub "Forza Neftçi"di.
- "Qəbələ" əvvəlki potensialını bərpa etsə, ora qayıdarsız?
- Futbolda hər şey mümkündü.
- Deyəsən, "İmarət Tayfa"nı unutmusuz. Ona görə "Forza Neftçi" dediz...
- Bütün fanklublar bizimdi. Eyni sözlər "Sabah" və "Səbail" klublarına da aiddi. Yaxud da "Milli dəstə". Bütün azarkeşlər mənə doğmadı.
- Sən, sadəcə, vəhşisən (futzal yığmamızın qapıçısı Rövşən Hüseynlinin sualı)...
- Sən daha vəhşisən, Rövşən.
- Sol ayaqlarımızı dəyişək?
- Problem yoxdu. Oyun günü yazın, kuryerlə göndərim.
- Sizi nə vaxt xarici çempionatda görə bilərik? Potensial da, yaş da buna imkan verir...
- Məncə də artıq vaxtdı. Real təklif olsa, mütləq dəyərləndirəcəm.
- Ölkə xaricinə getməyin. Azərbaycanlı futbolçuların əksəriyyəti orda heç nəyə nail ola bilmir...
- Mən özümə inanıram.
- Messi, yoxsa Ronaldo?
- Messi.
- Mövsüm ərzində neçə qol vura bilərsiz?
- Mən müdafiəçiyəm. İşim müdafiə olunmaqdı, qol vurmaq yox.
- Oyun vaxtı niyə əsəbi olursuz?
- Uduzmağı sevmirəm. Heç nə yolunda getməyəndə istər-istəməz aqressivlik olur. Bu da qələbə istəyimdən irəli gəlir.
- Meydandan kənarda isə çox sakitsiz...
- Bəli, Bəhlul Mustafazadə, sən ki məni özümdən də yaxşı tanıyırsan.
- Mənim "dəli" böyük qardaşım!
- Sezar Meza Kolli, "Sabah"a keç!
- Millinin stadionda baxdığım ilk oyununda yeganə qolu siz vurduz...
- Ayağınız yüngül olub.
- Çox şirinsiz. Bunu necə bacarısız?
- Hər səhər iki qaşıq bal yeyirəm.
- Sevimli filminiz hansıdı?
- Sonuncu dəfə türklərin "7-ci kameradakı möcüzə" filminə baxmışam. Hamıya məsləhət görürəm.
- "Neftçi"dən təklif gəlsə, qəbul edərsiz?
- Belə bir şey olsa, düşünmək lazımdı.
- "Neftçi" haqda nə deyə bilərsiz?
- Həyat yoldaşım "Neftçi" azarkeşidi.
- "Qarabağ"da oynamağınızı istərdik...
- "Qarabağ"da oynamışam. Məhz orda debüt etmişəm.
- Karyeranızı bitirdikdən sonra məşqçi işləmək istərdiz?
- Bəli, istərdim.
Şərh yaz