08 noy 12:32olke

“Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu


“Sabah” ilə “Maxi.az” mağazalar şəbəkəsi arasında əməkdaşlıq və sponsorluq müqaviləsi bağlanıb. “Sabah” Futbol Akademiyasını əhatə edəcək əməkdaşlıq çərçivəsində “Maxi.az” ilə klub arasında uşaq futbolunun inkişafı, ölkədə futbolun kütləviləşməsi və bu oyuna marağın yaradılması istiqamətində birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulub. Qeyd edək ki, müqavilənin müddəti 2019/20 mövsümünü əhatə edəcək.
Bu il “Maxi.az” şirkəti müxtəlif sahələri əhatə edən sosial layihələrə başlayıb. Bu layihələr kimsəsiz və yardıma möhtac uşaqların qayğısına qalmaq, sahibsiz heyvanlara yardım, xəstələrə könüllü donorluq, vətənpərvərlik hissinin gücləndirilməsi, həmçinin vətən uğrunda fədəkarlıq etmiş qəhrəmanların təbliğini əhatə edib.
“Maxi.az” şirkətinin direktoru İlkin Qasımov “Sabah”la əməkdaşlığın “Maxi.az” komandasının bu istiqamətdə fəaliyyətinin məntiqi davamı olduğunu bildirib: “Bu əməkdaşlıqda əsas diqqət uşaq futbol akademiyasına yönələcək. İdmanın istənilən sahəsində, həmçinin futbolda gənc kadrların hazırlanması ən mühüm məsələlərdən biridi. Hesab edirik ki, gənc kadrların hazırlanması ölkəni təmsil edən hər bir futbol klubunun gələcək müvəffəqiyyətlərinin təməlini təşkil edir. “Maxi.az” ölkə futbolunun inkişafına dəstək vermək, həmçinin böyük kütləni əhatə edən futbol vasitəsilə sosial layihələrini daha da genişləndirmək məqsədilə “Sabah” ilə əməkdaşlığa başlayır.”
“Sabah”ın prezidenti Maqsud Adıgözəlov uşaq futboluna edilən yatırımların əhəmiyyətindən bəhs edib: “Futbolun inkişafı uşaq futbolundan başlayır. “Sabah” yarandığı ilk gündən uşaq futbolunun inkişafı üçün çalışıb. Bizim əsas missiyamız futbol akademiyamızı müasir standartlara uyğun hala gətirmək və gələcəkdə ölkə futboluna yeni istedadlar bəxş etməkdi. Bir müddət öncə Xorvatiyanın ən böyük futbol akademiyasına malik, dünya futboluna bir çox istedadlar bəxş etmiş Zaqreb “Dinamo”su ilə əməkdaşlıq müqaviləsinin bağlanması da məhz bu məqsəd uğrunda atılmış növbəti addımdı. Müasir dövrdə futbolun inkişafı sponsorlar olmadan mümkün deyil. Hazırda “Sabah” öz sahəsində tanınmış bir neçə şirkətlə əməkdaşlıq edir. Artıq bu tərəfdaşlarımızın arasına yeni biri də əlavə olunur. İnanıram ki, bu əməkdaşlıq ölkədə uşaq futbolunun inkişafına yeni təkan olacaq. Bu yolda bizə dəstək olan “Maxi.az”a təşəkkürümüzü bildiririk”.
Maraq üçün qeyd edək ki, “Bridge” şirkətlər qrupu “Sabah”ın təsisçisidi. “Bank Respublika” əsas komandanın titul sponsoru, “Sədərək” Ticarət Mərkəzi ilə “Qala Ekspress” sponsor tərəfdaşlarıdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar