08 noy 12:29olke

İntizam Komitəsi sərt üzünü göstərdi


Fəhmin Muradbəyli hakimlər otağına daxil olub
Noyabrın 5-də AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantı Azərbaycan premyer-liqasının 10-cu və birinci divizionun 9-cu turunda baş verən qayda pozuntularının müzakirəsinə həsr olunub.
Premyer-liqada “Zirə” – “Sumqayıt” matçında meydan sahibi klub oyunun AFFA nümayəndəsini və inspektorunu tələb olunan yerlə təmin etməyib. Buna görə komitə qəsəbə təmsilçisini 800 manat cərimələyib. Bundan başqa, oyunun ikinci hissəsi də “Zirə”nin günahı ucbatından 2 dəqiqə ləngiyib. Bu səbəbdən klub daha 2400 manat cərimələnib. “Zirə” canını bununla qurtara bilməyib. Belə ki, komandanın 5 üzvü sarı vərəqə ilə cəzalanıb ki, bu da 800 manat deməkdi.
“Səbail” – “Keşlə” qarşılaşması da insidentsiz ötüşməyib. “Səbail”in gecikməsi səbəbindən oyun 3 dəqiqə gec başlayıb. Buna görə klub 2400 manat cərimələnib. Oyun başa çatdıqdan sonra isə meydan sahiblərinin futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olub. Komitə hakimin protokoldakı qeydinə əsasən Bayıl təmsilçisini 1600 manat cərimələyib.
Daha iki premyer-liqa təmsilçisi sarı vərəqə bolluğuna görə “tərləyib”. Konkret “Neftçi” ilə oyunda “Qarabağ”ın, “Qəbələ” ilə matçda isə “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb ki, bu da hərəyə 800 (cəmi 1600) manat cəriməyə şərait yaradıb.
Diviziona gəlincə, “Neftçi-2” – “Səbail-2” matçı hər iki tərəfin ziyana düşməsi ilə diqqəti çəkib. Oyunun 81-ci dəqiqəsində meydan sahiblərinin üzvü Əlibəy Məmmədli ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırıldığına görə 1 oyun və 20 manat cəriməyə məruz qalıb. Sarı vərəqə sayının çoxluğuna görə 80 manat “tərləyən” “Səbail-2”ni isə həm də oyunun 90+1-ci dəqiqəsində “qırmızı” alan Ruslan Həsənov ziyana salıb. Həsənov Əlibəy Məmmədlinin aqibəti (1 oyun, 20 manat) ilə üzləşib.
“Keşlə-2” – “Qarabağ-2” matçında qonaqlar “4-cü sarı vərəqəyə görə” 80 manat cərimə ödəyəcəksə, meydan sahibləri xərəkdaşıyan uşaqların yaşının əsasnaməyə uyğun olmamasına görə eyni məbləğdə ziyana düşüb.
“Sumqayıt-2” – “Sabah-2” qarşılaşmasının 67-ci dəqiqəsində qonaqlar azlıqda qalıb ki, Eldost Qiyasbəyli ikinci “sarı”dan sonra aldığı qırmızı vərəqəyə görə 1 oyunu buraxacaq, klubu 20 manat cərimə ödəyəcək. Nəhayət, “Turan Tovuz” üzərində qələbə qazanan “Ağsu” 3 xalı 80 manatla “yuyacaq”. Bölgə təmsilçisinin heyətində 4 futbolçu sarı vərəqə alıb.
Beləliklə, son iclasda klublara 9980 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 56720 manata çatıb.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar