06 noy 11:33olke

“Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı


Elçin Məmmədov: “Məşqçi və oyunçu qeyri-peşəkar danışırsa, bu onların problemidi”
Futzal üzrə yüksək liqanın 5-ci turunda “Baku Fire” ilə qarşılaşan “Neftçi İK” meydandan 9:2 hesablı qələbə ilə ayrılsa da, protokolda buraxılan səhvə görə böyük ehtimalla texniki məğlubiyyətə üzüləcək. Belə ki, “ağ-qaralar”ın kapitanı Rüfət Balakişiyev 4 qol vurmaqla komandasının qələbəsində böyük pay sahibi olsa da, onun adı protokola daxil edilməyib. Məsələ ilə bağlı öncə “Neftçi İK”in baş məşqçisi Hacıbala Abdullayevlə əlaqə saxladıq: “Bu işin lap əvvəlində günah futbolçudadı. O, bu qədər təlimat verməyimizə rəğmən, əvvəlki oyunda qırmızı vərəqə almasaydı, bu gün bunlar yaşanmazdı. Bizdə bu işləri köməkçi-məşqçi görür. Rüfətin neçə oyun oynamaması köməkçi-məşqçini də aldadıb. Belə ki, məşqçimiz daha öncəki - onun adı olmayan oyunların protokolunu göndərib. Ancaq nə etmək olar? Hər halda, buna görə onu öldürəsi deyilik. Səhvsiz adam olmur. Sırf bu məsələdə oyunçunun səhvi yoxdu. Üstəlik, bu oyuna olduqca ciddi hazırlaşmışdıq. Oyun zamanı futbolçuların adlarını oxuyurdular. Heç ona da fikir verməmişik. Burda nə klubun prezidentinin, nə də direktorunun səhvi var. Köməkçi-məşqçinin işidi, o da bilmədən edib. Ancaq onu da əlavə edim ki, burda az da olsa, 3-cü hakimin də səhvi var. Oyundan öncə gəlib baxmalı, yoxlamalıdı. Hardasa onun da səhvi var. Məsələn, baxmalıdı ki, Rüfət Balakişiyev oynayır “20” nömrəli forma ilə. Ancaq protokolda “10” nömrə qeyd olunub. Onlar da özlərinin səhvinin olmadığını deyirlər. Ancaq yoxlamalıydılar. İndi mən sabah gedib bir oyunçu gətirim. Adını da verim protokolda, çıxıb oynasın. Qol vurmasa, bilməyəcəklər? Çünki bu oyunçu da qol vurmasaydı, bilməyəcəkdilər. Ancaq belə olmur axı. Oyundan əvvəl gəlib baxsaydı, desəydi, biz də bu futbolçunu oynatmazdıq. Oyunu başqa cür qurardıq. Mən hardan bilim ki, bu oyunçunun adı protokolda yoxdu. Mən bunu bilərkdən oynatmamışam ki… Nəticədə bu işin adı səhvdi. İndi məcburuq ki, qarşıdakı oyunlarda qalib gəlib, bu səhvi düzəldək”.
Rüfət Balakişiyev də bu məsələdə heç bir günahının olmadığını diqqətimizə çatdırdı: “Açığı, burda kimin günahkar olduğunu deyə bilmərəm. Ancaq bizdə bu işlərə kim baxırsa, onun səhvi var. O, özü də bunu etiraf etdi. Bildiyiniz kimi, mən qırmızı vərəqə aldığıma görə bir neçə oyunu buraxmalı olmuşdum. Məşqçinin də dediyindən belə çıxır ki, mənim adım olmayan köhnə protokollardan birini göndərib. Ancaq burda bir məsələ var ki, biz hər zaman oyunlara çıxanda AFFA nümayəndəsi olan iki nəfər yaxınlaşaraq hamını ad və soyadla yoxlayırdılar. İndi isə artıq bunu etmirlər. Bir-iki tur oldu, sonra etmədilər. Bu özü də məsuliyyətsizlikdi. Onlar da işlərini görsəydilər, bu gün belə vəziyyət yaranmazdı. Burda yalnız komandanın yox, hakimlərin də işində boşluqlar var. Ancaq məşqçimizin də üzərinə düşmək istəməzdim. O da bunu bilərkdən etməyib. Hamımız bu səhvlə barışmalıyıq. Ancaq bu işdə hakimlərin də səhvi var. Mən meydana qolumda kapitan sarğısı ilə çıxmışam. Ancaq zaldakı anonsda kapitan kimi qapıçımızın adı çəkilir. Axı meydandakı hakimlər kapitan sarğısının mənim qolumda olduğunu görürlər. Görünür, heç onların da fikirləri oyunda deyil. Bu işdə onların da günahı var”.
Futzal hakimlərinin hazırlığına cavabdehlik daşıyan Elçin Məmmədova da tribuna verdik. Elçin bəy bu məsələdə yalnız klubun məsuliyyət daşıdığını bildirdi: “Bu, tam klubun məsuliyyətidi. Onların hakimlər haqda dedikləri öz fikirləridi. Hər şey reqlamentə uyğun olub. Hakimlər hər tur olduğu kimi, bu tur da hamını yoxlayıblar. Oyunçu hakimlərin yoxlamadığını deyirsə, yalan danışır. Protokolun yazılması, göndərilməsi komandaların məsuliyyətindədi. İstədikləri oyunçunu yaza bilərlər. Özləri protokolda səhvə yol veriblər. Biz qaydaları tətbiq edirik. Məşqçi və oyunçu qeyri-peşəkar danışırsa, bu onların problemidi”.
Düzünə qalsa, futzal liqalarında qeyri-peşəkarlığın hökm sürdüyünü dəfələrlə vurğuladığımızdan, adı protolda olmayan futzalçının meydana çıxıb poker etməsiylə bağlı fakt da bizi təəccübləndirmədi. Nə edəsən ki, bizdə işi işbilməzlərə tapşırırlar…
HƏSƏN QULUZADƏ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar