05 noy 14:59olke

MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı


Oqtay Abdullayev: “Büdcəmiz məhdud olduğundan sağa-sola pul xərcləyə bilmirik”
Premyer-liqada 8 komandanın iştirak etməsi azmış kimi, srağagün məlum oldu ki, ölkə kubokunda da cəmi 12 kollektiv titul uğrunda mübarizə aparacaq. Bu məsələyə dəfələrlə toxunub, uzağa getmədən qonşumuz ölan ölkələrdə kubok yarışına qoşulan komandaların sayının daha çox olduğunu vurğulamışıq. Çox maraqlıdı ki, əksər ölkələrdə avrokuboklara ən qısa yol sayılan yarışa həvəskar komandlar qoşulsa da, bizdə peşəkar status daşıyan komandalar ölkə kubokunda iştirakdan imtina edirlər. Cari mövsümdə birinci divizionda çıxış edən və hazırda turnir cədvəlinə başçılıq edən “Turan Tovuz” və ötən il çempionluğu bayram edən MOİK kimi. Hər iki klub noyabrın 13-də püşkü atılacaq yarışda iştirakdan boyun qaçırıblar.
İmtinanın səbəbini bilmək üçün dünən Tovuz klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə əlaqə saxladıq: “Hazırda komanda birinci divizionda liderdi. Məqsəd mövsümü ən azı ilk “üçlük”də başa vurmaqdı. Heyətimiz də o qədər geniş deyil. Əsasən gənclərdən qurulan komandadı. Bütün bunları nəzərə alıb, iki cəbhədə mübarizə aparmağın bizə problem yaradacağını düşündük və qərara aldıq ki, ölkə kubokunda iştirak etməyək. Digər tərəfdən, kubokda iştirak minimum iki oyunda meydana çıxmaq deməkdi. Onu da bilirsiz ki, Tovuz stadionunda təmir işləri getdiyindən komanda bütün görüşləri Bakıda keçirmək məcburiyyətindədi. Bu isə o deməkdi ki, komanda azı iki dəfə Bakıya səfər etməlidi ki, bu da əlavə maliyyə deməkdi. Büdcəmiz məhdud olduğundan sağa-sola pul xərcləyə bilmirik”.
MOİK-in baş məşqçisi Ramin Nəsibov isə imtinalarını belə əsaslandırdı: “Artıq neçə ildi ki, MOİK ölkə kubokuna qatılmır. Bu dəfə də qərara alındı ki, eyni addımı ataq. Səbəb? Premyer-liqa ilə divizionun səviyyəsi eyni deyil. Düzdü, futbolda sürpriz həmişə olub. Ancaq hər şeyi real qiymətləndirmək lazımdı. Bundan başqa, klubun öz stadionu yoxdu. Püşkdə bizə “Qarabağ”, “Neftçi” kimi komandalar düşə bilər. Həmin klubları Lökbatandakı arenada qəbul etmək nə dərəcədə düzgün olar? İmtinada maliyyə məsələsi də müəyyən qədər rol oynadı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar