01 noy 13:17olke

Samir Abasov heç bir klubdan təklif almayıb


“Azərbaycanın birinci və ya ikinci klublarından birini çalışdırmaqdansa, xaricdə işləməyə üstünlük verərəm”
“Zirə”dən ayrılandan sonra işsiz olan Samir Abasovun adı müxtəlif klublarla yanaşı hallanır. Son günlər isə 41 yaşlı mütəxəssisin “Sabah”dan təklif aldığı barədə söz-söhbət dolaşır. Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Samir bəylə söhbətləşməyi lazım bildik.
- “Zirə”dən ayrılandan sonra premyer-liqanı izləyirsiz?
- Əlbəttə, son turda baş tutan “Sabah” – “Zirə” və “Sumqayıt” – “Neftçi” matçlarını stadiondan canlı izlədim.
- “Zirə” yeni baş məşqçinin rəhbərliyi altında ilk xalını qazandı. Zaur Həşimov komandada nəyisə dəyişib, yoxsa Samir Abasovun dəst-xətti yenə “qartallar”da qalır?
- Sizcə, qısa vaxtda nəsə dəyişmək olar? Sadəcə, zədəli oyunçular sıraya dönüblər ki, bu da istər-istəməz komandanın oyununda özünü göstərir.
- Necə düşünürsüz, rəhbərlik sizə bir qədər vaxt verə bilərdi?
- Bu məsələyə nöqtə qoyulub. İndi durub nəsə danışsam, düz çıxmaz. Qərarın düz və ya səhv olduğunu zaman göstərəcək. Hər dəfə əsas heyətin 3-4 oyunçusu zədəli olduğundan hər tur heyətdə rotasiya etmək məcburiyyətində qalırdım. Deməyim odu ki, sabit heyətlə çıxış etmək imkanımız olmadı. Yığmaların oyunları ilə bağlı yaranmış fasilədə Riçard Qadzeni komandaya dəvət etdik. Onun səviyyəsi hamımıza məlumdu. Elə “Sabah”la görüşdə də Riçard meydanda ən yaxşılardan biri idi. Oyununu çox bəyəndim. Bütün bunlar geridə qalıb, indi gələcəyə baxmaq lazımdı. Məncə, keçmişlə yaşamaq yaxşı deyil.
- Hazırda işsiz olsaz da, adınız hər gün bir klubla yanaşı hallanır. İdman mətbuatı bir gün sizi “Qəbələ”yə, ertəsi “Sabah”a baş məşqçi göndərir...
- Özünüz də məni yaxşı tanıyırsız və bilirsiz ki, jurnalistlərlə məsafə saxlayan biriyəm. Çoxları elə düşünür ki, medianın hər gün məni hansısa komandanın “sükanı arxasına” təyin etməsini özüm təşkil edirəm və gündəmdə qalmaq üçün belə xəbərlərin yayılmasında maraqlıyam. “Samir Abasov filan klubun başına keçir” başlıqlı yazılar da kimlərdəsə qıcıq doğurur. Bunu da mətbuatda etiraf edirlər. Deyirlər ki, nəyə görə 5 dəfə 2-ci, 3 dəfə 3-cü yeri tutmuş, ölkə kubokunu qazanmış məşqçilər kənarda qalır, ancaq Samirin adı gündə bir klubla yanaşı hallanır. Vallah, mən heç vaxt kiməsə nəyisə yaz deməmişəm. Bu bir tərəfdən də mənim üçün yaxşıdı. Deməli, paxıllığımı çəkən insanlarla yanaşı, işimə qiymət verənlər də var. Media yazırsa, bu ondan xəbər verir ki, işlədiyim dönəmdə müəyyən qədər iz qoymağı bacarmışam. Dünən tanışlardan biri saytda yazılan “Qəbələ” Samir Abasovla maraqlanır” xəbərini mənə göndərdi. Heç kimlə danışıq aparmasam da, bu xəbərlər tirajlanır və bu da hansısa məni istəməyən insanlara xoş getmir.
- “Sabah”dan təklif almısız?
- Bunu nə kiməsə yarınmaq, nə də iş almaq üçün deyirəm. Ancaq doğrudan da “Sabah” yaxşı komandadı. Heyətində ustalıq səviyyəsi yüksək olan oyunçular cəmləşib. Lakin tam səmimi deyirəm, “Sabah”dan heç bir təklif gəlməyib. Nə rəhbərliklə görüşmüşəm, nə də bu haqda aramızda söhbət olub. Hazırda mən təhsilimi davam etdirməyi düşünürəm. Məşqçi kimi təhlillər aparır, əcnəbi klubların düşərgəsinə yollanıb təcrübəmi artırmağı planlaşdırıram. Bundan başqa, əcnəbi dil öyrənmək üçün kurslara qatılıram. Düzdü, müəyyən qədər ingiliscə danışıram. Lakin bir qədər də mükəmməlləşdirmək niyyətindəyəm. Legionerlərə fikir çatdırmaq üçün ingilis dilini bilmək vacibdi. Deyə bilərsiz ki, legioner olan hər klubda tərcüməçi də var. Belə olan halda dil öyrənmək əlavə vaxt itkisidi. Tərcüməçinin olması yaxşıdı, ancaq bəzən elə fikirlər olur ki, onu futbolçuya baş məşqçi öz dilindən deməlidi, emosiyanı, müəyyən xırdalığı, beynində tutduğu tapşırığı birbaşa çatdırmalıdı. Ona görə də dili tam öyrənməyi qarşıma məqsəd qoymuşam.
- Qəzetimizə müsahiblərəinizin birində xaricdə işləmək arzsunda olduğunuzu bildirmişdiz. Yenə həmin istəkdəsiz?
- Bəli. Ancaq gəlin açıq danışaq, kimdi bizə maraq göstərən? Futbolçularımız kimi məşqçilərimizə də ölkə xaricində ehtiyac duyulmur. Özünüz fikirləşin, uzağı demirəm, yaxın qonşularımızda futbolun səviyyəsi hara, bizdə hara? Rusiya və Türkiyə klublarında səviyyə tam fərqlidi. Oralara getmək üçün ilk növbədə çox güclü, əlaqəsi geniş olan agentin olmalıdı. Yoxsa azərbaycanlı məşqçi heç bir halda ora yollana bilməz. Bunun da səbəbi məlumdu. Azərbaycan futbolunu bir marka kimi heç yerdə qəbul etmirlər. Reytinqdə 109-cu pillədə olan ölkəyik. Bizim məşqçilərin arasında bu gün xaricdə işləyə biləcək mütəxəssislər var. Lakin futbolumuzun ümumi səviyyəsinin aşağı olması onların da yolunu bağlayır. İnanın mənə, bu saat mənə ölkə xaricindən təklif gəlsə, düşünmədən yollanaram. Azərbaycanın birinci və ya ikinci klublarından birini çalışdırmaqdansa, xaricdə işləməyə üstünlük verərəm. Ancaq nə edim ki, bizə maraq göstərən yoxdu. Vaxtilə rəhbərliyim altında oynayan bəzi legionerlərlə bu gün də əlaqəm var. Onların mənə yazdığı mesajları, “vatçap”da danışıqlarını istənilən an istənilən şəxsə göstərə bilərəm. Onlar deyirlər ki, sizin işə yanaşmanız, məşqləriniz burda yoxdu. Yenidən rəhbərliyim altında oynamaq, çıxış etdikləri klublarda məni baş məşqçi kimi görmək istədiklərini yazırlar. Bəlkə onların köməyi dəydi. Şərəfini qoruduqları klubların rəhbərliyinə barəmdə məlumat verdilər. Və kimsə də onların sözünə güvənib mənə təklif göndərdi. Həyatda hər şey ola bilər. Ancaq yenə təkrarlayıram, özümüzə qalsa, azərbaycanlı məşqçilər heç vaxt öz işi ilə hansısa əcnəbi klub funksionerinin maraq dairəsinə düşə bilməz. Onu xarici səhnəyə çıxara biləcək çox güclü agenti olmalıdı.
- Qeyd etdiz ki, vaxtilə çalışdırdığınız komandada oynayan legionerlərin bəziləri bu gün də sizinlə işləmək arzusunda olduqlarını yazırlar. Ancaq bugünlərdə Kamal Bayramov müashibəsində “inşallah, bir daha Samir Abasovla işləmərəm” deyib. Bayramovun açıqlamasına nə deyirsiz?
- Kamalın dediklərini normal qarşıladım. Burda qeyri-adi nə var ki? Mən məşqçi kimi hansısa futbolçu ilə işləmək istəmirəmsə, hansısa futbolçunun da rəhbərliyim altında çıxış etmək niyyətində olmaması adi haldı. Bayramovun yaşı da çoxdu, karyerasının sonuna yaxınlaşır. Ola bilər ki, bunu hiss edir və belə fikirlər səsləndirib. Bir nəfərin dediklərini toplumun fikri kimi ictimailəşdirmək də düzgün deyil. Sizə onlarla oyunçu adı çəkə bilərəm ki, mənim çalışdırdığım komandada oynamaq istədiklərini ya özümə, ya da ətrafıma dəfələrlə söyləyiblər. Mən işimə ciddi yanaşdığım kimi, qarşı tərəfin də eyni addım atmasını istəyirəm. Mənim üçün yolaverdi məşq prosesi olmayıb. Hər məşqə eyni həvəslə çıxmışam, sərəncamımda olan oyunçulara hər detalı, taktiki tapşırığı xırdalığına qədər dəfələrlə izah etməkdən yorulmamışam. Baş məşqçi bütün enerjisini məşq meydanında qoyursa, futbolçu niyə bunu etməməlidi? Futbolda nəticə kollektiv zəhmətin bəhrəsidi. Kimsə özünü kənara çəkib, özünə əziyyət vermək istəmirsə, onun əvəzinə başqasının ikiqat işləməsini istəyirsə, orda nə nəticə olacaq, nə də sağlam kollektiv formalaşacaq.
- “Zirə”dən ayrılandan sonra sizi tez-tez Region Liqasında çıxış edən “Qusar”ın məşqlərində və oyununda görürük. Bu komanda ilə sizi nə bağlayır?
- İnanın, hələ bugünlərdə bilmişəm ki, Region Liqasında bizim zonadan, yəni şimal bölgəsindən 4 komanda çıxış edir. “Qusar”ın rəhbəri Kamil Məmmədovla isti münasibətlərim var. Onunla hələ “İnter”də oynadığım dönəmdən tanışam. Zəng vurub yeni komanda yaratdığını bildirdi. Komanda Sumqayıtda olanda Məmmədovla görüşüb çay içirik. Evdəyəmsə və heç bir işim yoxdusa, niyə də stadiona getməyim və oyunu, məşqi izləməyim?! Bəzən hansısa məsələ ilə bağlı məsləhət istəyəndə, bildiklərimdən onlara nəsə deyirəm. Mənim “Qusar”a heç bir aidiyyatım yoxdu və Region Liqasını da ümumiyyətlə, izləmirəm. Arada mediada hesablar qarşıma çıxanda göz gəzdirirəm.
- Siz də o fikirdəsiz ki, 2019/20 mövsümünün intriqası artıq ölüb? Yəni “Qarabağ” çempionluğu təmin edib.
- Məncə, bunu tək mən yox, hamı deyir. Və o fikirdəyəm ki, Qurban Qurbanovun çalışdırığı komanda bu il də birinci yeri heç kimə güzəştə getməyəcək. Hətta soruşsaz, “Neftçi” rəhbərliyi də aşkar olmasa da, xəlvət bir yerdə bunu etiraf edər. Mən hələ “Neftçi”nin “qara zolaq”da olduğu dönəmdə demişdim ki, xal itkiləri müvəqqətidi, komanda özünə gələcək və ikinci yeri təmin edəcək. Çempionla vitse-çempion bir tərəfə, avrokuboklara vəsiqə verən qalan iki yer uğrunda amansız mübarizəyə şahidlik edirik və bu çempionatın sonuna kimi davam edəcək. Sonuncu pillədə olan komanda ilə 3-cü yerdə olan arasında xal fərqinin az olması da bunun göstəricisidi. Hər turdan sonra durum dəyişir. Bu fakt özü də çempionata əlavə rəng qatır.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı 2-11-2019, 12:19 “Kəpəz” darmadağını unutdurdu, “Neftçi-2” uzatma dəqiqəsində “yıxıldı” 2-11-2019, 12:15 MOİK-lə “Turan Tovuz” kubokdan imtina etdilər 2-11-2019, 12:13 Prosineçki bu dəfə də Beqoviçə dəvət göndərmədi 2-11-2019, 12:09 Futzal çempionatında kuryoz hadisə 2-11-2019, 11:58 AFFA Vaqif Davudovu get-gələ salıb 1-11-2019, 18:09 Danışma, Əfran, danışdıqca batırsan! 1-11-2019, 13:17 Samir Abasov heç bir klubdan təklif almayıb 1-11-2019, 13:15 Riad Rəfiyev yenə söz verdi 1-11-2019, 13:12 Rəhman Hacıyev paylaşım etdi, aləm bir-birinə dəydi 1-11-2019, 12:51 Zaur Axundov Alesioya inanır 1-11-2019, 12:49 Əl-Tamari ilə Joazinyo bağışlandı 1-11-2019, 12:47 “Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb” Bütün xəbərlər
Ən çox oxunanlar