23 okt 11:38olke

“Kəpəz”in futbolçuları Lənkəranda döyüldü


“Xəzər Lənkəran” rəhbərliyi polisə müraciət edəcək
Şənbə günü U-17 liqasında “Xəzər Lənkəran”la “Kəpəz” qarşılaşıb. Cənub bölgəsində keçirilən qarşılaşmada insident yaşanıb. Belə ki, oyunun gedişində yerli komandanın azarkeşləri meydana yad əşyalar atmaqla yanaşı, qonaq komandanın futbolçularını da söyüblər. Oyun bitəndən sonra isə uduzan (1:2) yerli komandanın azarkeşləri meydana çıxaraq "Kəpəz"in futbolçularını vurmağa başlayıblar. Azarkeşlərin meydana daxil olması ilə birlikdə hər iki komandanın futbolçuları davaya qoşulub. Təəssüf ki, oyun zamanı stadionda polis və təhlükəsizlik xidmətinin əməkdaşları olmadığı üçün dava-dalaş böyüyüb. Əldə etdiyimiz məlumata görə, komandalar paltardəyişmə otağına daxil olandan sonra belə lənkəranlı azarkeşlər qonaq futbolçuları döymək üçün müxtəlif üsullara əl atıblar.
Şənbə günü Lənkəranda yaşananlarla bağlı “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq: “6 yaşımdan Lənkəran stadionuna gedib-gəlirəm. Mən hələ belə yeniyetmə görməmişdim. Sözün həqiqi mənasında başverənlərə görə şok keçirdim. “Kəpəz”lə matçdan iki tur əvvəl 1500 azarkeşin izlədiyi qarşılamada “Xəzər Lənkəran”ın U-17 komandası “Zirə”yə 0:4 hesabı ilə uduzmuşdu. Onu da qeyd edim ki, həmin matçda komanda böyük hesabla uduzmasına baxmayaraq, daha yaxşı təsir bağışlamışdı. Həmin matçda heç bir insident qeydə alınmadı. “Kəpəz”lə görüşdə isə heç nədən bir qrup - heç vaxt “təxribatçı” sözündən xoşum gəlməsə də, indi bu sözü deməyə məcburam – yeniyetmə qonaq komandanın üzvlərinin üzərinə hücum çəkib onları vurmağa çalışdı. Bəzi saytlarda həmin vaxt stadionda polislərin olmadığı yazılıb. Lənkəranda olmaya-olmaya belə şeylərin yazılması özü belə ayıbdı. Məhz Post Patrul Xidmətinin və stadionun təhlükəsizlik xidmətinin əməkdaşlarının sayəsində xoşagəlməz hadisəni törədənlər ərazidən uzaqlaşdırıldı, qonaqların avtobusu asayiş keşikçilərinin müşayiəti altında sağ-salamat yola salındı. Sizi əmin edirəm ki, həmin yeniyetmələrin kluba heç bir aidiyyatı yoxdu. Əllərində dəmir, asayişi pozmağa çalışan həmin başıpozuq dəstə hətta klubun bazasını da “daş atəşinə” tutmuşdular. Onlar “Xəzər Lənkəran” azarkeşləri olsaydı, məncə, bu addımı atmazdılar. Təvazökarlıqdan kənar olmasın, Lənkəranda iki nəfər dalaşanda mən araya girəndə hörmət xatirinə özlərini yığışdırırlar. Ancaq “Kəpəz”lə matçda aranı qatan yeniyetmələr heç kimə və heç nəyə baxmırdılar. Yenə deyriəm, ilk dəfə belə mənzərə ilə üzləşirdim”.
“Ağ-yaşıllar”ın mətbuat katibi “Kəpəz”lə görüşdə başverənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırdılarını da dedi: “Stadionda və yaxın ətrafda kameralar var. Həmin kameralarda qeydə alınan videoyazıları əldə edib polisə müraciət edəcəyik. Hazırda bu yöndə iş davam etdirilir. Kimlərin bu işdə əli varsa, hüquq-mühafizə orqanlarının vasitəsilə üzə çıxaracağıq. Yəqin ki, onda bilinəcək, bu təxribatı törədənlər kimlərdi və onlar hansı maraqlar səbəbindən belə addım atıblar. Matç zamanı insidentə səbəb olacaq heç bir hadisə yaşanmadı. Nə bizim, nə də qonaq futbolçular artıq-əskik hərəkətə yol vermədilər ki, deyək məhz bu səbəbdən bir qrup azarkeş meydana daxil oldu və matçdan sonra qonaqlara fiziki təzyiq göstərməyə çalışdılar. Bütün suallara polisin araşdırmasından sonra aydınlıq gələcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar