19 okt 13:46olke

U-21-in sabiq üzvü bir səhvin qurbanı olub


Ruhid Usubov: “İki körpə oğul atasıyam, ancaq uşaqlarıma yemək ala bilmirəm”
Vaxtilə “İnter”, “Simurq” və “MKT-Araz” kimi komandaların formasını geyinən Ruhid Usubov 30 yaşında karyerasını bitirdi. Ardınca məşqçiliyə başlayan futbolçu hazırda işsizdi. Onu narazı salan məqam da sevimli peşəsindən uzaq düşməsidi. Usubovla müsahibədə həm bu məqamdan, həm də ölkə futbolunda baş verən proseslərdən danışdıq. Həmsöhbətimiz legionerlərin səviyyəsinə toxunaraq, özünün oynadığı dönəmlə paralellər apardı.
- Vaxtlə “İnter”, “Simurq” kimi komandalarda oynamısan. Həmin dövrlə indikini müqayisə etsək, çempionatımızda nə kimi fərqlər var?
- Bəli, iki il “İnter”də oynamışam. Müqayisə deyəndə ki, o vaxt “Karvan”, “Turan”, “Kəpəz” “Xəzər Lənkəran” kimi güclü klublar var idi. Həmin vaxt çempionat tam fərqli idi. Səfər oyunlarından xalla qayıtmaq həddən artıq çətin idi. Ancaq indi elə deyil. Demək olar ki, indi Bakı çempionatı keçirilir. Marağın artması üçün futbolu bölgələrə qaytarmaq lazımdı. Görmürsüz, çempionat oyunlarına heç kim baxmır. Azərbaycan derbisi dediyimiz “Qarabağ” – “Neftçi” qarşılaşmasına belə 100-200 azarkeş gəlir. Axı futbola bəzək verən azarkeşdi.
- Çempionatda komandaların sayı az olsa da, səviyyənin yüksək olduğunu deyirlər. Bu fikirlə razısan?
- Nə deyim, vallah. Hərənin öz fikri var, hörmətlə yanaşıram. Ancaq səviyyə necə yüksəkdi ki, oyunlara gəlib baxan yoxdu. Səviyyə yaxşıdısa, tanınmış legionerlər gəlirsə, niyə stadionlarda azarkeş olmur? Varmı elə bil legioner, səviyyəli oyunçu?
- Düşünürsən ki, çempionatda top qovan legionerlərin səviyyəsi aşağıdı?
- Mən həmişə demişəm, bizim də o vaxtı qarşımızı alan legionerlər olub. Güclüsü olsa da, çox zəiflər də olurdu. Öz uşaqlarımız onlardan qat-qat güclü idi. Ancaq ehtiyatda qalırdılar. Ortabab legionerdənsə, yerli futbolçuları oynatmaq yaxşıdı. Niyə o qədər pul verib onları gətirirlər? Yaxşısını gətirə bilirsənsə, gətir. Yerli gənc də ona baxıb nəsə öyrənsin. Yox, gələn səviyyə baxımından eynidisə, mən ondan nə öyrənəcəm?! Səviyyəli legionerlər çox azdı, barmaqla sayılacaq qədər. Futbolçu oynaya-oynaya üzə çıxır. Oyunçu ehtiyatda qalıb necə artıracaq? Oynadıqca, səhv edərək nəsə öyrənəcək. Məsələn, Bəhlul Mustafazadə yığmaya çağırılmırdı. Ancaq şans qazandı, oynadı, üzə çıxdı. Bizim indiyə kimi nə qədər bəhlullarımız məhv olub.
- “İnter”in adını dəyişib “Keşlə” ediblər. Səncə, “Keşlə” ilə “İnter”in fərqi var?
- Fərq çox böyükdü. “İnter”dən heç nə qalmayıb, stadionundan başqa. Təssəvür edin ki, illərdi daşıdığın adı dəyişiblər. “İnter” avrokuboklarda iştirak etmiş komanda idi, adını necə dəyişmək olardı? Komanda iki dəfə çempionluq yaşayıb, indi bunu necə “Keşlə”yə yazmaq olar?! Yox, mən bunu qəbul edə bilmirəm.
- Hər halda, “İnter” kimi çempionluqlar yaşamış komandada oynamısan. Karyera baxımından böyüməməyinə, milliyə dəvət almağına mane olan nə idi?
- O vaxtı gəlib oyunlara baxan var idi ki? Bizim dövrdə Berti Foqts millinin baş məşqçisi idi. Gəlib heç baxmırdı ki, bunu yoxlayım, görüm güclü, zəif tərəfləri nədi. Belə şeylər yox idi. “İnter”də oynayanda gənclərdən mən, Cavid, Elvin vardı. Valentin Xodukin bizə şans verirdi. Ancaq gəlib baxan yox idi. Mənim dövrümdə yığmada oynayanların hamısı “milliləşdirilmiş” oyunçular idi. Fabio Luis Ramim, Aleksandr Çertoqanov, Vladimir Levin və başqaları. Mən bir tsikl U-21-də oynadım, Şakir Qəribovun vaxtında. 6-7 oyuna çıxmışdım. Ondan sonra isə bir xəbər olmadı. O zaman indiki kimi deyildi. İndi U-21-in məşqçisi gəlib oyunlara baxır, baş məşqçiyə oyunçu məsləhət görür.
- Yəni belə düşünürsən ki, indi futbol oynasaydın, karyeran daha yaxşı alınardı?
- Təbii ki, yaxşı olardı. İndi bütün oyunlar mətbuatda daha çox işqıqlandırılır, televiziyada canlı yayınlanır. Bizim vaxtımızda isə belə deyildi. Vaxtilə canlı yayın bir yana, heç şəkil çəkən də yox idi. İndi hər şey fərqlidi. Bütün qarşılaşmalar canlı yayınlanır, hamı da izləyir, qiymətləndirir. Yayının da müsbət tərəfləri var. İnsan düşünür ki, hamı baxır, daha məsuliyyətli olur. O vaxt legioner limiti yox idi. Hamı gətirib legionerləri doldururdu komandaya. Biz də qalırdıq kənarda. “MKT-Araz”da oynayan vaxtı baş məşqçi İqor Nakoneçnı idi. Bir dəfə gedib onun otağına dedim ki, niyə bizə az şans verirsən? Qayıtdı ki, sənin 18-19 yaşın var. Ayda 300-400 dollar maaş alırsan. Biz gedib 200-300 min verib oyunçu gətirmişik. Onu kənarda qoyub, səni necə oynadım? Deməyə sözüm olmadı. İndi həmin futbolçularla münasibətim yaxşıdı. Ara-sıra mənə “feysbuk”da yazırlar ki, sən yaxşı oyunçu idin-filan. Mən onlarda günah görmürəm. Sadəcə, bizə dəstək olan yox idi. Demirdilər ki, hər komandada bu qədər yerli oyunçu olmalıdı, bunu tələb etmirdilər. Özümüzkülər bizə yiyə durmayandan sonra yad bizə niyə yiyə dursun?
- Bir az da özün barədə danışaq. Bir müddət baş məşqçi kimi çalışdın. Yenə davam edirsən?[/b]
- Bəli, məşqçi işləmişəm. “Mil Muğan”da U-14-də, U-17-də baş məşqçilik etmişəm. Bir müddət divizionda köməkçi-məşqçi kimi də çalışmışam. Ancaq ötən il “Mil Muğan”da çalışdığım U-17 komandasından ayrıldım. Müəyyən söz-söhbətlər oldu. Orda bir oyunçu var idi, onun başqa komandaya getməsinə icazə vermişdim. Buna görə klubun direktoru Mirheydər Şəfiyev əsəbləşdi. O, məsələylə bağlı dərhal iclas keçirib, məni komandadan göndərdi. Daha sonra səhvimi anlayıb, üzr istəsəm də, xeyri olmadı.
[b]- Bəs hazırda nə işlə məşğulsan?

- Artıq 6 aydı işsizəm. Vəziyyətim çox pisdi, hətta sıfrın altındadı. Mən ailəli adamam, iki körpə oğul atasıyam. Ancaq uşaqlarıma yemək ala bilmirəm. Bilirsiz, bu nə deməkdi? Hər yerə CV verirəm, amma xəbər yoxdu. Bir səhvə görə insana belə münasibət göstərərlər? Kim səhvsiz yaşayır? Ötən il “Qarabağ” kimi komandada protokolda səhvə yol vermişdilər. İndi gərək hamını ordan qovsunlar? Mən ailəm üçün fəhlə işləməyi də gözə alaram. Ancaq öz sənətim var axı. İmişlidə məni hamı tanıyır. Gedib şəkər zavodunda fəhlə işləsəm, bundan sonra kim uşağını gətirib futbola qoyacaq? Deməyəcəklərmi ki, o boyda klublarda, millidə oynayan futbolçu indi gəlib fəhlə işləyir. Niyə mənim qürürumu sındırırlar? Yaxşı ki, vaxtında yaxşı dost-tanışa əl tutmuşam, indi də onlar mənə kömək edirlər. İndi oturub gözləyirəm, görək Mirheydər müəllimin hirsi nə vaxt soyuyacaq, yenidən işimə qayıdım.
- Sonda milli komanda barədə danışaq. Səncə, yığma necə çıxış edir?
- Millinin oyunlarına baxanda istək, həvəs olduğunu görürsən. Ancaq turnir cədvəlinə baxanda hər şey bəlli olur. Tarixdə nə qalır? Qələbələr, xallar. Ancaq bizim heç nəyimiz yoxdu. “Artırmaq”, irəli getmək üçün gərək oyunçularımız Avropaya səpələnsinlər. Mütləq başqa ölkələrdə oynamalısan. Yoxsa necə inkişaf edəcəyik? Biz evdən çölə çxmaq istəmirik. Gürcüstanın 400-dən çox futbolçusu xaricdə oynayır. Ancaq bizdə bir Ramil Şeydayev var. Sabah o zədələnsə, nə edəcəyik? Hücumsusuz oynacağıq? Macarıstanla son qarşılaşmada Cavid Hüseynov meydana çıxandan sonra oyun xeyli dəyişdi. Onu yaxşı tanıyıram. Olduqca hirsli, vətənini, millisini sevən biridi. Eyni zamanda Bəhlulun da adını çəkə bilərik. Həmişə demişəm ki, millidə ancaq öz futbolçularımız oynasın. Uduzsaq belə, özümüz uduzaq.
HƏSƏN QULUZADƏ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar