19 okt 13:34olke

Bəhmən Həsənov Elxan Məmmədovla görüşmək istəyir


“Futbolun içində olan adamlar problemlərdən danışsın”
Müəyyən fasilələrlə bir neçə dəfə “Rəvan”ın baş məşqçisi olan Bəhmən Həsənov uzun müddətdi ortalıqda görünmür. Təcrübəli mütəxəssis sonucu dəfə “Göyçə”ni çalışdırsa da, çempionta buraxılmamağın ardından klub fəaliyyətini dayandırıb. Daha sonra isə İranın bir neçə klubundan təklif alması ilə gündəmə gələn Həsənov hazırda faktiki heç yerdə işləmir. Dünən özü ilə əlaqə saxlayarkən də İranın bir neçə klubundan təklif aldığını dedi. Cənubda fəaliyyətə başlaya bilməməsinin bir neçə səbəb üzündən baş tutmadığını da sözlərinə əlavə etdi: “İranın bir neçə klubundan təklif almışdım. Ancaq bu bəzən maliyyə, bəzən də başqa səbəblərdən baş tutmadı. Açığı, “Rəvan”dan ayrılandan sonra bir neçə yerli klubdan təklif gözləyirdim. Çünki orda çox gözəl işlər görmüşdük. Ancaq təəssüf ki, olmadı. Əslində sonuncu dəfə İranının birinci dəstəsində çıxış edən “Malavan” klubundan təklif almışdım. Hətta danışıq aparmaq üçün ora yollandım. Elə həmin vaxt adını çəkmək istəmədiyim bir premyer-liqa klubumuzdan mənə təklif gəldi. Bu üzdən iranlılarla müqavilə bağlamayıb, Bakıya qayıtdım. Lakin daha sonra həmin klubdan səs-səmir çıxmadı. Sonra mən də maraqlanmadım. Heç kimə zəng vurub “mənə iş verin” deyə bilmərəm. Təəssüf ki, hazırda heç bir təklif yoxdu. Ancaq əvvəlcədən bəzi istefaları təxmin etmişdim. Samir Abasovun “Zirə”dən ötən il ayrılacağını düşünürdüm, ancaq bir az gec oldu, bu il getdi. Yanlış anlaşılmasın, onunla heç bir münaqişəm yoxdu. Ancaq ona çox gözəl şərait yaradılmışdı. Eyni zamanda “Sabah”da da çox yaxşı imkanlar var. Bilirsiz, hər məşqçiyə bir şans verilir. Gərək ondan istifadə edəsən. Mən hər zaman demişəm ki, hər gələn məşqçi özü ilə yenilik gətirməlidi, ortaya nəsə qoymalıdı. Baxın, bizdə Qurban Qurbanovdan başqa kim nə iş görüb? Hansı məşqçi ortaya bir yenilik çıxarıb? Gələnlər də elə ancaq təkrarçılıq edir. Mən hələ məktəbdə oxuyanda bizim bir məşqçimiz var idi. O, mənə çox maraqlı bir sual verdi. Dedi ki, əks-hücuma qarşı əks-hücum qurmaq olar? Bu söz o vaxtdan beynimdən çıxmır. Gecə-gündüz fikirləşirdim ki, bunu necə etmək olar? Hazırda mənim öz proqramım var. Bu proqramın əsası həmin o fəlsəfə üzərində qurulub”.
Həsənov hələ də futbolda sözünü demədiyini düşünür: “Açığı, mənə yetərincə şans verildiyini düşünmürəm. Mənə dəyər verildi, şans verilmədi. Bunlar fərqli şeylərdi. İşlədiyim klubda mənə uşaq futboluda təhsilimi davam etdirmək üçün yetərincə kömək olundu. Allah Nuru müəllimdən razı olsun. Ona çox minnətdaram. Düşünürəm ki, mənə də yetərincə şans verilsəydi, böyük məşqçi olardım. Bizdə belədi ki, iki oyun heç-heçə edirsən, bir oyun uduzsursan, artıq getmək barədə söz-söhbətlər dolaşır. Üstəlik, ən ağırı, bilirsiz, nədi? Sən işlədiyin dövrdə gündə azı 10 məşqçi gəlib rəhbərliklə görüşür. Bütün bunlar gözünün qarşısında baş verir. Bu həm sənə mental olaraq təsir edir, həm də etik deyil. Bir dəfə açıqlama vermişdim ki, “Simurq”a uduzsaq, istefa verəcəm. O zaman onların baş məşqçisi Sergey Yuran idi. O da demişdi ki, “gəlməsin, onsuz da uduzacaq”. Ancaq uduzmadıq. Daha doğrusu, uduzurduq, Ramzan Abbasov 90+4-cü dəqiqədə qol vurdu və oyun 1:1 bitdi. Əslində mən “Rəvan”da işlədiyim dövrdə əsas məqsəd uduzmamaq idi. Ancaq bunun üzərində işləyirdik. Heyətə görə pis də alınmırdı. Əvvəllər əks-hücumdan vurulan qolların sayı 70 faiz idi. İndi isə bu rəqəm 30-a enib. Futbol dəyişib, özü də çox. Mütləq inkişaf etməlisən. Bəli, məsafə, ölçülər dəyişməsə də, oyun dəyişir”.
Həmsöhbətimiz AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmək istəyir: “İşləmək istəyirəm, proqramım da var. Bu yaxınlarda AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmək istəyirəm. Ona müəyyən təkliflərim olacaq. Açığı, yerli çempionat oyunlarına çox baxa bilmirəm. Sonuncu dəfə bu yaxınlarda U-21 millimizin İsveçrəyə qarşı oyununu izləmişəm. Mənə önəmli olan oyun deyil, baş məşqçinin nə deməsidi. U-19-un baş məşqçisi Samir Əliyevin açıqlamalarını oxudum. İnanın ki, yerli məşqçilər heç kimdən savadsız deyil. Ancaq az öncə dediyim kimi, mütləq yenilikçi olsunlar. Bizim U-21-in baş məşqçisi deyir ki, oyunu qabağa aparırıq. Orda komandanın oyununda anlaşılan nəsə var? O vaxt Yaşar Vahabzadə Rusiyaya 3 qol vuranda topu qabağa aparmırdı? Məgər biz irəli gedə bilmirdik? Yaxşı, necə olur ki, qabağa gedə bilməyəndə qol vura bilirdik, gedəndə vura bilmirik? Bu necə olur? Təəssüf ki, bizdə danışan yoxdu. İş alan çəkilib kənarda dayanır. Futbolun içində olan adamlar problemlərdən danışsın. Çıxandan sonra danışmağın nə mənası var? Mən “Rəvan”da olanda problem yox idi ki? Ancaq orda danışmağa gücüm çatmayandan sonra indi niyə danışım? Futbol adamları problemləri futbolun içində olanda danışsın. Allaha şükür ki, bu gün mətbuat da var. Çıxsınlar, danışsınlar. Milli komandanın sonuncu oyununa baxdım. Lap tutaq ki, o qol hesaba alındı. Bir yox, iki xalımız oldu. Nə olacaqdı? Bizim komanda daha çox xal yığmaya layiqdi. Heç kimin arxasınca danışmaq istəmirəm. Ancaq müəyyən şeylər var. Mən Yurçeviçi “Beşiktaş”dan tanıyıram. O vaxt onlar “Tottenhem”lə oynayanda mən də praktika üçün orda idim. O zaman “Beşiktaş”ın baş məşqçisi Slaven Biliç idi, Yurşeviç isə onun köməkçisi. Biliç oyunda çox yaxşı bir gediş elədi. Görüşə 4-3-3 başlamışdı. Ancaq iki futbolçunun yerini dəyişərək 4-2-3-1 sisteminə keçdi. Və nəticədə komandası güclü “Tottenhem”i 1:0 hesabı ilə məğlub etdi. Ancaq bizim evdə Slovakiya ilə oyununa baxın. 1:5 hesabı ilə uduzduq. Həmin qarşılaşmada mərkəzdən bir-birinə bənzər iki eyni qol buraxdıq. Mən çox istərdim ki, Yurçeviçdən bunu soruşum. Ki, niyə buna qarşı bir tədbir görmədi? Axı sən Biliç kimi baş məşqçinin köməkçisi olmusan. Yəqin ki, çalışaraq təcrübə yığacaq. Onu da qeyd edim ki, hazırda futboldan uzaq deyiləm. İranda “Qalatasaray” məktəbinin nümayəndəliyini edirik. Orda bir çox şəhərlərdə futbol məktəbləri açılıb. Onlara nəzarət edirik. İşin necə getdiyinə, hansı sistemlə fəaliyyət göstərməsinə və s. İranda futbola maraq həddən artıq böyükdü. Ancaq inkişaf edə bilmirlər. İnanın ki, bizdəki şərait onlarda olsaydı, çox əla oyunçular yetişərdi. Təəssüf ki, sadəcə, fiziki güc üzərində çalışırlar. Taktiki, texniki heç nə yoxdu. Hazırda bunun üçün müəyyən işlər gedir. Ancaq buna da maliyyə durumları imkan vermir. Bilirsiz ki, İranda dolların kursu həddən artıq yüksəkdi. Ona görə də istədikləri işi görə bilmirlər. Özü də bizim futbolçuları yaxşı tanıyırlar. Bir dəfə orda taksi ilə başqa şəhərə gedirdim. Noyabrın 4-ü idi. Sürücü dedi ki, bu gün Vəli Qasımovun ad günüdü. Həqiqətən çox xoş idi. Elə mən özüm “Malavan”la görüşə gedəndə çox maraqlı pankartlar, şüarlar ilə qarşıladılar. Futbolu hədsiz çox sevirlər. Təsəvvür edin ki, həmin komandanın məşqində çoxlu azarkeş olur. Ancaq mən vətənimi, Bakını çox sevirəm. Ona görə də öz ölkəmdə çalışmaq istəyirəm. Sözsüz ki, premyer-liqada. Birinci divizionda heç vaxt çalışmaram. Vaxt çox sürətlə keçir. Nəsə etmək, çalışmaq lazımdı”.
HƏSƏN QULUZADƏ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:54 “Stuxlik hakimləri toxunulmaz edib” Bu gün, 13:41 Gözləntiləri doğruldanlar və xəyal qırıqlığı yaşadanlar… Bu gün, 13:30 Rəşad Sadıqov Elxan Məmmədovun dediklərini təkzib etdi Bu gün, 13:26 “Tohverin Qaranı meydandan qovması haqlı qərar idi” Bu gün, 13:22 Soyuq vidalaşma... Bu gün, 13:15 “APOEL-lə ikinci oyundan sonra sanki mövsüm bitmişdi” Bu gün, 12:08 11 oyunluq seriya və cəmi 2 xallıq üstünlük Bu gün, 11:45 Tərlan Əhmədov Ağabalanı istəyir Bu gün, 11:42 “Aftandil müəllimin getməsini nə biz istəyirik, nə də rəhbərlik” Dünən, 11:50 Türkiyə şirkəti “Neftçi”nin geyim sponsoru oldu Dünən, 11:48 “Mehdi Hüseynzadə” dekabrın 20-də bağlanır Dünən, 11:47 “Ağsu”nun icraçı direktoru qovuldu Dünən, 11:46 Elşad Əhmədov “Sabah”ın transferlərindən razıdı Dünən, 11:44 Dadaşlinski və komandası Elxan Məmmədovla məzələndi Dünən, 11:40 “Sumqayıt”ın yarımmüdafiəçisi Xorvatiyaya yollandı 12-12-2019, 12:20 Çay və ya qəhvə içmək zamanı 12-12-2019, 12:18 Nazim Süleymanov HİK-dən cavab gözləyir 12-12-2019, 12:17 “F91 Düdelanj” beş jurnalistlə gəlir 12-12-2019, 12:15 AFFA ağacəkmə kampaniyasını saymadı 12-12-2019, 12:08 Elmar Baxşıyevin dəyişdirdiyi komanda 12-12-2019, 12:06 Renat “yatır”, komandası toparlana bilmir 10-12-2019, 16:39 Xanbaba Daşdı İbrahim Uzuncanın dedikləri ilə razılaşmadı 10-12-2019, 16:26 Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib 10-12-2019, 16:05 “Uğur qazanmaq istəyiriksə, futbola baxışımızı dəyişməliyik” 10-12-2019, 15:56 Yeganə ümid yeri Millətlər Liqasıdı! 10-12-2019, 15:41 Sopiçin qarşısına hədəf qoyulmayıb 10-12-2019, 15:33 Rəhim Həsənov fitnes-testdən “kəsilib” 10-12-2019, 15:30 “Ağsu”dakı qəfil dəyişiklik: 4 oyuna 9 xal 10-12-2019, 15:27 FİFA referilərinin siyahısı açıqlandı 10-12-2019, 15:05 Klublar Komitəsi “qış yuxusuna gedib” 10-12-2019, 15:03 Samir Əliyev U-19-un çətin qrupda yer aldığını düşünür 10-12-2019, 15:01 Kubokdan kənarda qalanlar səbəbləri sadaladılar 6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar Bütün xəbərlər
Ən çox oxunanlar