14 dek 13:05olke, manset

Rauf Əliyev “İnter”i “Neftçi”yə dəyişmək istəmir

"Komandadan gedənlər olmasa, heç bir çətinliyimiz olmayacaq”

 

"İnter” bu gün ölkə kubokunun 1/8 finalının ilk matçında "Kəpəz”i qəbul edəcək. Avrokuboklara getməyi qarşına məqsəd qoyan "bankirlər” çempionatda olduğu kimi, kubokda da uğurla çıxış etmək niyyətindədi. Lakin rəqib elə də zəif deyil. Paytaxt təmsilçisi "sarı-göylər”ə bu mövsüm qalib gələ bilməyib. Bəs bu dəfə necə olacaq? Ümumiyyətlə, komanda bu oyuna nə dərəcədə hazırdı? "İnter” üçün çempionatdan avrokuboklara getmək qarşıya məqsəd qoyulub, yoxsa kubok əsas hədəflərdən biridi? Bu və başqa suallarımızı bakılıların əsas futbolçusu Rauf Əliyev cavabladı.

- Bu gün çətin oyuna çıxacaqsız. İstərdik "Kəpəz”lə matçın hazırlığı haqda danışasan.

- Həmişəki kimi hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yaxşıdı. Bu oyuna hazırlaşmaq üçün vaxtımız çox oldu. Kubokda mərhələnin qalibi iki oyunun nəticəsinə görə müəyyənləşir. İstəyirik ki, kubokda irəli gedək. "Kəpəz” çox çətin rəqibdi. Onlar da bu turnirə ciddi yanaşır.

- "İnter” "Kəpəz”i bu mövsüm məğlub edə bilməyib. Hətta Bakıdakı görüşdə son dəqiqələrdə məğlubiyyətdən xilas olduz. Bu komandanı məğlub etmək üçün sizdə nə çatışmır?

- Hər hansı bir klubun digər bir kluba qarşı çətin oyunlar keçirməsi normaldı. Biz yaxşı hazırlaşırıq deyə, bu o demək deyil ki, rəqib boş dayanır. İlk dövrədə son saniyələrdə 1 xal qazandıq. İşimiz çox çətin oldu. İkinci oyunda da heç-heçə etdik. Mən buna "Kəpəz”ə qarşı sindrom” deməzdim. Gəncə səfərindən bir xalla qayıtmaq da uğurdu. Bu dəfə çalışacağıq ki, qələbə qazanaq, mərhələ adlayaq.

- Yəqin ki, sabahkı oyunla bağlı fərqli taktika düşünmüsüz...

- Biz həmişə öz oyunumuzu sərgiləməyə çalışmışıq. Məşqçinin də bəzi özəl tapşırıqları var. İndi bunu açıqlasam, düzgün olmaz. Oyunda hər şeyi özünüz görəcəksiz.

- Komanda premyer-liqada üçüncü pillədə olsa da, qeyri-sabit çıxış edir. Bunu nə ilə əlaqələndirərdin?

- Bir çoxları bunu Rəşad Qasımovun prezident postundan gedişi ilə əlaqələndirir. Bu məntiqsizdi. Bizim üçün fərqi yoxdu, Rəşad bəy və ya Rüfət müəllim. Rəhbərliyin qayğısını hiss edirik. Qeyri-sabitlik deyəndə ki, "Zirə” ilə hər iki oyunda son dəqiqələrdə xallar itirmişik. Bu mövsüm yalnız "Neftçi”yə uduzmuşuq. Bunu qeyri-sabitlik adlandırmazdım. Ola bilər, hansısa oyunlarda çətinliklərimiz olsun. Amma ümumi götürəndə komanda bu il çox yaxşıdı. Heç bir problemimiz olmur.

- "İnter” üçün bu mövsüm kuboku qazanmaq daha realdı, yoxsa çempionluq uğrunda mübarizə aparmaq?

- Biz indidən turnirləri bölməmişik. Konkret "kuboku götürməliyik” və ya "çempion olmalıyıq” deyə qarşımıza məqsəd qoymamışıq. Əsas istəyimiz Avroliqaya vəsiqə qazanmaqdı. Ötən mövsüm məlum problemlər səbəbindən bunu bacarmadıq. Amma bu dəfə uşaqlar hər şeyi edirlər ki, avrokuboklara getsinlər. Kuboku qazansaq da, çempion olsaq da, bu bizim üçün böyük uğur olar. Hətta super bir şey olar.

- Komanda avrokuboklara vəsiqə verən üçüncü yerdə qərarlaşıb. Çətin ki, kimsə o yeri sizdən ala bilsin. Bu səbəbdən də "Kəpəz” və "Zirə” çalışacaq ki, kubokda irəli getsin. Yəni bu yol bir az çətin olacaq.

- Hələ çempionatın ikinci yarısı var. Bizimlə "Kəpəz” və "Zirə” arasında cəmi 9 xallıq fərq var. Qış fasiləsindən sonra komandaların durumunu bilmək olmaz. Bəlkə onlar daha yaxşı transferlər etdilər, gücləndilər. Yəni bizim üçüncü yeri tutacağımızı indidən əminliklə deyə bilmərik. İki-üç oyunda xal itkisi hər şeyi dəyişə bilər. Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi. Hara qədər gedəcəyiksə, zaman göstərər.

- Son günlər Rəşad Qasımovun klubun prezidenti postuna qayıda biləcəyi ilə bağlı söz-söhbət gəzir. Sənin buna münasibətini bilmək istərdik.

(yazının davamı qəzetin çap variantında)

ŞƏFİ ŞƏFİYEV

 

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar