18 okt 13:01olke

Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi”


“Bir də mənim adımı o çirkli ağzına alsa, onunla hüquq müstəvisində danışacam”
Birvaxtlar sabiq referilər Anar Salmanovla Babək Quliyev “feysbuk ulduzu”na çevrilmişdilər. Adamlar az qala hər gün çempionat oyunlarındakı hakim idarəçiliyini ələ salır, şərhlər verir və bu yolla AFFA-dan və PFL-dən küskünlüklərini bildirirdilər. Salmanov Hakimlər Komitəsinin sabiq rəhbəri Xaqani Məmmədovdan, Quliyev isə PFL başqanı Ramin Musayevdən acıq çıxmağa çalışırdı. Sonradan hər ikisinə Frits Stuxlikin başçılıq etdiyi komitədə iş verildi, bununla da səsləri birdəfəlik kəsildi. İndi hər ikisi başını aşağı salıb işini görür, hakim səhvlərini görməzlikdən gəlirlər. Pul qazanırlar deyə, susmağa məhkumdular.
Vaxtilə onların əl atdığı “siyasət”i indi bir başqa sabiq hakim, uzun illər premyer-liqada fit çalmış Əfqan Həmzəyev yürüdür. Hazırda başı çimərlik futboluna, futnetə və futvolleyə qarışan mütəxəssis çempionat görüşlərini diqqətlə izləyir, şəxsi “feysbuk” səhifəsində həmkarlarının səhvlərini xüsusi qabardır. Qısası, müxalif mövqedə dayanıb, iş başında olanlarla sözü düz gəlmir.
Anar Salmanov bir neçə gün öncə “İdman TV”də yayınlanan “Oyunun hakimi” verilişində qonaq olub. Söhbət Əfqan Həmzəyevdən düşəndə, Anar bəy həmkarı haqda xoşagəlməz ifadələr işlədərək, onu hakim saymadığını dilə gətirib. Bu isə haqlı olaraq Həmzəyevin xoşuna gəlməyib. Nəticədə Əfqan bəy qarşı tərəfə “feysbuk” vasitəsi ilə səslənib, ona mesajını bu yolla çatdırıb: “İki gün öncə “İdman TV”nin “Oyunun hakimi” verilişində adı Anar, soyadı Salmanov olan məxluq haqqımda ağzına və ağlına gələni danışıb, mənim hakim olmadığımı söyləyib. Xub, olsun!
Hər kəs ağlının miqdarı qədər danışır. Bu insanabənzərə cavab verməyəcəkdim, amma onun danışdıqları artıq mütəmadi hal aldığı üçün cavab verməyə məcbur oldum. Bu, mənim bu zata ilk və son cavabımdı. Bir də mənim adımı o çirkli ağzına alsa, onunla hüquq müstəvisində danışacam. Bundan kimsənin şübhəsi olmasın. Bu məxluq danışmağa məhkumdu, çünki oturduğu isti qucağın sahibi və dolayısı ilə bunun sahibi belə istəyir. Amma məlumat üçün deyim ki, mən bunun adını indiyə qədər heç bir yerdə, heç bir halda çəkməmişəm və bundan sonra da çəkmək fikrim yoxdu. Çünki haqqında hətta pis danışmağa belə dəyməyən bir zatdı bu. Bu qədər!
Burdan Azərbaycan Dövlət Televiziyası və “İdman TV”nin rəhbərlərinə səslənmək istəyirəm. Dövlət Televiziyasında mənim haqqımda ağzına gələni danışan bu şəxs barədə ölçü götürülsün! Həm mənim konstitusiya haqlarım, həm də Kütləvi İnformasiya Vasitələri haqqında qanunun müxtəlif maddələri pozulub, şəxsiyyətim və əmək fəaliyyətim təhqir olunub. Mən məlum verilişin aparıcısını da qınayıram ki, mövzudan kənara çıxaraq mənim təhqir olunmağıma şərait yaradıb. Bu haqda rəsmi məktublarımı tez bir zamanda rəsmi ünvanlarına çatdıracam”.
Əslində tanış mənzərədi. Yaxın keçmişdə, elə bu günün özündə də Oqtay Abdullayevin dəstəsi ilə Nazim Süleymanovun başına yığılanlar bir-birinə “girirsə”, jurnalistlər arasında parçalanma yaranıbsa, sabiq hakimlərin arasında belə münasibət təəccüblü görünməməlidi. Vəziyyətin bu həddə çatmasının tək səbəbkarı isə məlum siyasəti yürüdən, özünə sərf edən qrup yaradan Elxan Məmmədovdu. İllərdi AFFA-nın ideloqu kimi tanınan baş katib. Allah betərindən saxlasın...
Hə, maraq üçün onu da xatırladaq ki, ölkə futboluna cavabdehlik daşıyanlar vaxtilə həm Anar Salmanovun, həm də Əfqan Həmzəyevin “Neftçi”yə “işlədiklərini” əsas gətirib, hər ikisini premyer-liqadan uzaqlaşdırmışdılar. Onlardan əvvəl isə Babək Quliyevi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar