16 okt 11:36olke

“Araz”ı ayırdılar, qol ilə doyurdular...


Futzal üzrə Çempionlar Liqasındakı təmsilçimiz “Araz” bir ilin əziyyətini, ölkənin qitə yarışından gözləntilərini, ümidlərini yerə vurdu. "Xəzər adaları"nı finalda hakim köməyi ilə yenməyə dəymədi. Necə deyərlər, elə yıxılmağa belə ağlamaq yaraşmadı. Komandanın iranlı legionerlərinə viza alınmaması da bizim problemimiz deyil, klubun, federasiyanın, AFFA-nın yarıtmazlığıdı. Hər oyundan əvvəl və sonra heyət yetərsizliyini vurğulayan Joze Alesio da Silva da günahsız deyil. Yəni onun söylədikləri bəhanədən başqa bir şey deyil. Tutaq ki, Hadi Əhmədi, Hadi Rizvan, Vahid Şafeyi və Əmir Şocayinin başına bu hadisə gəlməyib. Əhmədi qapıçıdı, yəni onun yoxluğu ciddi itki deyil. Hadi Rizvan, Vahid Şafeyi və Əmir Şocayi oynayacaqdısa, Nihad, Ramiz ehtiyatda qalacaqdı. Buna az şahidlik etməmişik. Yaxşı olar ki, Alesio çıxıb "Hadi Rizvan səviyyəsində Nihad yetişdirə bilməmişəm bu illər ərzində” desin. Əksinə, potensiallı gəncləri də “dişə vurub” başından edib.
Deyək ki, Belçika, Portuqaliya çempionları ilə bacarmadılar, bəs Ukrayna təmsilçisinə darmadağını nə ilə izah edək? Axı "bütün gücümüzü son oyuna səfərbər edəcəyik" demişdi. Nə oldu bəs? Budu səfərbərlik? Budusa, AÇ ərəfəsində “ağ bayraq qaldıraq...”
Digər oyunda “Benfika” “Halle-Gooik”i 6:2 yenib.
Futzal üzrə Çempionlar Liqası
Əsas mərhələ, 2-ci qrup
Xerson (Ukrayna) – Araz 8:3 (3:1)
Xerson: 19. Yuri Savenko, 4. Dani Fernandes, 5. Vitali Skori (k), 10. Roninyo, 11. Mixail Volanyuk; 17. İlya Bakinski, 2. Riçard David, 8. Dmitri Sorokin, 9. Mixail Zavruç, 12. Petro Şoturma, 13. Levgen Lanko, 15. Nikolay Bilotserkivets, 18. Maksim Bessalov, 20. İhon Korsun.
Baş məşqçi: Xavi Rodriges Nebreda.
Araz: 12. Rövşən Hüseynli, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov; 19. Vladislav Reznov, 10. Nihad İsmayılov, 17. İsa Atayev.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: M.Zavruç, 5-öz qapısına (0:1). R.David, 9 (1:1). İ.Korsun, 10 (2:1). L.Lanko, 19 (3:1). P.Şoturma, 23 (4:1). N.Bilotserkivets, 24 (5:1). R.David, 26 (6:1). İ.Atayev, 30 (6:2). N.Bilotserkivets, 31 (7:2). X.Bağırov, 40 (7:3). R.Şoturma, 40 (8:3).
Vərəqələr: R.David, 08. X.Bağırov, 32. İ.Korsun, 34 - sarı.
Hakimlər: Moşe Bohbot (İsrail), Damyan Yaruşeviç (Polşa), Viktor Buqenko (Moldova).
Hakim-inspektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Serjio Lopes-Andujar Alonso (İspaniya).
12 oktyabr. Halle. De Bres Arena.
1. Benfika 3 2 1 0 14-3 7
2. Xerson 3 2 1 0 16-7 7
3. Halle-Gooik 3 1 0 2 10-14 3
4. Araz 3 0 0 3 4-20 0

Reaksiyalar
Joze Alesio da Silva (“Araz”ın baş məşqçisi): “Bu heyət, bu gün meydana çıxan uşaqlar qəhrəmandılar. Dörd gün ərzində üç ağır oyun keçirmək, hesabdan asılı olmayaraq, sona qədər vuruşmaq, mübarizə aparmaq çox çətindi. Bunu rəqib məşqçilər də deyir. Hətta bu gün əsas yük 5 oyunçunun üzərinə düşdü. Nihad İsmayılovun zədəsi var və onu meydanda az saxladım. Fiziki cəhətdən çox çətindi. Real danışsaq, hazırkı vəziyyətdən daha yaxşısını etmək heç kimə asan görünməsin. İnanın, 30 illik karyeramda ilk dəfə belə halla rastlaşırdım”.
Xavi Rodriges Nebreda (“Xerson”un baş məşqçi): “Oyun bizim üçün əhəmiyyətli idi. Fərqli hesabla qazanmalıydıq ki, birinci yeri tutmaq şansımız olsun. Düzdü, bu həm də “Benfika” – “Halle Gooik” oyunundan asılı idi. Ancaq sona qədər döyüşdük. Rəqibimiz də pis oynamadı. Xüsusilə də birinci hissədə onların müqavimətini qırmaq çox çətin oldu. “Araz”a hörmətlə yanaşırıq. Futzalda sözünü demiş, hörmət olunacaq rəqibdi. Onlar 6 oyunçu ilə 120 dəqiqə mübarizə apardılar. Bu futzalda asan iş deyil. Hər birinin əməyinə hörmətlə yanaşırıq. İlk dəfə mərhələ adladıq, buna görə şadıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar