15 okt 13:39olke

Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub


“Xidmətimdə maraqlı idilər, “Sabah”a keçməyimi istəyirdilər”
2017-nin yanvarında “Zirə”nin heyətinə qatdığı futbolçulardan biri də Riçard Qadze idi. Azərbaycana gəldiyi ilk vaxtlardan oyunu və vurduğu qollar ilə əsas heyətdə özünə yer etməyi bacaran qanalı forvard mövsümün ikinci yarısını 3 qolla tamamladı. 2017/18 mövsümündə isə 23 oyunda meydanda olmaqla rəqib qapılarına 7 dəfə yol tapdı. Üstəlik, Avroliqada forma geydiyi 4 qarşılaşmada hesabına 2 qol yazdırdı.
Qadzenin inamlı çıxışından sonra Azərbaycanda qalacağı inandırıcı deyildi. Agentlər ona bir neçə klub tapmışdı, o isə seçimini edib Rumıniyaya yollandı. “Voluntari” ilə 3 illik sözləşməyə imza atandan sonra Hacinin vətənində də özünü doğruldacağına şübhə yox idi. Əslində oynadı da. Komandanın əsas hücumçusuna çevrilib ötən mövsüm 28 oyunda ilk “11-lik”də yer aldı, rəqib qapıçıları 6 dəfə məyus etdi. Lakin nə baş verdisə, cari mövsümdə 1 oyunda forma geydikdən sonra komandanı tərk etmək qərarına gəldi. O artıq “Zirə”nin – köhnə-yeni komandasının üzvüdü.
Odu ki, dünən “qartallar”ın məşqindən əvvəl Qadze ilə görüşüb, burdan gedişindən sonra ortaya çıxan suallara cavab tapmağa çalışdıq.
- Köhnə-yeni komandanda özünü necə hiss edirsən?
- Köhnə-yeni ifadəsini yerində işlətdiz. Bu klub, bu komanda mənə olduqca doğmadı. Sanki müvəqqəti harasa getmişdim, evimə qayıtmışam. Ona görə də çox rahatam. Ümid edirəm ki, rahatlığım komandama fayda verməyə kömək edəcək.
- 3-4 gündü komanda ilə birgəsən. Çox şey dəyişib?
- Dəyişən heç nə yoxdu. Həmin klubdu, həmin şərait, həmin peşəkarlıq. Yalnız futbolçu heyəti baxımından dəyişiklik diqqətimi çəkdi. Yeni baş məşqçimiz də mənə yad adam deyil. Mən “Zirə”də oynayanda Zaur Həşimov Ayxan Abbasovun köməkçisi işləyirdi. Klub rəhbərliyi və personal da olduğu kimi qalıb.
- “Zirə”yə dönüşün necə baş verdi?
- Burda çalışan insanlarla çox yaxşı münasibətim olub, bu gün də var. Hətta Rumıniyada oynayanda belə, onlarla danışırdım, əlaqə saxlayırdım. Xüsusən də keçmiş prezidentimiz olan Natiq İsmayılovla. Bu gün burda olmamasına təəssüflənirəm. Təkcə futbol barədə yox, hər şeydən danışırdıq. Bəzən burdakı dostlarım məni “Zirə”yə qayıtmağa səsləyirdilər. Lakin “Voluntari” ilə müqaviləm imkan vermirdi. Bu dəfə belə bir şans yarandı, əldən vermədim.
- “Voluntari”dən ayrılmağının kökündə nə dayanırdı? Bildiyimə görə, Rumıniya təmsilçisi ilə daha 2 illik anlaşman vardı.
- Elədi, ötən yay 3 illik müqavilə bağlamışdım. 1 il oynadım, 2 il qalırdı. Amma orda elə hadisələr baş verdi ki... Bunun təfərrüatına varmaq istəmirəm. Çünki danışmağa başlasam, nə siz müsahibəni yazıb qurtara biləcəksiz, nə də mən məşqə yetişəcəm. Gözləmədiyim sürprizlərlə qarşılaşdım. Ona görə də komandadan ayrılmaq qərarına gəldim. “Voluntari” mənim üçün bağlanmış səhifədi, çox yaxşı təcrübə oldu. Bundan sonra bütün diqqətimi “Zirə”yə və onun oyunlarına yönəltmək istəyirəm. Əsas odu ki, burda çox xoşbəxtəm.
- Xırdalıqlara varmayaq, sadəcə, “Voluntari”dəki problemin kökünü bilmək istərdim.
- Sadə bir çətinliyi deyəcəm. Bildiyiniz kimi, qanalıyam. Hər dəfə Qanadan Rumıniyaya yola düşəndə viza almaq üçün nə qədər əziyyət çəkdiyimi məndən yaxşı bilən olmazdı. Yollarda qalır, əsəb keçirirdim. Qanada Rumıniya səfirliyi yoxdu, viza almaq üçün məcburiyyətdən başqa ölkəyə getməli olurdum. Orda da növbə, yubanma, gözlətmə - bunlar məni yorurdu. Üstəlik, təlim-məşq toplanışlarına gecikirdim ki, belədə məşqçilərlə, rəhbərliklə sözümüz çəp gəlirdi. Halbuki məndən asılı olan səbəb deyildi. Təsəvvür edin, viza gecikmələrinə görə 18 oyunda iştirak edə bilməmişdim. Buna baxmayaraq, qol vurmaqla bağlı problem yaşamırdım. Komandanın ikinci ən sərrast futbolçusu idim.
- Rumıniya futbolunda vəziyyət necədi? Bizim futbolla ordakı arasında çox fərq var?
- Ciddi fərqin olduğunu deməzdim. Bəli, müəyyən fərqliliklər var, hansı ki, orda olan burda yoxdu, burda olan orda.
- Məsələn...
- Məsələn, Rumıniyanın elitasında 14 komanda iştirak edir. Azərbaycanda isə az qala bunun yarısı qədər. Xüsusi məqam kimi bunu qeyd edərdim. Azərbaycanda hər il mütləq hansısa komanda Çempionlar Liqasının, ya da Avroliqanın qrupunda çıxış edir, ölkə futbolunu təmsil edir. Rumıniyada son illər belə komanda yoxdu. Təsnifat mərhələsindən o tərəfə keçə bilmirlər. Hə, bir də iddia məsələsi var. Burda baxıram ki, “Qarabağ” digər rəqiblərindən aşkar fərqlə öndədi, 7 komandanın durumu isə aşağı-yuxarı eynidi. Hansısa komandanı çempionatın autsayderi gözündə görmək mümkün deyil. Burda kimə baxırsan, hamı Avroliqaya vəsiqə üçün mübarizə aparır. Turnir cədvəlinə baxıram, 5-ci pillədəki “Zirə” ilə 2-ci yerdəki “Keşlə” arasında cəmi 3 xal fərq var. Sonuncu pillədə yer alan “Sabah”ı “Neftçi”dən 6 xay ayırır. Bu isə o deməkdi ki, 3-4 turdan sonra hər şey baş verə bilər. Rumıniyada komandalar iki yerə bölünüb. 7 komanda avrokuboklar üçün mübarizə aparır, qalanları elitada qalmaq üçün.
- “Voluntari”dən ayrılandan sonra başqa təkliflər almamışdın?
- Düzü, “Voluntari” məni buraxmaq istəmirdi. Yayda onlara klubdan ayrılmaq istədiyimi desəm də, icazə vermirdilər. Nəhayət, bu yaxınlarda ortaq dil tapa bildik. Buna qədər isə kluba məxsus idim deyə, maraqlanan yox idi.
- Yenidən niyə məhz “Zirə”?
- Bəlkə də inanmayacaqsız, amma başqa yerə getməyi ağlımdan belə keçirmirdim. Bir məqsədim vardı – Azərbaycana qayıtmaq. Rumıniyada başıma gələnlərdən sonra gözüm qorxdu. Ona görə də yenidən yad mühitə düşmək istəmirdim. Düşünürdüm ki, klubla razılaşa bilsəm, mütləq “Zirə”yə qayıdacam. Çünki burda xoşbəxt idim, özümü evdədi kimi hiss edirdim.
- Qışda, ardınca da yayda adın “Sabah”la yanaşı hallanırdı. İzdivac niyə baş tutmadı?
- (gülür) Həmin xəbərin özünün ortaya çıxması gülməli alınmışdı. Bu ilin yanvarında Antalyada “Sabah”la eyni oteldə - “Titanik”də qalırdıq. Orda da vaxtilə “Zirə”də komanda yoldaşlarım olmuş Təmkin Xəlilzadə ilə Elgün Nəbiyev oynayırdı. Elə oldu ki, onlar mənə “Sabah”a gəlməyi təklif etdilər. Sonradan “Sabah” rəsmiləri ilə bu barədə söhbətimiz oldu. Xidmətimdə maraqlı idilər, “Sabah”a keçməyimi istəyirdilər. Amma “Voluntari” ilə anlaşmam vardı deyə, bu məsələni klublar öz aralarındakı söhbətdə həll etməliydilər. Sonradan səs-soraq çıxmadı.
- Düzünü de, “Voluntari”yə keçəndən sonra “Zirə”ni tərk etdiyinə görə peşmanlıq hissi keçirirdin?
- 100 faiz. İnsanam, mənim də hisslərim var, özümə qarşı münasibəti hiss etməyi bacarıram. Əlbəttə, “kaş qalardım, kaş ora getməzdim” kimi fikirlər gəlirdi ağlıma. Həyatın qanunu budu, səhvləri həmin an düzəldə bilmirsən, sadəcə, nəticə çıxarmaqla kifayətlənirsən.
- Ora nə deyib getmişdin? Burdakı şərait səni qane etmirdi?
- Dediyim kimi, “Zirə”də hər şey mükəmməl idi. Sadəcə, hər futbolçuda olduğu kimi, məndə də tanınmış ölkələrdə oynamaq istəyi vardı. Rumıniyanın Avropanın mərkəzində olduğunu düşünüb şansı əldən buraxmaq istəmədim. “Voluntari”nin tramplin olacağını düşünürdüm, alınmadı.
- Sənin yoxluğunu qışdan bu yana Xulio Sezar Rodriges unutdurmağa çalışır. Paraqvaylı forvard artıq xeyli sayda qol vurmağı bacarıb. Əsas heyətə düşmək sənin üçün heç də asan olmayacaq.
- Mənə lazım olan da budu. Komandada rəqabət olanda bundan hamı qazanır. Yeni futbolçulara baxdım, tək Xulio yox, başqaları da kifayət qədər bacarıqlıdı. Şafik Tiqruca, Adrian ASkarlatake, Elvin Məmmədov və adını çəkmədiyim başqaları... O ki qaldı sualınıza, keçmişdəki Qadze nə etmişdisə, keçmişdə qaldı. İndi mən burda yeni futbolçu kimiyəm. Zəhmət çəkib özümü və nəyə qadir olduğumu sübut etməliyəm ki, oynamaq imkanı qazanım. Şans qazanmaq üçün durmadan çalışmalıyam.
- Fiziki durumun necədi?
- Desəm ki, idealdı, yalan olar. Pis olduğunu da deyə bilmərəm. Məncə, ən qısa zamanda istədiyim formanı yığa biləcəm.
- “Neftçi”ylə oyunda meydana çıxmağın mümkün olacaq?
- Buna baş məşqçi qərar verəcək, mən heç nə deyə bilmərəm. Özümə qalsa, indiki durumda özümü 30-40 dəqiqə oynamağa hazır sayıram. Lakin son söz baş məşqçimizin olacaq.
- Yeri gəlmişkən, “Zirə”nin Avroliqa şanslarını necə görürsən?
- Kifayət qədər yaxşı şansımız var. Bunun üçün təkcə turnir cədvəlinə baxmaq kifayətdi. Komandaların gücü, demək olar, bərabərdi. Biz və bizim kimi başqaları da avrokuboklar uğrunda mübarizə aparacaq. 2017-də mən “Zirə”yə gələndə də turnir cədvəlindəki vəziyyət indiki kimiydi. Həvəsdən düşmədik, sona qədər mübarizə apardıq və Avroliqada çıxış etdik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər Dünən, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək Dünən, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi Dünən, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi Dünən, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə Dünən, 11:22 “Səbail”i Qəbələdə əzdilər Dünən, 11:18 Emil Balayev əla başladı, pis bitirdi Dünən, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi Dünən, 11:13 Sürprizlər turu Dünən, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi Dünən, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi Dünən, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı Bütün xəbərlər
Ən çox oxunanlar