12 okt 11:22olke

“Benfika” da çempionumuzu darmadağın etdi


“Araz” son oyuna çıxmaya da bilər
Futzal üzrə Çempionlar Liqası
Əsas mərhələ, 2-ci qrup
Araz (Naxçıvan) – Benfika (Portuqaliya) 0:7 (0:3)

Araz: 12. Rövşən Hüseynli, 5. Murilyo Borges Souza, 7. Ramiz Çovdarov, 17. İsa Atayev, 11. Xətai Bağırov; 19. Vladislav Reznov, 8. Rizvan Fərzəliyev (k), 10. Nihad İsmayılov.
Baş məşqçi: Joze Alesio da Silva.
Benfika: 15. Dieqo Ronkalo, 2. Şaqinya, 4. Andre Koelyo, 10. Robinyo, 18. Fernandinyo; 12. Andre Souza, 3. Afonsu Jezuş, 5. Fabio Çeçilyo, 6. Tyaqo Brito, 7. Bruno Koelyo (k), 8. Rafael Henmi, 17. Fernando, 19. Fits.
Baş məşqçi: Joel Roşa.
Qollar: A.Koelyo, 2 (0:1). N.İsmayılov, 6-öz qapısına (0:2). Fits, 8 (0:3). Şaqinya, 32 (0:4). Şaqinya, 32 (0:5). T.Byato, 35 (0:6). Fits, 36 (0:7).
Vərəqələr: A.Koelyo, 11. X.Bağırov, 20. Robinyo, 28 - sarı.
Hakimlər: Damyan Yaruşeviç (Polşa), Moşe Bohbot (İsrail), Nikola Yeliç (Xorvatiya).
Hakim-inspektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Serjio Lopez-Andujar Alonso (İspaniya).
10 oktyabr. Halle. De Bres Arena.
Futzal üzrə Çempionlar Liqasına xüsusi hazırlıq görən, bir neçə transfer həyata keçirən, ancaq səfər ərəfəsində "sürpriz"lə üzləşən "Araz"ın Belçikada start matçında yerli "Halle-Gooik"ə 1:5 uduzduğunu xəbər vermişdik. Baş məşqçi Joze Alesio oyundan sonra verdiyi açıqlamada yenilgini məlum problemlə əlaqələndirmişdi: "Bura gələnə qədər fərqli istiqamətdə hazırlaşıb, məşqlər etmişdik. Ancaq səfər zamanı dörd futzalçımızın bizə qoşula bilməyəcəyini biləndə bir gecədə planımızda məcburi dəyişiklik etməli olduq. Razılaşarsınız ki, aylarla məşq etdiyin sistemi bir gecədə dəyişib yeni sistemə uyğunlaşmaq, sadəcə, mümkün deyil. İstənilən sistemin tətbiqi üçün üzünmüddətli məşqlər etmək lazımdı. Uşaqlarla danışdıq, toparlanmağa, 6 oyunçu ilə edə biləcəyimizi reallaşdırmağa çalışdıq. Məncə, məhdud heyətlə oyunumuz pis alınmadı. Uşaqlar çox istəkli idilər, meydanda oyun intizamını pozmadılar. Qol vurmaq üçün də epizodlar yaratdıq. Təəssüf ki, onları reallaşdıra bilmədik. İkinci hissədə də pressinq tətbiq etdik. Oyunçularımı da başa düşürəm, çox çətindi. Novbəti oyun üçün uşaqları yenidən bir yerə yığıb, vəziyyətə uyğun plan cızacağıq. Düzdü, hələ növbəti mərhələyə yüksəlmək üçün şanslarımız var, amma bunu reallaşdırmaq çox çətin olacaq. Düşünürəm ki, gücümüzə qənaət edib, son oyunu daha çox düşünməliyik”.
Amma qrupdakı ikinci oyun göstərdi ki, Alesio yetirmələrini nəinki toparlayıb, əksinə, vəziyyət daha bərbaddı. Portuqaliya çempionu daha bir qol vursaydı, "Araz”ın hər oyunçusuna biri düşəcəkdi - 0:7.
Dünən həmçinin qrupumuzda daha bir görüş baş tutdu. "Halle-Gooik" "Xerson"a müqavimət göstərə bilmədi – 3:7. "Araz" sabah formal xarakter daşıyan oyunda Ukrayna təmsilçisi ilə üz-üzə gələcək. Naxçıvanlıların mümkün qələbəsi belə heç nəyə yaramayacaq. Çünki “Xerson”un dörd xalı var, şəxsi oyunda da belçikalılara uduzmuşuq. Yəni “Araz” saat 19.30-da start götürəcək qarşılaşmaya çıxmasa da, heç nə itirməyəcək. Əlbəttə, bu bir zarafatdı...
1. Benfika 2 1 1 0 8-1 4
2. Xerson 2 1 1 0 8-4 4
3. Halle Gooik 2 1 0 1 8-8 3
4. Araz 2 0 0 2 1-12 0
MİRAĞA

Reaksiyalar
Joze Alesio da Silva (“Araz”ın baş məşqçisi): “Olanları təkrarlamaq istəmirəm. Artıq başverənlərlə bağlı dünən də danışmışam. Məncə, bu gün daha yaxşı mübarizə apardıq. Çünki “Halle Gooik”lə oyundan sonra necə oynayacağımızı müəyyənləşdirdik. Amma yorğunluq sözünü dedi. İkinci hissədə uşaqların ayaqları sanki işləmirdi, beyinləri yorulmuşdu. Birinci hissədə 3 qol buraxdıq. Fasiləyə qədər gücümüz daha çox idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Vurulan qolların bəzisini “hədiyyə etdik”. Bu da yorğunluğun, ardıcıl iki matçı 6 oyunçu ilə keçirməyimizin nəticəsidi. “Benfika” isə fərqli keyfiyyətlərə malik komandadı. İstər taktiki, istərsə də texniki cəhətdən onlar qrupun aşkar favoriti, ən güclüsüdü. Şansımız “Halle-Gooik” – “Xerson” oyununun nəticəsindən asılıdı. Ukrayna futzalçıları qələbə qazana bilməsə, şənbə gününü fərqli etməyə çalışacağıq. İstənilən halda son matçda da “döyüşəcəyik”.
Joel Roşa (“Benfika”nın baş məşqçisi): “Çətin və maraqlı oyun oldu. Biz ağıllı, səliqəli, intizamlı oynadıq. Məşqdə etdiklərimizi 100 faiz meydanda həyata keçirdik. “Araz”ın üzləşdiyi problemdən xəbərdaram. Bu komandanın heyətində mübarizə aparan 6 oyunçu qəhrəmandı. Onlar iki gün ardıcıl olaraq bu cür oyunlar keçirdilər. Təbii ki, biz qrupu birinci pillədə başa vurmaq üçün mübarizəmizi sona qədər davam etdirəcəyik. Son matçda Belçika çempionu ilə qarşılaşacağıq ki, onların meydan amilindən istifadə etməsinə imkan verməməyə çalışacağıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar