11 okt 12:52olke

Hakimlərin mühakiməsi


Vüqar Həsənli səhvlərindən nəticə çıxarmayıb
İlk dövrənin son turunun oyunlarında nəticəyə təsir edən hakim səhvləri diqqəti çəkməsə də, narazılıq doğuran qərarlara rast gəldik. Xüsusilə də liderin oyununda. Vüqar Həsənli və briqadasının idarəçiliyində yetərincə qüsur var idi.
NEFTÇİ – SƏBAİL, Rauf Cabbarov
Rauf Cabbarov hər nə qədər “çulunu sudan quru çıxarmağı” bacarsa da, səhvlər qaçılmaz idi. 5-ci dəqiqədə Ağbalanın rəqibin cərimə meydançasında yerdə qalmasına aldanmaması təcrübəsinin göstəricisi idisə, az sonra Ömər Buludova sarı vərəqə göstərməsi anlaşılmaz qaldı. Çünki müdafiəçi sistematik qayda pozuntusuna əl atmamışdı, üstəlik, epizodun özü də vərəqəlik deyildi. Əsas nöqsanları da elə vərəqələrlə bağlı idi. İkinci yarıda Eltunla Ağabalanın kobudluğu açıq-aşlar vərəqəlik olsa da, görməzdən gəldi. Əvəzində Voislava göstərdiyi “sarı”ya oyunu izləyənlərin əksəriyyəti güldü. Hə, fitini tez-tez səsləndirməsi də yerinə düşmürdü.
ZİRƏ – QƏBƏLƏ, İnqilab Məmmədov
Zirədə keçirilən və heç-heçə başa çatan matçda İnqilab Məmmədov və köməkçiləri, demək olar ki, çox əziyyət çəkmədilər. FİFA referisinin hadisələrin mərkəzində olması, köməkçiləri ilə yüksək səviyyədə anlaşması oyunun gedişində özünü göstərdi. Düzdü, son dəqiqələrdə “Qəbələ”nin baş məşqçi əvəzi Elmar Baxşıyev bir neçə dəfə ədalət təmsilçisinin idarəçiliyindən narazılıq etsə də, bunu daha çox hesabı qorumaq üçün atılan addım, hakimə psixoloji təsir kimi dəyərləndirmək olar. Məmmədovun Elmar bəyə xəbərdarlıq etməsi də düzgün addım idi. Çünki ona qədər referi bir neçə dəfə Baxşıyevə şifahı xəbərdarlıq etmişdi.
SUMQAYIT – KEŞLƏ, Səbuhi Bayramov
Küclü küləyin müşayiəti ilə baş tutan qarşılaşmada ilk baxışdan hakimlər briqadasının işinin çətin olacağını düşünmək olardı. Ancaq gözləntilərin əksinə, bəlkə də Bayramov qısa hakimlik karyerasında ən asan oyunlarından birini idarə etdi. Bayramovun əsas üstünlüyü qətiyyətli olmağındadı desək, yanılmarıq. Ancaq Səbuhi bəy incə bir məqama da diqqət yetirsə, daha yaxşı olar. O da tez-tez fitini səsləndirib oyunun tempini aşağı salmasıdı. Ədalət təmsilçisi bəzən oyunu “oxuya”, meydandakı hadisələrin necə davam edəcəyini müəyyənləşdirə bilmədiyindən “üstünlük” prinsipinə əməl etmir.
QARABAĞ – SABAH, Vüqar Həsənli
Qarşılaşmanı yarıtmaz şəkildə idarə etdi. Düzdü, nəticəyə təsir edən səhvləri yox idi. Amma metodiki səhvləri kifayət qədər idi. Görünür, Sumqayıtdakı məlum səhvlərindən və bunun nəticəsi kimi cəzalanmasından nəticə çıxarmayıb. Startda “Qarabağ”ın iki oyunçusununa “sarı” göstərməsi Qurban Qurbanovu da özündən çıxardı. Mütəxəssis bununla bağlı 4-cü hakimə etirazını bildirdi. Yan xətt hakimi Mübariz Haşımov da ondan “geri qalmırdı”. Bir epizodda top “Qarabağ”ın oyunçularında qalsa da, ofsayda işarə etdi. Halbuki oyunu saxlamaq üçün ciddi əsas yox idi. Ümumiyyətlə, oyunun nəbzini tuta bilmirdi. Üstəlik, tez-tez fitini səsləndirməsi tempin aşağı düşməsi ilə nəticələnirdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar