09 okt 11:54olke

Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır


Bordin: “Yaramızı hissə-hissə sağaldırıq”
Oyundan sonra hər iki baş məşqçinin mətbuat konfransı 25 dəqiqə çəkdi. Buna səbəb isə xüsusən də Roberto Bordinə verilən sualların çoxluğu idi. Jurnalistlər önündə öncə Aftandil Hacıyev əyləşdi və qarşılaşma ilə bağlı fikirlərini səsləndirdi: “Layiqli qələbə münasibəti ilə rəqibi təbrik etmək istəyirəm. Bununla yanaşı, futbolçularıma da təşəkkür etməyi özümə borc bilirəm. “Neftçi”nin üstün tərəflərindən birinin standart vəziyyətlər olduğunu bilirdik. Lakin ilk hissənin sonlarına yaxın bu yolla bizi iki dəfə cəzalandırdılar. Belə epizodlarda diqqətli olmağı tapşırmışdıq. Bəzi futbolçular diqqətsiz davrandılar. Fasilədən sonra daha çox pressinq və hücum etməyə çalışdıq. Təsəlli topunu gec vurduq deyə, bərabərlik qoluna vaxt qalmadı. Məğlubiyyətə baxmayaraq, komandamın oyunundan razı qaldığımı deyə bilərəm. İlk dövrəni qənaətbəxş saymaq olar. Daha yaxşı ola bilərdi”.
- Çempionatda yaranacaq fasilədə nəyi dəyişə biləcəksiz?
- Bu dəqiqə daha çox oyunumuzu yaxşılaşdırmaq haqda düşünürük. Ötən mövsüm fərqli heyətlə oynamışdıq, yayda islahatlar oldu və Avroliqaya başqa heyətlə başladı. Mövsümün əvvəlində gedənlər oldu, yenə müəyyən dəyişikliklər baş verdi. Tez-tez dəyişikliklərin olması işimizi çətinləşdirir. Zamanla oyunumuzu yaxşılaşdırmağa çalışırıq. Xüsusi nəyisə dəyişməyimiz mümkünsüzdü. Oyunçu ala bilsəydik, rəqabətli komanda yarada bilərdik.
- Daim əsas heyətdə gördüyümüz Fəhminin ehtiyatda qalmasının səbəbi nə idi?
- Həftəiçi zədəsi var idi deyə, 6 gün məşqlərdən kənar qalmışdı. Bu gün meydana buraxmağımızın özü də risk idi. Özü ilə danışdıq, 30 dəqiqə oynaya biləcəyini dedi.
- Əvvəlki açıqlamalarınızda “Qarabağ”ın “Neftçi”dən bir neçə dəfə üstün olduğunu demişdiz. Bugünkü oyundan sonra yenə həmin fikirdəsiz?
- Fərqli komandalardı. “Qarabağ” bu gün topa sahibolmada usta futbolçulara sahibdisə, “Neftçi” atletik futbolla fərqlənir. “Qarabağ” sənə topla oynamaq imkanı vermir, “Neftçi” isə həm özü oynayır, həm də sənə imkan verir. Əlbəttə, bu iki komanda arasında fərq hiss olunur. Lakin bu o demək deyil ki, “Neftçi” çempionluq yolunda “Qarabağ”la mübarizə apara bilməz.
Roberto Bordin də ənənəyə uyğun olaraq oyunu şərh edəndən sonra suallara cavab verdi: “Göstərdikləri oyuna görə futbolçularımı təbrik edirəm. Belə çətin vəziyyətdə oyuna yanaşmaları xoşuma gəldi. Xüsusən ilk hissədə olduqca fəal görünürdülər. Bu gün təkcə “duran toplar”da yox, müxtəlif epizodlarda təhlükə yaratdıq. İkinci yarıda fərqi artırmaq haqda düşünürdük. Risk edib irəli atıldıq, lakin qapımızda top gördük. Fasilədən sonrakı qol imkanlarını dəyərləndirib, böyükhesablı qələbə qazanmalıydıq.
- Sizə elə gəlmir ki, Mustivar çox top itkisinə yol verdi?
- Dediyim kimi, hamının oyunundan razı qaldım. Razıyam, ötürmələrdə müəyyən səhvləri olurdu. Lakin buna görə onun oyunun üstündən xətt çəkə bilmərik. Çünki komandaya yetərincə fayda verirdi, zonaları vaxtında bağlayırdı. Hətta epizodların birində komandanı qoldan xilas etdi.
- Ardıcıl 2 qələbədən sonra “Neftçi”nin “məngənə”dən çıxdığını deyə bilərik?
- Çətin vəziyyətdən çıxdığımızı demək üçün tezdi. Yaramız var, həmin yaranı hissə-hissə sağaldırıq. “Bney Yehuda” ilə oyundan sonrakı gərginlikdən zamanla çıxmağa çalışırıq.
- Yaranı tam sağaltmaq üçün nə lazımdı?
- İlk növbədə hər oyundakı səhvlərdən nəticə çıxarmalıyıq. Məşqlərdə daha çox çalışmaqla, hücumlar zamanı məhsuldar davranmaqla yaranı sağalda bilərik. O qədər qol vəziyyətini boşa vermək problemdi. Bunun üzərində çalışacağıq.
- Səlahət Ağayevin durumu nə yerdədi?
- Qasıq nahiyəsindən zədə alıb. Həkimlərin müayinəsindən sonra dəqiq fikir demək olar.
- Yüksəlişdə olan komandaya çempionatda yaranacaq fasilə necə təsir edəcək?
- Bu oyundan sonra futbolçulara bir neçə günlük istirahət veriləcək. Fasilədə sərəncamımda elə də çox futbolçu olmayacaq. Çünki əksəriyyəti yığmaların düşərgəsinə yollanır. Əlimizdə olan futbolçularla fasilədən maksimum yararlanmağa çalışacağıq.
- Tural Axundov ötən tur Qəbələdə yaxşı oyun nümayiş etdirib, hətta qol da vurmuşdu. “Qalib heyəti dəyişməzlər” prinsipinə sadiq qalmamağınızın səbəbi maraqlıdı.
- “Qalib heyəti dəyişməzlər” ifadəsi qanun deyil, sadəcə, deyimdi. Təsəvvür edin, çempionatboyu komandam uda-uda gedir və mən heyəti dəyişmirəm. Bu mənzərəni təsəvvür etməyin özü çətindi. Tural “Qəbələ” ilə matçda yaxşı oynadı, qol da vurdu. Sadəcə, həftəboyu məşqlərə diqqət yetirir, heyəti də rəqibin oyun üslubuna uyğun qururam. Axundovla heç bir problemim yoxdu.
- Dabonu bu gün meydanda görmədik. Axşam “instaqram” səhifəsində neqativ nəsə paylaşacağından ehtiyatlanmırsız?
- Sosial şəbəkələrdə nəsə paylaşmaq futbolçuların şəxsi işidi. Ona görə də bu məsələyə şərh verə bilmərəm.
- Hakim idarəçiliyi ilə bağlı müəyyən narazılıqlarınız olurdu. Hakimliyi necə şərh edərdiz?
- Narazı olduğumu harda gördüz? Siz sualları sanki polemika yaratmaq üçün verirsiz (bəndənizin ünvanladığı son iki suala bu şəkildə cavab verməklə bir növ suallardan yayınır. Halbuki qayda pozuntuları və sarı vərəqələr zamanı bir neçə dəfə köməkçilərinə baxmaqla və əl hərəkətləri ilə narazılığını göstərmişdi – H.).
- Oyun ərzində bir neçə dəfə Darionu səslədiz. Nədən narazı idiz?
- Bəzi epizodlarda rəqib oyunçunu “bağlamaq” tapşırığını unudurdu. Mən də bunu onun yadına salırdım. Darionun adını dilimə gətirəndə təkcə neqativ nəyə görəsə səslənmirəm. Bəzən pozitiv nələrsə də olur.
- Qurban Qurbanov bir neçə dəfə çempionatdakı limitdən narazılığını dilə gətirib. Maraqlıdı, sizin bu məsələyə münasibətiniz necədi?
- Limitdən şikayətim yoxdu. Çünki futbolçunun milliyyətinə yox, necə hazırlaşdığına, necə oynadığına ümid verirəm. Futbolçunun performansı yüksək olanda limit yada düşmür.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
15-11-2019, 13:09 AFFA gecikdi, “Albasete” Eddini buraxmadı 15-11-2019, 13:08 Dadaşlinski Elxan Məmmədova görə ya AFFA-ya, ya da özünə müraciət etməlidi 15-11-2019, 13:07 Samir Abasov İspaniyaya gedir 15-11-2019, 13:03 Giqqz Yurçeviçi qabaqlayacaq, Uelsin itkiləri artır 15-11-2019, 13:02 Emil Balayev mövsümün rəmzi komandasında yer aldı 15-11-2019, 13:00 Bizimkilər yatır, lüksemburqlular axtarır 15-11-2019, 12:59 Ölkə kubokunun yeni mövsümünün püşkü atıldı 15-11-2019, 12:55 “Neftçi” İK də “Araz”ın seriyasını qıra bilmədi 15-11-2019, 12:53 Bir oyunda 18 qol vuruldu 15-11-2019, 12:50 “Mil”in stadion problemi yoluna qoyuldu 15-11-2019, 12:48 Elxan Məmmədovla Firuz Abdulla AFFA-nı gülüş hədəfinə çevirib! 13-11-2019, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər 13-11-2019, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək 13-11-2019, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi 13-11-2019, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi 13-11-2019, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə 13-11-2019, 11:22 “Səbail”i Qəbələdə əzdilər 13-11-2019, 11:18 Emil Balayev əla başladı, pis bitirdi 13-11-2019, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi 13-11-2019, 11:13 Sürprizlər turu 13-11-2019, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi 13-11-2019, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi 13-11-2019, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir Bütün xəbərlər
Ən çox oxunanlar