02 okt 12:08olke

Vernidub “Sabah”la danışıqlar üçün Bakıya gəlib


Özatın məsələsi açıq qalıb, başqalarıyla danışıq aparılır
Elşad Əhmədovla yolları ayırmağa qərar verən “Sabah” rəhbərliyinin yeni baş məşqçi axtarışı hələ ki səmərəsiz qalmaqdadı. Daha doğrusu, axtarışlar davam etsə də, konkretlik yoxdu.
Ötən həftəiçi Ümit Özatın adı qəzet və saytların manşetlərini bəzəyirdi. Türkiyəli mütəxəssislə danışıqlara start verilsə də, son sözü deməli olan rəhbərlik tələsmək istəmir. Özatın tələb və şərtləri dinlənildikdən sonra sıra digər namizədlərin ürək sözlərinə verilib. Odu ki, adı siyahıda olan bəzi tanış olan və olmayan mütəxəssislərlə danışıqlar davam etdirilir.
Onlardan biri Vernidubdu. Yox, bu, vaxtilə “Qəbələ”nin formasını geymiş Vitali deyil. Söhbət azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan futbolçunun atası Yuridən gedir. “Sabah”ın başbilənləri ukraynalı çalışdırıcı ilə telefon söhbəti edən kimi təcrübəli məşqçi Bakıya gəlmək fikrinə düşüb. Belədə bilet alaraq paytaxtımıza səfər edib ki, məqsədi “Səbail”lə oyunu izləmək, infrastrukturla yerində tanış olmaq və ən əsası, rəhbərliklə üzbəüz danışmaq olub. Odu ki, Vernidub “Sabah” – “Səbail” qarşılaşmasını canlı izləyib.
Vernidub soyadı gurultulu səslənməsə də, bu mütəxəssis Ukraynada, xüsusən də Luqanskda yetərincə tanınır və sevilir. Bu da səbəbsiz deyil. Yuri Nikolayeviç 2012-nin mayından 2019-un mayına qədər, yəni 7 il bu şəhəri təmsil edən “Zarya”ya rəhbərlik edib. Bu müddətdə klub tarixində ilklərə imza atmağı bacarıb. Komandanı Ukrayna kubokunun finalına çıxarıb, çempionatda bürünc medallar qazandırıb, üstəgəl, “Zarya” ardıcıl 5 il qatıldığı avrokuboklarda 2 dəfə Avroliqanın qrup mərhələsində çıxış edib. Sadalanan uğurların nəticəsində 2 dəfə Ukraynanın ən yaxşı məşqçisi adını qazanıb.
Lakin bu, komandaya məhz onun başçılıq edəcəyi anlamına gəlmir. Çünki digər mütəxəssislərlə danışıqlar davam etməkdədi. O cümlədən Ümit Özat məsələsi açıq qalır. Rəhbərliyin yeni baş məşqçinin təyinatı ilə bağlı nə vaxt qərar verəcəyini heç kim dəqiq bilmir. Sabah da ola bilər, birisigün də, “Qarabağ”la oyundan sonra yaranacaq fasilə dönəmində də. Odu ki, gözləyək...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar