02 okt 11:55olke

Vüqar Quliyev ikinci dövrəni gözləyir


“Akademiyanın rəhbəri Hakan Sünal ərizəmi qəbul etmədi”
Qitə futbol qurumu 19 yaşa qədər futbolçular arasında turnir təşkil etməyə qərar verdikdən sonra premyer-liqa təmsilçiləri bu yaş qrupuna daha çox diqqət ayırmağa başlayıb. U-19 liqasında qalib olan komandanın UEFA Gənclər Liqasında çıxışı belə klubun büdcəsinə əlavə maliyyə vəsaitinin daxil olmasına imkan verirsə, bu diqqət və qayğının nədən qaynaqlandığını başa düşmək çətin deyil. Bəs bu gün U-19 liqasında durum necədi, hansı komandalar çempionluğa iddialıdı? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “Sumqayıt”ın 19 yaşa qədər komandasının baş məşqçisi, vaxtilə “Qarabağ”, “Bakı” “MKT-Araz” kimi klubların şərəfini qorumuş, millinin formasını geymiş Vüqar Quliyevlə söhbətləşdik.
- Hazırda çalışdırdığınız komandanın durumu necədi?
- Klub rəhbərliyi akademiyanın bütün yaş qruplarına olduğu kimi, U-19-a da yaxşı nəticələr qazanmaq üçün lazımi şəraiti yaradıb. Heç nədən şikayətlənə bilmərəm. Bizə yalnız meydana çıxıb baxımlı oyun sərgiləmək və mövsümü mümkün qədər üst pillələrdə başa vurmaq qalıb.
- U-19 liqasında artıq iki tur geridə qalsa da, “Sumqayıt” hələ ki qələbəyə həsrətdi. “Keşlə”nin ardından yetirmələriniz səfərdə “Qəbələ”yə 0:8 hesabı ilə məğlub oldu. Belə hesab səviyyə fərqinin göstəricisidi, yoxsa...
- Doğrudan da mövsümə yaxşı başlamamışıq. “Keşlə” ilə görüşdə bəxt bizdən üz döndərmişdi. Komanda dəfələrlə əlverişli qol vəziyyətləri yaratsa da, son nöqtəni qoya bilmədi. “Qəbələ” ilə oyuna gəlincə, hesabın səviyyə fərqindən irəli gəldiyi fikri ilə razılaşmıram. Birincisi, çalışdırdığım komandada bu gün “Sumqayıt”ın əsas heyətinə namizəd minimum 5-6 oyunçu çıxış edir. İkincisi, onların arasında müvafiq yaş qrupu üzrə yığmaya dəvət olunan futbolçular da var. Həmin matçın ilk hissəsi, demək olar ki, başabaş mübarizə şəraitində keçdi. Meydan sahibləri birinci yarıda da, sadəcə, bir qol vurmağaı bacarmışdılar. Fasilədən sonra meydanda nə baş verdiyini heç birimiz – nə mən, nə köməkçilərim, nə də futbolçular başa düşdü. Rəqibin, demək olar ki, hər hücumu qolla nəticələndi. Həmin oyuna görə məsuliyyəti boynuma götürüb, Sumqayıta geri dönəndən sonra istefa verdim. Lakin akademiyanın rəhbəri Hakan Sünal ərizəmi qəbul etmədi. Onunla aramızda müəyyən söhbət oldu və işimə davam etməyi məsləhət gördü. İnanın, həmin gün gözümü yuma bilmirdim. “Qəbələ” ilə matçın ikinci 45 dəqiqəsi gözümün qabağına gəlirdi.
- Oyundan sonra yetirmələrinizlə söhbət etdiz?
- Bu komanda artıq 4-cü ildi rəhbərliyim altında çıxış edir. Uşaqların hamısını çox yaxşı tanıyıram və potensiallarına bələd olduğumdan deyirəm ki, böyük hesabla uduzmağımız səviyyə fərqini göstərmir. Yetirmələrimə güvənirəm və növbətu turda qarşılaşacağımız “Sabah”la matçdan qalib ayrılacağımıza inanıram. “Qəbələ”yə isə UEFA Gənclər Liqasında qarşılaşacağı APOEL-lə görüşlərdə uğurlar arzulayıram. Hər halda, çempionat iki dövrədən ibarətdi və Sumqayıtdakı qarşılaşmada məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq.
- Ümumiyyətlə, hazırda U-19 liqasında çıxış edən komandaların səviyyəsi necədi? Futbolumuzun gələcəyinə güvənmək olar?
- Bu barədə uzun-uzadı danışmaq olar. UEFA-nın məlum qərarından sonra əksər klublar əvəzedici heyətdən çox U-19 komandalarına diqqət ayırırlar. Liqada çempionluq uğrunda bir neçə klub mübarizə aparır ki, onların da heyətində normal yeniyetmə futbolçular çıxış edir. Məşqlərinə bir qədər də məsuliyyətlə yanaşıb, üzərlərində işləsələr, bir neçə ildən sonra səsləri premyer-liqadan gələ bilər. U-19 liqasının ümumi səviyyəsini normal qiymətləndirmək mümkündü.
- Artıq 7 ilə yaxındı müxtəlif yaş qrupu üzrə komandaları çalışdırırsız. Niyə aşağı yaşda fərqlənən futbolçuların əksəriyyəti böyük futbola keçiddə itib-batırlar?
- Bunun da bir çox səbəbi var. Bu haqda da geniş danışmaq olar. Ancaq fikrimcə, burda əsas məsələ xarakterlə bağlıdı. Yaş ötdükcə uşağın fikri başqa səmtlərə yönəlir. Onlar da bəzi həmyaşıdları kimi kef-əyləncə axtarışında olurlar. Belədə futbol keçir ikinci plana. Kimlər ki bu yoldan dönmürlər, qarşıya qoyulan hədəfə doğru addımlayırlar, onlar böyük futbola keçə bilirlər. Qalanları yarıyolda qalırlar. Özünüz də görürsüz ki, son illər ölkəmizdə şou-biznes inkişaf edir, əyləncə mərkəzlərinin sayı durmadan artır. Bu da cavanların marağının başqa istiqamətlərə yönəlməsinə gətirib çıxarır. Bu gün əksər klublarımızda, o cümlədən “Sumqayıt”da gənc futbolçuların inkişafı üçün hər cür şərait var. Şəxsən mən futbola başlayanda asfaltda, qumda məşq edirdik. İndi isə “Sumqayıt”da bütün yaş qruplarının ixtiyarına bir neçə meydan verilib. Hər uşaq idman dəsti ilə təmin olunub. Həkim nəzarəti yüksək səviyyədədi, hər komandaya ayrıca fiziki hazırlıq üçün məşqçi ayrılıb. Bütün bunlar nə üçündü? Əsas komandaya futbolçu yetişdirmək üçün. Belə imkandan yararlanmayan gənc və yeniyetmə sabah böyük futbol oynamayacaqsa, günahı başqasında yox, özündə axtarmalıdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar