02 okt 11:48olke

“Forza” “Neftçi”ni “qaraladı”, qəbələli azarkeş Rauf Əliyevi təhqir etdi


Uğursuz nəticələrə görə komandanı boykot edən “Forza Neftçi” Qəbələ səfərində tribunaya qayıtmışdı. Aydın məsələ idi ki, azarkeş qrupu komandanı dəstəkləmək yox, çempionata uğursuz başlamağın hesabını soruşmaq üçün qayıtmışdı. Elə təkcə bu səbəb oyuna marağını artması üçün kifayət edirdi. Hər şey gözlənilən kimi də oldu. “Forza Neftçi” oyunboyu komandaya, baş məqşçiyə, rəhbərliyə sərt təpki göstərdi. Hər şey oyunun əvvəlindən - “Neftçi” son hazırlıqlar üçün meydana çıxan kimi başladı. Azarkeşlər futbolçuları meydanda görən kimi birağızdan “Banişevsikinin ruhu göynəyir” deyərək, etiraz dalğasına start verdi. Qəzəb o qədər sərt idi ki, azarkeş qrupu matçın başlamasına az vaxt qalmış “Neftçi”nin oyunçularını yanına belə çağırmadı. Əsl tamaşa is görüşün start fitindən sonra başladı.
Artıq 5-ci dəqiqəsində “Forza”nın hədəfində klubun idman direktoru Ceyhun Sultanov var idi. Onlar hamılıqla “Ceyhun, “Neftçi” oynamır” qışqıraraq ona təpki göstərdilər. Vaxt irəlilədikcə etirazlar daha da böyüdü. Azarkeş qrupu davamlı olaraq Ceyhun Sultanovla baş məşqçi Roberto Bordinin əleyhinə şüarlar səsləndirir və onların istefasını tələb edirdilər. Təbii ki, etiraz “qonaqlığı”dan “pay”ını yalnız bu iki şəxs almadı. Azarkeşlər klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevi də unutmadılar. Onlar ara-sıra “detektiv yaza-yaza “Neftçi”ni bitirdin” oxuyaraq Abdullayevi də yad etdilər.
İkinci hissədə isə azarkeşlərin təpkisi daha da sərtləşdi. “Neftçi”nin hücum etdiyi qapının “Forza”nın yerləşdiyi tribunaya yaxın olması oyunçuların işini əməlli-başlı çətinləşdirdi. Hətta bir epizodda kapitan Emin Mahmudov künc zərbəsini yerinə yetirmək üçün kənara gələrkən azarkeşlər ona çox sərt təpki göstərdilər. “Forza”nın qəzəbi komandaya qarşı o qədər çox idi ki, Tural Axundovun baxımlı qolu belə bunu soyuda bilmədi, tam əksinə, daha da alovlandırdı. Belə ki, azarkeşlər qoldan sonra nəinki sevindilər, hətta Axundova qəzəbləndilər. Onlar “istefa” qışqırmağa başladılar. Daha sonra isə Turalı sanki qol vurduğuna görə qınayaraq “Tural, qol vur, Ceyhun dardadı” deyə oxudular. Epizodlarının birində isə Axundov azarkeşlərin bu addımına dözməyərək onlara barmaqla işarə etdi. Məhz bundan sonra “Forza” Turalı əməlli-başlı gözüm-çıxdıya saldı. Təsəvür edin ki, azarkeşlərin qəzəbindən çəkinən Tural son 20 dəqiqəni meydanın “Neftçi”yə aid hissəsində keçirdi. Futbolçu nə aut atışında, nə də künc zərbəsi zamanı irəli çıxdı. Hər oyunçu dəyişikliyi zamanı həsrətlə kənara baxır, sanki özünün əvəzlənməsinin istəyirdi. Bütün bunlar baş verərkən “Neftçi” ikinci, üçüncü qolu vurdu. Ancaq dəyişən heç nə yox idi. Hər qoldan sonra stadiondan “qol” səsi yox, “istefa” şüarı eşidilirdi. Görünən o idi ki, azarkeşlərin “Neftçi” ilə bu mövsüm barışması real deyil. Elə baş məşqçi Roberto Bordin də bunu hiss etmişdi. O, mətbuat konfransında azarkeşlərlə bağlı suala qəzəblənərək “bu gün 3:0 qalib gəlmişik, niyə oyundan, nəticədən danışmırsız?”, - deyə narazılığını gizlətmədi.
Azarkeşlərin təhqirinə məruz qalan daha bir oyunçu isə Baqali Dabo idi. Ancaq fransalı “Forza”nın yox, “Qəbələ”nin azarkeş qrupu “Red Black Army”nin qəzəbinə tuş gəldi. Dabo hər dəfə onlar olan istiqamətə yaxınlaşanda futbolçuya ingiliscə təhqirlər yağdırırdılar.
Başqa bir maraqlı məqam isə oyundan sonra baş verdi. “Neftçi”nin hucümçusu Rauf Əliyev paltardəyişmə otağına yollanarkən, yerli azarkeşlərdən biri onu təhqir etdi. Futbolçu buna dözməyərək, dərhal tribunaya şığısa da, komanda yoldaşları və mühafizəçilər onu güc-bəla ilə saxladılar.
Beləliklə, Qəbələdə baş tutan qarşılaşma oyun olaraq yox, daha çox gərginliklə yadda qaldı. “Forza”nın komandaya sərt təpkisi, qəbələli yerli azarkeşlərin onların “istefa” şüarlarına ara-sıra alqışla cavab verməsi, Tural Axundovun məcburən mərkəzdən bu tərəfə keçə bilməməsi və sonda Rauf Əliyevin azarkeşlə davaya cəhdi oyunun da, hesabın da önünə keçdi. Bir sözlə, Qəbələdə maraqlı anlar meydanda yox, tribunada yaşandı.
HƏSƏN QULUZADƏ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar