02 okt 11:41olke

Aftandil Hacıyev heyət kasadlığından şikayətləndi


“İstənilməyən yerdə qalmağı düşünmürəm”
Oyundan sonra təşkil olunan mətbuat konfransında qaydalara uyğun olaraq öncə qonaqların çalışdırıcısı sualları cavabladı. Aftandil Hacıyev matçla bağlı fikirlərini bölüşməklə yanaşı, kasad heyətlə oynamağın çətinliyini xüsusi vurğuladı.
- İki fərqli hissə izlədik. Rəqibi təbrik edirəm. İlk yarıda qaçırdığımız qol vəziyyətləri oldu. Fasilədən sonra üstünlüyü əldən verdik. Qol imkanlarının reallaşdırılması üzərində işləməliyik. İlk qol fərdi səhv idi. Bundan sonra toparlana bilmədik. Ehtiyat qüvvədən yararlanmağa çalışdıq. 2-ci və 3-cü qolları isə son dəqiqələrdə buraxdıq. Bu oyunu təhlil edib, səhvləri aradan qaldırmalıyıq.
- “Səbail” “Sabah” üçün ən çətin rəqiblərdən idi. Məğlubiyyət komandanızın zəif çıxışına görə oldu, yoxsa rəqibin həddən artıq istəkli olmasına görə?
- Rəqibin qələbəsi yox idi. Bizə qarşı fərqli motivasiya ilə oynayacaqlarını bilirdik. Şanslardan istifadə edə bilsəydik, fərqli oyun olardı. Bizim onlar üçün çətin rəqib olmağımızla razılaşmıram. Bu gün “Səbail”lə “Sabah”ın klub olaraq fərqi çoxdu.
- Növbəti oyununuz “Neftçi”yə qarşı olacaq...
- Hər tur eyni heyətlə oynamalı oluruq. Rotasiyalar olmur, istədiyimiz oyunu tapa bilmirəm. Bərpa olunub, əlimizdən gələni etməyə çalışacağıq. “Səbail”in 5 turda topladığı xal çoxlarını aldada bilər. Rəqiblərlə müqayisədə bizim üçün çox çətindi.
- Qeyd etdiz ki, “Səbail”lə “Sabah” arasında fərq böyükdü. Bunu deyərkən nəyi nəzərədə tutursuz?
- Hərtərəfli “Sabah “bizdən üstündü. Həm maddi, həm rəqabət, həm də infrastruktur baxımından. Bir çox məsələlərdə problemlərimiz var.
- Rəqibdə məşqçi dəyişikliyi olub. Bu gün sizi hansısa formada təəccübləndirə bildilər?
- İqor Ponomaryovun işinə qiymət vermək üçün tezdi. Elşad Əhmədovun vaxtında da maraqlı oynayırdılar, sadəcə, nəticə yox idi. Həmin futbolçular idi, oyunlarında ciddi dəyişiklik hiss etmədik. Gözlədiyimiz oyun oldu. İlk hissədə qolları vursaydıq, fərqli nəticə olardı.
- Ötən tur “doğma divarlar” arasında “Qəbələ” ilə heç-heçə edən komanda bu gün böyük hesabla yenildi. “Səbail”də eniş yaşandığını düşünmək olar?
- Yüksəlişdə olduğumuzu da deyə bilmərik. Hazırda eniş yaşanır demək də çətindi. Bu gün üçün hələ ki üst sıralardayıq. Çempionatın əvvəlidi. Toparlanmağa vaxtımız olacaq.
- Essyeni meydana buraxmağınız nəyə hesablanmışdı?
- Daha çox standart vəziyyətlərdə və orta xətdə üstünlük qazanmaq istədik. Ancaq bu da alınmadı. Rəqib daha istəkli idi və qalib gəldi.
- Nədənsə mediada və futbol ictimaiyyəti arasında belə fikir yaranıb ki, “Səbail”in hər uğursuzluğu Aftandil Hacıyevin göndərilməsinə səbəb ola bilər. Bu, nədən qaynaqlanır?
- Mənim üçün də maraqlıdı. Rəhbərliklə münasibətlər qaydasındadı. Bu barədə söhbətimiz olmayıb. İstənilməyən yerdə qalmağı düşünmürəm. Getmək lazım olsa, qəti qərar verməyə hazıram. İndi isə bu məsələ müzakirə mövzusu deyil.
- Qeyri-sabitlikdə rəhbərliyin rolunun olduğunu düşünmürsüz?
- Oyunumuz pis deyil. Amma rotasiyalar etmək istərdim. Rəhbərliyin istəyi daha çox yerli futbolçuların oynamasıdı. Çətinliklər mövcuddu. Hər yerin özünə görə problemləri olur. İndi də “Səbail”də bu çətinliklərdən çıxış yolu tapmağa çalışmalıyıq.
“Dənizçilər”in çalışdırıcısının ardından jurnalistlər qarşısına “Sabah”ın məşqçisi Rövşən Babayev çıxdı. O da həmkarı kimi qələbə qazandıqları görüşlə bağlı qısaca fikirlərini bölüşüb sualları cavabladı.
- Yaxşı qələbə qazandıq. Bizə inananlara təşəkkür edirik. Uşaqlar sağ olsunlar ki, 3 xal qazandıq.
- Hücum xəttində vəziyyət necədi?
- (gülür) Ötən oyunda hücumçularımız zəif çıxış etmişdilər. Sadəcə, fikirlərim düz ifadə olunmamışdı. Bu gün isə komanda şəklində yaxşı oynadıq.
- Demişdiz ki, Ponomaryovla görüşməmisiz. İndi yəqin ki, müzakirələriniz olub...
- Biz komandanı bir yerdə hazırladıq. İqor müəllimin gəlişindən sonra komandada sıçrayış var. Danışmışdıq ki, yaxşı futbol oynayıb, qələbə qazanaq.
- İqor Ponomaryov ilk oyunda qələbə qazandı. Ancaq mətbuatda bir neçə mütəxəssisin adı “Sabah”la yanaşı hallanır. Sizcə, Ponomaryov qalmalıdı, yoxsa...
- Mən bu haqda heç nə deyə bilmərəm. Bizim işimiz komandanı yuxarı qaldırmağa çalışmaqdı.
- Bu qələbənin böyük geridönüşün başlanğıcı olduğunu demək olar?
- 3 xal çox vacib idi.
- Ukraynalı mütəxəssis Yuri Vernidub stadionda idi...
- Məlumatım yoxdu.
- “Sabah”ın qollarının heç birini hücumçular vurmadı...
- Futbol komanda oyunudu.
- Bəs amplualar üzrə bölgü nəyə görədi?
- Sadəcə, bu gün fikirləşdiklərimiz alındı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Bu gün, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Bu gün, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Bu gün, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Bu gün, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Bu gün, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar