02 okt 11:27olke

Balayev şəxsi rekordunu yenilədi


İngiltərənin 1-ci liqasında (səviyyəcə 3-cü) 11-ci turun oyunları keçirilib. U-21-in üzvü Sərhat Taşdəmirin formasını geydiyi “Piterboro” doğma meydanda “Uimbldon”la qarşılaşıb. Gənc yarımmüdafiəçinin komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2. Sərhat 79-cu dəqiqədə oyuna qoşulub. “Piterboro” 17 xalla 24 komanda arasında 8-ci yerdədi. Albaniya çempionatının 6-cı turu çərçivəsində Eltun Turabovlu “Biliş” “doğma divarlar” arasında “Flamurtari”ni darmadağın edib - 5:0. Start heyətində meydana çıxan Eltun zədələndiyi üçün 12-ci dəqiqədə əvəzlənib. “Biliş” 11 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb. Fərid Nəbiyevin şərəfini qoruduğu “Slaviya” Çexiyanın gənclər liqasında 8-ci turun oyununa çıxıb. Futbolçumuzun komandası doğma meydanda “Pribram”la dueldən qələbə ilə ayrılıb – 2:1. Fərid start heyətində meydana çıxıb, 71-ci dəqiqədə əvəzlənib. “Slaviya”nın U-21 komandası 15 xalla 16 iştirakçı arasında üçüncüdü.
Litvanın 1-ci liqasında 26-cı turun oyunları keçirilib. Kamran Quliyevli “Jonava” evdə “Daynava”nı sınağa çəkib. Futbolçumuzun komandası bu oyundan məğlub ayrılıb – 2:3. Kamran görüşü əvəzlənmədən keçirib. “Jonava” 37 xalla 16 komanda arasında 7-ci yerdədi.
Moldova çempionatının 23-cü turunda Nurlan Novruzovun formasını geydiyi “Dinamo-Avto” doğma meydanda “Petrokub” ilə münasibətləri aydınlaşdırıb. Nurlan komandasının 2:0 qalib gəldiyi qarşılaşmanı sonadək ehtiyatdan izləyib. “Dinamo-Avto” 8 komandanın sıralamasında 31 xalla beşincidi.
Portuqaliya premier-liqasında 7-ci turun oyunları keçirilib. Renat Dadaşovun “Pakuş Ferreyra”sı səfərdə “Gimaraynş”a uduzub – 0:1. Renat 57-ci dəqiqədə meydana çıxıb. “Pakuş de Ferreyra” 4 xalla 18 komanda arasında 17-ci pillədə yer alıb.
Dmitri Nazarovun çıxış etdiyi “Ertsgebirge” 2-ci bundesliqasının 8-ci turunda evdə Drezden “Dinamo”su ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov dublla diqqəti çəkib. Millimizin üzvü 27-ci (penaltidən) və 39-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. 79 dəqiqə meydanda olan Nazarov 54-cü dəqiqədə sarı vərəqə alıb. “Ertsgebirge” 18 komandanın mübarizəsində 14 xalla dördüncüdü.
Ukrayna premyer-liqasında 9-cu turun oyunları gerçəkləşib. Pavel Paşayevli “Aleksandriya” doğma meydanda “Lvov”u 2:0 hesabı ilə məğlub edib. Paşayev oyunu əvəzlənmədən keçirib. “Aleksandriya” 16 xalla 12 kollektiv arasında ikincidi.
Avstriyanın 2-ci liqasında 9-cu turun oyunları keçirilib. U-21 yığmamızın üzvü Barış Əkinçiərin formasını geydiyi Klagenfurt “Austriya”sı doğma meydanda “Vorvarts Steyr”lə heç-heçəyə razılaşıb – 1:1. Barış 83-cü dəqiqədə oyuna qoşulub. “Austriya” 19 xalla 16 kollektivin mübarizəsində liderdi.
Qazaxıstan çempionatının 28-ci turu Emil Balayev üçün yaddaqalan olub. Onun şərəfini qoruduğu "Tobol" evdə “Jetısu” ilə qolsuz bərabərliyə razılaşıb ki, millimizin qolkiperi bu dəfə də 90 dəqiqə meydanda olub. Xalını 59-a çatdıran "Tobol" “Kayrat”la zirvəyə şərikdi. Ardıcıl 8-ci oyunda qapısını toxunulmaz saxlayan Emil şəxsi rekordunu (683 dəqiqə) yeniləyib. Həmyerlimiz sonuncu dəfə iyulun 28-də, “Kaysar”la ev matçında (0:2) qol buraxıb. Ümumilikdə o, 699 dəqiqədi qol buraxmır. Qazaxıstan çempionatları tarixinin rekordu isə Sergey Boyçenkoya məxsusdu. "Kayrat"ın sabiq qapıçısı 2005/06 mövsümündə 921 dəqiqə qol buraxmayıb.
Almaniyanın üçüncü bundesliqasında 10-cu turun oyunları keçirilib. Rüfət Dadaşovun "Proyssen"i doğma meydanda “Bavariya”nın ikinci komandasına 1:4 uduzub. Yığmamızın üzvü 90 dəqiqə oynayıb. Komandasının yeganə qolunu da Rüfət vurub. O, 82-ci dəqiqədə, hesab 0:4 olarkən fərqlənib. Bu, Dadaşovun 2019/20 mövsümündə 3-cü qolu olub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Dünən, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Dünən, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Dünən, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Dünən, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Dünən, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar