21 sen 16:48olke

İspanlara 23 dəqiqə bəs etdi


Miçel də onlara yardımçı rolunda idi...
Avropa Liqası, qrup mərhələsi
Qarabağ – Sevilya (İspaniya) 0:3 (0:0)
1. Asmir Beqoviç
3. Aylton Silva
5. Maksim Medvedev (k)
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
2. Qara Qarayev
(18. İsmayıl İbrahimli, 85)
8. Miçel
17. Abdulla Zubir
20. Riçard Almeyda
9. Xayme Romero
(10. Dani Kintana, 77)
99. Maqaye Geye
(7. Araz Abdullayev, 67)
Ehtiyat oyunçular
13. Vaqner da Silva
6. Simeon Slavçev
14. Rəşad Sadıqov
23. Faysal Rerras
Baş məşqçi: Qurban Qurbanov
1. Tomaş Vatslik
12. Jül Kunde
14. Çiçarito
(10. Ever Baneqa, 72)
15. Alexandro Poso
17. Nemanya Qudel
18. Serxio Eskudero (k)
20. Dieqo Karlos
21. Oliver Torres
(9. Munas Dabbur, 86)
22. Franko Vaskes
24. Xoan Xordan
(7. Roni Lopes, 58)
11. Munir Əl-Həddadi
Ehtiyat oyunçular
13. Yassin Bono
3. Serxi Qomes
23. Serxio Regilon
25. Fernando
Baş məşqçi: Xulen Lopeteqi
Qollar: Çiçarito, 62 (0:1). Munir, 78 (0:2). O.Torres, 85 (0:3).
Vərəqələr: Aylton, 36. M.Medvedev, 73. N.Qudel, 90+2 – sarı.
Hakimlər: YEVGENİ ARANOVSKİ, Semyon Şlonçak, İqor Alyoxin, Yaroslav Kozuk (hamısı Ukrayna).
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Hersoqovina).
UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan).
19 sentyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 30826 tamaşaçı.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
4 (1) qapıya (“çərçivə”yə zərbə) 11 (6)
3 künc zərbəsi 4
3 ofsayd 3
14 qayda pozuntusu 13
2 (0) sarı (qırmızı) vərəqə 1 (0)
Püşk bu dəfə “Qarabağ”ın bəxtinə elə rəqiblər salmışdı ki, qrupdan çıxmamağa görə ağdamlılar günahı özündən başqa kimdəsə axtara bilməzdi. Düzdü, Avroliqanın 5 qat qalibi elə əvvəldən qrupun aşkar favoriti sayılır. Ona görə də ilk oyunun Bakıda keçirilməsinin özü də bizimkilər üçün əlavə üstünlük sayılmalıydı. Yəni startdaca İspaniyadakı matçı düşünmədən doğma azarkeşlərin önündə heç olmasa 1 xalı əldə et, qrupa inamlı başla, özünəgüvən yarat, Bakıya gələcək başqa rəqiblərin canına qorxu sal. Bunun üçün 3 yox, 1 xal da kifayət qədər əla nəticə sayılacaqdı.
Oyundan bir gün əvvəl qonaq məşqçilərin və futbolçuların simasındakı özündənrazılığı anlamaq çətin deyildi. Hər şey bir tərəfə, adamlar İspaniyadan Azərbaycana gəliblərsə, əlavə şərhə ehtiyac yoxdu. Buna baxmayaraq, ehtiyatı əldən vermək niyyətində olmadıqlarını açıqlamalarından görmək mümkün idi. “Köhlən atlar”ın 2 il əvvəl “Atletiko” ilə heç-heçələrini yada salıb, rəqibin şəninə xoş sözlər söyləyirdilər. Qısası, təmsilçimizdən ehtiyatlandıqları göz qabağındaydı.
Psixoloji cəhətdən hansısa birinin narazılıq etməsi insafsızlıq olardı. Hər ikisi sonuncu turu qələbə ilə başa vurmuşdu ki, hazırda çıxış etdikləri çempionatda rəqiblərinə yuxarıdan aşağı baxırlar. Baş məşqçilərin yalnız və yalnız aparıcı futbolçuların itkilərinə üzülməyə haqqı çatırdı. “Qarabağ”da Mahir Əmrəli ilə Rahil Məmmədov, rəqibdə Nolito ilə Lukas Okampos cəza və zədə səbəbindən meydana çıxmaq imkanından məhrum olmuşdu. Yeri gəlmişkən, Rəşad Sadıqovun ehtiyatda qalması, buna görə də Maksimin özünə doğma olan cinahda yox, mərkəzdə qərarlaşması da Qurbanovun planlarına təsirsiz ötüşməyə bilməzdi.
“Qarabağ”ın belə rəqibə qarşı açıq futbol sərgiləməsi ağılsızlıq olardı. Təbii ki, təcrübəli Qurban Qurbanov da bunun fərqindəydi deyə, yetirmələrinə “iki nömrə” ilə oynamağı tapşırmışdı. Məqsəd ispanların hücumlarının qarşısını vaxtında almaq və cinah reydləri hesabına sürətli hücumlar qurmaq idi. İnsaf naminə, ilk hissədə bu tapşırığın işə yaradığını deməliyik. Lakin meydanda ağalıq edən tərəf gözlənildiyi kimi, qonaqlar idi. İlk 5 dəqiqədə iki təhlükəli vəziyyət yaradan Lopeteqinin yetirmələri şansları boşa verincə, 6-cı dəqiqədə Ayltonun cinah ötürməsindən sonra Geye tribunadakıları ayağa qaldırdı. Sadəcə, tələsik zərbəsi az fərqlə qapının üstündən keçdi. “Sevilya”nın hücumlarının ard-arası isə kəsilmək bilmirdi. Bu mənada xüsusən hava ötürmələrinə üstünlük verdiklərini qeyd etməliyik. Poso yer aldığı sağ cinahı “şumlayır”, demək olar, bütün mübarizələrdə Ayltonla Abdullanı işsiz qoyurdu. Belədə ispanların bütün hücumları həmin cinahdan qurulurdu. Poso iki dəfə Munirə qol vurmaq imkanı yaratdı, bir dəfə də özü Beqoviçin sayıqlığını yoxlamaq qərarına gəldi ki, bosniyalı qolkiper cəld tərpəndi. Yeri gəlmişkən, Asmirin ilk hissədə yetərincə inamlı davranması komanda yoldaşlarını da həvəsləndirirdi.
İspaniya təmsilçisinin üstün təsir bağışlaması ağdamlıların əl-qolunu yana salması, ya da qapısı önündən çıxa bilməməsi anlamına gəlməməlidi. Əksinə, Azərbaycan çempionunun da əlverişli imkanları vardı. Geyenin boşa verdiyi şansdan başqa Riçardın qapının yanından keçən zərbəsini qeyd edib, 28-ci dəqiqədə Abbasın boşa verdiyi inanılmaz şansı da vurğulamaq lazımdı. 34-cü dəqiqədə komandasının ən fəallarından olan Xaymenin özü qazandığı cərimə zərbəsindən sonra topu tirə tuşlamasını da ilk hissəyə rəng qatan məqam kimi vurğulamaq olar. Xaymedən fərqli, böyük ümidlər bəslənən Zubirin 45 dəqiqə boyunca heç nə ilə yadda qalmaması xoşagələn görüntü deyildi.
İlk yarıda hesabın açılmaması “Qarabağ”lıları ümidləndirsə də, “Sevilya”nın qol və qollar vurmaq üçün bütün səylərindən istifadə edəcəyi gün kimi aydın idi. Odu ki, qonaqlar ikinci hissəyə olduqca istəkli və sürətli başladı. Və çox keçmədən həmin o qol gəldi. Miçel heç bir ehtiyac olmadan cərimə meydançasının həndəvərində rəqib futbolçuya qarşı kobud oynayıb cərimə zərbəsinə səbəbkar oldu. Topun başına keçən Xavyer Ernandes, hamının Çiçarito kimi tanıdığı sabiq “Mançester Yunayted”li baxımlı zərbə ilə Beqoviçə şans yeri qoymadı. 3 xalın vacibliyini dərk edən Lopeteqi Lopes və Baneqa kimi futbolçuları da mübarizəyə qoşmaqla bir növ “Qarabağ”ın “evinin yıxılmasına” səbəbkar oldu. Düzdü, heç biri qol vurmadı. Lakin ikinci qol zamanı Baneqanın ötürməsi sənət əsəri idisə, Munirin aşırma zərbəsi avropalıların dili ilə desək, tortun üzərindəki gilas idi.Yeri gəlmişkən, bu qoldan az əvvəl Miçelin meydanın rəqibə aid hissəsində kobud səhvə yol verməsi də mütləq vurğulanmalıdı.
İspanların hesab arasındakı fərqi 2 topa çatdırması olan-qalan ümidlərin puça çıxmasıydı. Bundan sonra müdafiədə diqqətli oynamaq lazım gəlirdi ki, rəqib fərqi artırmasın. Lakin bu da mümkün olmadı. Meydanda hər mənada ağalıq edən “Sevilya” İspaniya futboluna xas çoxgedişli kombinasiya ilə darmadağını rəsmiləşdirdi. Torresin yıxılaraq başı üzərindən vurduğu qol gözəlliyinə görə ilk 2 qoldan heç də geri qalmadı. Hesabın bu həddə çatmasından sonra UEFA reytinqində 11-ci olan komandanın sakitləşəcəyini düşünsək də, rəqib futbolçular Beqoviçi növbəti dəfə məyus etməyin yollarını axtarırdılar. Yaxşı ki, buna nə gücləri çatdı, nə də vaxt.
90 dəqiqənin tamamında tabloda əks olunan rəqəmlər “Qarabağ”ın sürprizə imza ata bilməməsinin əyani sübutu idi. Nəticədə ağdamlılar ötən il “Arsenal” və “Sportinq”lə qarşılaşmalarda olduğu kimi, növbəti dəfə doğma azarkeşləri önündə böyükhesablı yenilgiyə üzüldü. “Köhlən atlar” növbəti görüşünü dünən APOEL-i Nikosiyada 4:3 hesabı ilə məğlub edən “F91 Düdelanj”a qarşı səfərdə keçirəcək.
HƏBİB

Gözdən qaçmadı...
* Əksər beynəlxalq matçlarda olduğu kimi, ötən gün də “qara bazar”ın işbazları “Tofiq Bəhramov”un qarşısında öz işində idi. Matçın başlamasına saatyarım qalmış biletləri satış qiymətindən bir neçə dəfə artıq qiymətə satan dəllallar hakimin start fiti ərəfəsində əllərində qalan biletləri öz qiymətinə oyunu izləmək istəyənlərə təklif etməyə başlamışdılar.
* Matçdan öncə Avroliqanın himni səslənərkən tribunaları dolduran futbolsevərlər hər dəfə olduğu kimi, bu dəfə də telefonları ilə işıq-şou yaratmışdılar.
* Matçı yayınlayan “CBC Sport” premyer-liqa oyunlarından fərqli, “Sevilya” ilə görüşü daha yüksək səviyyədə işıqlandırmaq üçün “Baku Media”nın STS-indən istifadə etməyi lazım bilmişdi.
* İkinci yarının gedişində “Qarabağ” hesabda geri düşüncə, ehtiyatda qalan Rəşad Sadıqov ayağa qalxaraq ehtiyatda olan və isinmə hərəkətləri edən futbolçulara daha intensiv çalışmaq göstərişi verdi. Ümumiyyətlə, Sadıqov fasilədən sonra tez-tez Qurban Qurbanova yaxınlaşaraq, meydanda başverənlər barədə nəsə deyirdi.
* “Sevilya”nın birinci qolundan sonra qonaq futbolçuların qol sevinci meydan sahiblərinin bəzi fanatlarını özündən çıxardı. Bunun da nəticəsi kimi qola sevinən ispanlar palastik su qablarına “qonaq edildi”.
* Matçı işıqlandırmaq üçün Bakıya ezam olunmuş ispan jurnalistlər hər üç qolu böyük coşqu ilə qeyd etdilər. Bu yöndə xüsusilə qarşılaşmanı televiziya və radio üçün şərh edən həmkarlarımız seçilirdi.
* Stadionun ərazisində azarkeşlər üçün nəzərədə tutulmuş sanitar qovşağında, eləcə də jurnalistlərin xidmətindən yararlandığı ayaqyolunda krantdan gələn su çoxlarını təəccübləndirdi. Krantı açanlar biranlıq tərəddüd keçirir, bulanıq suda əllərini yuyub-yumamağı düşünürdülər. Krantdan sanki palçıqlı su gəlirdi...
RƏŞAD

Reaksiyalar
Dani Kintana: "Birinci qola qədər çox yaxşı mübarizə apardıq. Qoldan sonra isə hər şey çətinləşdi. Çox çətin matç idi. Məqsədimiz oyundan qalib ayrılmaq idi. "Qarabağ"ın bu görüşdə xal qazana bilməməsinin bircə səbəb var, o da "Sevilya"nın güclü komanda olmasıdı. La Liqada liderdilər. Biz də oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, məğlub olduq. Şansımız hələ var. Lüksemburqda qələbə qazanacağımızı düşünürəm. Düzdü, bu asan olmayacaq. "Düdelanj" artıq iki ildi Avropa Liqasında oynayır. Qrupda təkcə "Sevilya"nın bir addım üstün olduğunu düşünürəm. Qalan bütün komandaların şansı eynidi. Çox çətin mübarizə olacaq".
Çiçarito: “Bütün komandamızın göstərdiyi oyuna görə sevinirəm və çox xoşbəxtəm. Hesabı açmağıma gəlincə, "Qarabağ"a vurduğum qol möhtəşəm idi. Çünki oyunun həmin anında çox vacib idi. Həmin qol vurulmasaydı, işimiz çox çətin olacaqdı. Əminəm ki, komanda yoldaşlarım da, baş məşqçimiz də mənim kimi oyundan və nəticədən məmnundular. Ümid edirəm ki, belə müsbət nəticələrimiz qarşıda daha çox olacaq. Biz “artırmaqda” davam edəcəyik. “Sevilya”da qol hesabımı açmağım özünəinamımı da artırır. Çünki hücumçu qol vurmalıdı. Düzdü, komanda yoldaşım Lük De Yonq rəqib qapısına yol tapmaqda çətinlik çəksə də, komanda üçün hər şey edir. Qarşıda hələ çox matçımız olacaq. Düşünürəm ki, oyun keyfiyyətlərimizi daha da yüksəldəcəyik. Bir neçə gündən sonra “Real”la üz-üzə gələcəyik. Bu, təkcə mənim üçün yox, bütün “Sevilya” üçün xüsusi matçdı. Sabahdan bu oyunun həyəcanı ilə yaşayacağıq”.
Alexandro Poso: “Sevilya”da debütüm Bakıda baş tutdu. Bu üzdən də “Qarabağ”la qarşılaşmada həyəcanlıydım. İlk rəsmi görüşümdə yaxşı təsir bağışlamaq istəyirdim. Çünki bu qarşılaşmanı gözləyirdim. O an da, nəhayət, yetişdi. Bu, uşaqlıqdan qurduğum xəyalın gerçəkləşməsi idi. Sevinirəm ki, debüt matçımda qalib gəldik. Çalışqanlıqla çox şeyə nail olmaq mümkündü. Üzərimdə bu tempdə işləməkdə davam edəcəyəm. Baş məşqçimiz Xulen Lopeteqi Bakıdakı görüşdə oynayacağımı deyəndən sonra bir az gərginlik, bir az əsəbilik yaşadım. Amma bunlar topa ilk toxunuşuma qədər oldu. Topa toxunan kimi hər şey arxada qaldı. Baş məşqçi “çıx, futbolunu oyna” demişdi ki, bunu da etdim.
İndi gözləyirəm ki, görüm “Sançes Pisxuan”da “Real”a qarşı oyunda, heç olmasa, bir neçə dəqiqə şans qazana biləcəyəm? Bu komandaya qarşı oynamaq da mənim uşaqlıq arzularımdan olub”.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:46 U-21-in sabiq üzvü bir səhvin qurbanı olub Bu gün, 13:46 U-21-in sabiq üzvü bir səhvin qurbanı olub Bu gün, 13:41 Nazarov Rəşad Sadıqovun rekorduna göz dikib? Bu gün, 13:39 “Qarabağ”la sona qədər mübarizə aparacağıq” Bu gün, 13:37 "Forza Neftçi" büdrəmir Bu gün, 13:34 Bəhmən Həsənov Elxan Məmmədovla görüşmək istəyir Bu gün, 13:31 Krasson “Qarabağ”la oyunu unuda bilmir Bu gün, 13:29 “Hər şeyi Milan Obradoviçin vicdanına buraxıram” Bu gün, 13:24 İTV Mircavadovu çağırdı, millət Elxan Məmmədovu istədi Bu gün, 13:23 AFFA-nın 2019-dakı işinin güzgüsü: 70 oyunda 9 qələbə! Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub Bütün xəbərlər
Ən çox oxunanlar