21 sen 16:07olke

“Zaur müəllim oyundan sonra heç paltardəyişmə otağına gəlməyib”


Tərlan Əhmədovun bilmədiyini Azər Salahlı da bilmir
Mövsümün açılış oyununda evdə “Qarabağ”a uduzan “Keşlə” növbəti iki turda “Sabah”la “Qəbələ”ni məğlub edəndə hər kəsə elə gəldi ki, paytaxt klubu dirçəlir, köhnə - “İnter” adını daşıdığı vaxtlara olduğu kimi ciddi hədəflər uğrunda mübarizə apara biləcək. Amma 4-cü turda “Səbail”dən alınan məğlubiyyət belə düşünməyin hələ tez olduğunu göstərdi. Bəs komandanın daxilində son oyunlarla bağlı nə düşünürlər? “Keşlə”nin müdafiəçisi Azər Salahlı ilə söhbətdə bu və başqa suallara cavab tapmağa çalışdıq.
- Ardıcıl iki qələbədən sonra sonuncu turda “Səbail”ə məğlub olduz. Əvvəlcə bunu şərh edərdin.
- Oyuna çox ciddi hazırlaşmışdıq. Hər oyunda olduğu kimi, bu dəfə də hər kəs üzərinə düşənməsuliyyəti dərk edirdi. Birinci hissədə iki ani səhvdən qollar buraxdıq. İkinci hissədə təzyiqi artırsaq da, məğlubiyyətdən qurtula bilmədik. Çoxlu qol imkanımız da oldu. Heyf ki, yararlana bilmədik.
- Bu oyunda adi bir epizodda penaltiyə səbəb oldun. Özünü məğlubiyyətdə günahkar sayırsan?
- Həmin epizodda ani diqqətsizlik oldu. Əlbəttə, bir az diqqətli olsaydım, penalti olmayacaqdı. Amma bu futboldu, belə şeylər olur. Belə epizodlardan dərs çıxarıb, daha da inkişaf etmək lazımdı.
- Bu məğlubiyyətdən sonra müəyyən söz-söhbətlər oldu. Deyilənə görə, klubun prezidenti Zaur Axundov oyundan sonra paltardəyişmə otağına baş çəkərək, bəzi oyunçuları təhqir edib. Həmin oyunçuların arasında sənin də adın var idi. Bu nə dərəcə doğrudu?
- O xəbəri mən də oxumuşam. Zaur müəllim paltardəyişmə otağına oyundan öncə gəlib, hamıya uğurlar arzulayaraq ayrılıb. O ki qaldı oyundan sonra yayılan söz-söhbətə, xeyr, belə şey olmayıb. Zaur müəllim oyundan sonra heç paltardəyişmə otağına gəlməyib.
- Ötən il də klub rəhbəri haqda belə şeylər danışılırdı. Ümumiyyətlə, o nə vaxtsa oyundan sonra paltardəyişmə otağına gələrək, oyunçuları təhqir edib?
- Bütün oyunçular, eləcə də klub rəhbəri komandanın uğur qazanmasını istəyir. Hər kəs məğlubiyyətdən sonra əsəbi olur. Ötən mövsüm bir qədər uğursuz nəticələrimiz oldu. Həmin vaxt o, paltardəyişmə otağına gələrək, klub rəhbəri kimi iradlarını bildirirdi. Ancaq təhqir heç vaxt olmayıb.
- “Keşlə” ötən mövsümü sonuncu pillədə bitirdi. Bu mövsümə isə nisbətən yaxşı başlamısınız. Səncə, bunun səbəbləri nədi?
- Ötən mövsüm çox məşqçi dəyişikliyi yaşadıq. Bu da nisbətən komandanın oyununa təsir edir. Ancaq bu il yaxşı kollektivimiz var. Mövsümə də yaxşı başlamışıq. İnşallah, oyundan-oyuna daha yaxşı nəticələr qazanacağıq.
- Ev oyunlarını keçirdiyiniz “ASK Arena” hazırda təmirə bağlanıb. Bu meydanın vəziyyəti çox bərbad idi. Səncə, ötənilki uğurzuluqda bunun da payı var idi?
- Hamı istəyir ki, ideal meydançada oynasın. Təbii ki, o meydanda istədiyimiz oyunu göstərə bilmirdik. Ən əsası hər an zədə almaq ehtimalımız var idi. Uğurzuluqda bunun çox böyük rolu olduğunu düşünmürəm. Ancaq o cür meydanlarda baxımlı futbol göstərmək çətin olur.
- Qarşıda “Neftçi” ilə çətin oyununuz var. Səncə, bu oyundan xal götürə biləcəksiz?
- Bizi “Bakcell Arena”da “Neftçi”ylə çətin oyun gözləyir. Oyuna qələbə üçün çıxacağıq və buna qadirik. İnanıram ki, hər şey bizim üçün yaxşı bitəcək.
- Çoxları “Qarabağ”a məğlubiyyətdən sonra “Neftçi”nin çempionluq şansının qalmadığını bildirir. Sən nə düşünürsən?
- Hələ cəmi 4 tur oynanılıb. İrəlidə 24 tur var. Bunu indidən demək çox çətindi. Düzü, “Qarabağ” çox yaxşı formadadı. Ancaq yenə deyirəm, indidən nəsə demək çətindi.
- Tərlan Əhmədov ötən tur komandanın ilk hissələrdəki zəif çıxışının səbəbini bilmədiyini dedi. Bəs sən bilirsən?
- Mən də bilmirəm (gülür).
HƏSƏN QULUZADƏ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar