17 sen 14:22olke

Cavid Hüseynov jurnalistləri qınadı

Cavid Hüseynov jurnalistləri qınadı
“Elə fikir formalaşdırırsız ki, camaat deyir, bunlar ancaq pula görə oynayır”
“Sumqayıt” – Zirə” qarşılaşmasından sonra qonaqların kapitanı Cavid Hüseynov jurnalistlərin suallarını cavabladı. Xorvatiya ilə heç-heçəyə görə milli üzvlərinə verilən mükafat bu dəfə də əsas müzakirə mövzusu oldu.
- Çətinliklə qalib gəldiz. Məğlub da ola bilərdiz...
- İlk qolu çox tez vurduq və rahat oynamağa başladıq. Özünüz də gördüz ki, oyuna diqtə edən tərəf biz idik. Sadəcə, hücum edəndə istər-istəməz səhvlər olur. Belə səhvləri gərək buraxmayaq. Çünki onlar yaratdıqları qol imkanlarından istifadə etsəydilər, hesab fərqli olardı.
- 2 qol vursaz da, hücumda çox kəsərli olmursuz. Əksinə, müdafiədə də xeyli boşluqlar buraxırsız. "Zirə" hələ tam hazır deyil çempionata?
- Yox, tam hazır olmadığımızı düşünmürəm. Sadəcə, əksər futbolçular əvvəl başqa klublarda fərqli taktika ilə oynayıblar. Məsələn, biri elə mən özüm. Samir müəllimin sistemi fərqlidi. Ona görə anlaşızmalıqlar olur. Özüm də hardasa tam uyğunlaşmamışam. Hələ istədiyim ötürmələri verə bilmirəm, görürsüz, ötürmə verirəm, boşa çıxır. Çalışacağıq ki, bu problemləri tezliklə aradan qaldıraq.
- İkinci qolda Tiqruca topa əllə toxunmuşdu. O epizoda necə şərh verə bilərsən?
- Vallah, mən görməmişəm. Əvəzlənmişdim artıq.
- Görsəydin, nəsə dəyişəcəkdi?
- Yox, təbii ki. Bizim də qapımıza o qədər elə vəziyyətlərdən qol vurulub ki... Ola bilər, əlinə dəyib. Hakim də insandı, nə edək.
- Millinin baş məşqçisi Nikola Yurçeviç də oyunu izləyirdi. Səncə, onun rəğbətini qazana bildin?
- (gülür) Bilmirəm, onu özündən soruşmaq lazımdı.
- Millinin xorvatlarla heç-heçə etməsinə görə mükafat deyilmişdi, verdilər?
- Bu məsələyə çox toxunursuz. Bax, sual verirsən ki, mükafat olacaq? Mən də cavab verirəm ki, mükafat olacaq və min bərəkət. Camaatı çaşdırmaq lazım deyil. Biz mükafata görə oynamırıq. Amma nə verirlərsə, bərəkət, bizi qane edir.
- Heç-heçəyə görə hər futbolçuya 30 min manat mükafat veriləcəyi deyilirdi. Bu hesaba (1:1) görə deyilən məbləğ çoxdu, yoxsa az?
- Xorvatiya dünyada reytinqdə neçəncidi?
- Hazırda neçənci olduğunu deyə bilmərəm, ancaq dünya ikincisidi.
- Reytinqdə ikincidi (Xorvatiya hazırda FIFA-nın reytinq cədvəlində 7-ci yerdədi).
- Cavid, suala konkret cavab vermirsən.
- Bu gün hamı bilir ki, futbolda az-çox pul var. Futbol oynamaq asan iş olsydı, hamı meydana çıxardı. Demək istəyirəm ki, biz heç də az əziyyət çəkmirik. Qarşıda bizi qrupun daha üç oyunu gözləyir. Həmin görüşlərdə uğurlu nəticə qazana bilərik. Məncə, verilən mükafat normaldı. Yenə deyirəm, nə versələr, min bərəkət. Siz jurnalistlər "feysbuk"da, saytlarda insanlarda elə fikir formalaşdırırsız ki, camaat deyir, bunlar ancaq pula görə oynayır. Azarkeşlərdə futbolçulara qarşı neqativ fikirlər formalaşır.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar