13 sen 12:08olke

“Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib


Naxçıvan Futbol Federasiyasının yeni loqosu hazırlanıb
Region Liqasının son qalibi “Uğur”un futbolçuları readaksiyamızla əlaqə saxlayıb, çempion olduqları üçün AFFA tərəfindən nəzərdə tutulan pul mükafatının hələ komandanın hesabına köçürülmədiyini söyləmişdilər. Məsələ ilə bağlı liqanın İşçi Qrupunun üzvü Yusif Vəliyevdən münasibət öyrəndikdə məlum olmuşdu ki, çempion “Uğur”, gümüş mükafatçı “Şahdağ” tələb olunan bank rekvizitlərini AFFA-ya göndərdikləri halda, liqanın üçüncüsü olan “Araz Naxçıvan” rəhbərliyi lazımi sənədləri assosiasiya təqdim etməyib. Və bu üzdən digər mükafatçıların da ödənişi yubanır. Xatırladaq ki, Əsasnaməyə görə çempiona 10, gümüş mükafatçıya 5, bürünc medalların sahibinə isə 3 min manat mükafat verilməlidi.
Naxçıvan təmsilçisinin sənədləri hansı səbəbdən yubatdığını aydınlaşdırmaq üçün Muxtar Respublikanın Futbol Federasiyasının lisenziyalaşdırma, marketinq və reklamlar, beynəlxalq əlaqələr departamentlərinin direktoru Ceyhun Məmmədovla əlaqə saxladıq: “4 gün öncə AFFA-dan bizimlə əlaqə saxladılar. Bildirdilər ki, mükafatın ödənilməsi üçün bank rekvizitlərini təqdim etməliyik. “Araz Naxçıvan” rəhbərliyi də mühasibatlığa tapşırıq verdi. Dünən (srağagün) tələb olunan bütün sənədlər assosiasiyaya göndərilib”.
Bildiyiniz kimi, bu yaxınlarda Naxçıvan Futbol Federasiyasında struktur dəyişikliyi olub. Federasiya rəsmisi ilə söhbətdə dəyişikliyin Muxtar Respublikanın futbol həyatına təsirinə də toxunduq: “İki aydan artıqdı federasiyada struktur dəyişikliyi olub. Əsgər Abdullayev “Araz Naxçıvan”ın baş məşqçisi təyin olunmaqla yanaşı, federasiyada böyük məşqçi olaraq çalışacaq. Sakit Rzayev isə qurumun sədr müavini seçildi. İlk olaraq Naxçıvan Futbol Federasiyasının yeni loqosunu hazırladıq. Bundan başqa, gələcək fəaliyyət üçün 5 illik plan hazırlanıb. Birinci ildə bütün güc uşaq futbolunun inkişafına yönəlib. “Araz Naxçıvan”da yerli oyunçuların çıxış etməsi də əsas məqsəd kimi qarşıya qoyulub. Aşağı yaş qruplarının sayını arytırmağı düşünürük. Hazırda bizdə 10, 11, 12, 13 və 14 yaş qrupları var. İstəyirik ki, daha yuxarı yaş qrupları da olsun. Sentyabrın sonunda qeyd etdiyim yaş qrupları üzrə çempionata start veriləcək. Bu yaxınlarda U-13 və U-14 komandaları arasında seleksiya məqsədli turnir keçirdik. Olimpiya sistemi üzrə təşkil olunan yarış iki zonada – mərkəz və qərbdə baş tutdu. Hər zonada 4 komanda çıxış etdi. Bu ayın sonundan etibarən isə hər yaş qrupu üzrə çempionat keçirəcəyik. Onu da qeyd edim ki, artıq AFFA ilə mütəmadi işbirliyimiz yaranıb. Hakimlərin yetişdirilməsi ilə bağlı seminarlar təşkil olunur. Bakıdan dəvət olunan mütəxəssislər yerli məşqçilərlə görüşürlər. Bu yaxınlarda iki gün C kateqoriyalı məşqçi kursları təşkil olunmuşdu. Sentyabrın 19-da isə hakimlərin seminarı keçiriləcək. Böyük futbolla yanaşı, futzala da diqqət ayrılır. Bu ayın sonunda futzal çempionatı start götürəcək”.
Ceyhun bəy oktyabrda Naxçıvanda aşağı yaş qrupları arasında beynəlxalq turnir təşkil edəcəklərini də vurğuladı: “Oktyabrda Naxçıvanda 13 və 14 yaşlılar arasında beynəlxalq tunir təşkil etmək niyyətindəyik. Artıq bununla bağlı bir neçə əcnəbi klubla danışıqlar aparırıq”.
Hər il olduğu kimi, cari mövsümdə də Muxtar Respublikanın daxili çempionatı təşkil olunacaq. Və yarışın qalibi Region Liqasının pley-off mərhələsinə qatılacaq. Artıq neçə illərdi ki, “Araz Naxçıvan” bu missiyanı öz üzərinə götürüb və 2019/20 “futbol ili”ndə də ənəni davam etdirmək fikrindədi. Bu haqda bilgini də Məmmədovdan aldıq: “Bu ayın sonundan etibarən “Araz Naxçıvan” İran və Türkiyə klubları ilə yoxlama görüşləri keçirməyi planlaşdırır. Bu məqsədlə komandanın səfərə çıxacağı gözlənilir. Oktyabrın ilk ongünlüyündə isə Naxçıvan çempionatına start veriləcək. Hazırda bununla bağlı iştirakçı komandaların lisenziyalaşdırma prosesi gedir. 7 rayonda və Naxçıvan şəhərində uşaq komandalarının formalaşdırılması yönündə də əməli işlər görülür. Səviyyəni artırmaq üçün federasiya tərəfindən həmin bölgələrə məşqçilər təyin olunub”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar