11 sen 14:49olke

Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı


Ayxan Abbasov: “Gənclər öz oyunları ilə bir daha sübut etdilər ki…”
Premyer-liqada yaranan fasilədən istifadə edən “Sumqayıt şənbə günü “Kapital Bank Arena”da “Qəbələ” ilə yoxlama matçı keçirdi. Xatırladaq ki, bu komandalar çempionatın ilk turunda Qəbələdə üz-üzə gəlmiş və oyun “kimyaçılar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Onu da qeyd edək ki, avqustun 16-da keçirilən qarşılaşmada “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov idisə, sentyabrın 7-dəki görüşdə bölgə təmsilçisi meydana Elmar Baxşıyevin rəhbərliyi altında çıxmışdı. Qurbanovun istefasından sonra komandanın “sükan”ı müvəqqəti Elmar bəyə tapşırılıb. Bəlkə də bu səbəbdən “Sumqayıt”la yoxlama görüşündə “Qəbələ”ni yaxşı mənada tanımaq mümkün deyildi.
İlk dəqiqələrdən üstünlüyü ələ alan “qırmızı-qaralar” artıq 2-ci dəqiqədə “kimyaçılar”ı meydanın mərkəzinə dəvət etdilər. Asif Məmmədov baxımlı qola imza atdı. Təcrübəli yarımmüdafiəçi Aydın Bayramovun irəli çıxdığını görüb “paraşüt” zərbə ilə hesabı açdı. Qoldan sonra da üstünlüyü ələdən verməyən qonaqlar sumqayıtlıların qapısı önündə ardıcıl təhlükəli vəziyyətlər yaradırdılar ki, ilk qolun müəllifi olan Asif onların hamısında baş rolda idi. Ümumiyyətlə, ölkə kubokunun son qalibi bütün 90 dəqiqəni sürətli oyun sərgiləməklə yadda qaldı ki, heç kim onlardan bunu gözləmirdi. Baxşıyevin rəhbərlik etdiyi kollektiv hücumda xoş təsir bağışlamaqla yanaşı, müdafiədə də etibarlı oyunla yadda qaldı. Tiflis “Dinamo”su ilə görüşdə zədələnərək sıradan çıxan İvitsa Juniçin sıraya dönməsini xüsusi qeyd etmək lazımdı. Ucaboy xorvat müdafiəçi səhvsiz oyunu ilə yadda qaldı. Onun Rasim Ramaldanovla tandemi heç də pis alınmırdı. Hər ikisi hava toplarında çox inamlı təsir bağışlayırdılar.
Fasilə başa çatar-çatmaz meydan sahibləri “status-kvo”nu bərpa etməyi bacardılar. Sumqayıtlıların çoxgedişli kombinasiyasından sonra Əmir Ağayev qapıya zərbə endirdi. Tərlan Əhmədli topu geri qaytarsa da, Xəyal Nəcəfov təkrar vuruşla toru silkələdi. Ancaq “gənclik şəhəri” təmsilçisinin qol sevinci çox çəkmədi. 51-ci dəqiqədə Ülvi İsgəndərli komandasını hesabda önə çıxardı. 10 dəqiqə sonra forvard komandasının ikinci, özünün isə 3-cü qolunu vurmaqla yadda qaldı. Matçın qalan yarımsaatında hər komandanın çalışdırıcısı çoxsaylı əvəzetmələrlə yadda qaldı. Sumqayıtlıların heyətində yeni transfer Camaləddin Xocaniyazov da 90 dəqiqə meydanda oldu. Ötən mövsümü BATE-nin düşərgəsində keçirən “Zenit”in yetirməsi xüsusi heç nə ilə yadda qalmadı. Rusiya U-19-unun heyətində Avropa çempionu olmuş müdafiəçi yalnız uzun, diaqonal ötürmələri ilə seçilirdi. Oyunun qlan dəqiqələrində hər iki komandanın fərqlənmək üçün imkanı olsa da, hesab dəyişmədi.
Yeri gəlmişkən, matçı izləyənlər arasında Hakim İnspektorlar Komitəsinin üzvləri Şahin Cəfərov, Babək Quliyev, Elçin Məmmədov və Anar Salmanov da var idi. Qarşılaşmanı isə Hakimlər Departamentinin sədri Cavid Cəlilov idarə edirdi. Görünür, komitə üzvləri Sumqayıta Cəlilovun idarəçiyiliyini dəyərləndirmək üçün təşrif buyurmuşdular.
Matçdan sonra hər iki komandanın çalışdırıcısına yaxınlaşıb, oyunla bağlı fikirlərini öyrəndik.
Ayxan Abbasov: “Bu gün heyətdə daha çox gənclərə - əvəzedici heyətdə diqqətimizi cəlb edən futbolçulara oynamaq şansı yaratdıq. Özünüz də gördüz ki, istər qapıda, istərsə də başqa mövqelərdə ehtiyat gözü ilə baxdığımız futbolçular çıxış etdilər. İlk hissədə hesabda geri düşməyimizə baxmayaraq, başabaş oyuna şahidlik etdik. Fasilədən sonra isə komandadan razı qalmadım. Gənclər öz oyunları ilə bir daha sübut etdilər ki, hələ üzərlərində çox çalışmalıdılar. Ola bilsin, öz həmyaşıdları ilə matçlarda özlərini yaxşı tərəfdən göstərə bilirlər, ancaq elitanın səviyyəsi tam başqadı. Növbəti turda bizi “doğma divarlar” arasında “Zirə” ilə çətin oyun gözləyir. Çalışacağıq həmin qarşılaşmaya qədər komandanı daha hazır vəziyyətə gətirək”.
Elmar Baxşıyev: “İlk yarıda güclü küləyə qarşı oynasaq da, komanda pis təsir bağışlamadı. Ümumi oyun planında futbolçular verilən tapşırıqları yerinə yetirməyi bacardılar. Yoxlama görüşü olduğu üçün hamıya meydana çıxıb özünü göstərmək şansı yaratdıq. İnşallah, inanıram ki, turdan-tura komanda daha yaxşı oyun sərgiləyəcək. Özümə gəlincə, hər şey rəhbərliyin qərarından asılıdı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar