06 sen 13:27olke

“Sabah” şənbə günü “Zirə”ni sınağa çəkəcək

“Sabah” şənbə günü “Zirə”ni sınağa çəkəcək
Kubemba bu il oynaya bilməyəcək
Ötən mövsüm “Səbail”in heyətində parlaq çıxışıyla fərqlənən, komandasının çempionatda keçirdiyi bütün oyunlarda meydanda olan Kevin Kubemba yayda böyük ümidlərlə “Sabah”a transfer olunmuşdu. İnsafən, baş məşqçi Elşad Əhmədovla klub rəhbərliyi konqolu hücumameyilli yarımmüdafiəçinin təcrübəsinə çox güvənirdi. Lakin Kevin komandayla müqavilə bağlayandan az sonra zədələnərək uzun müddətə sıradan çıxdı.
Tükiyədəki toplanışda adi məşqlərin birində ayağından ciddi xəsarət alan və buna görə Ankarada əməliyyat olunan Kubemba xeyli vaxtdı müalicə alır, əsaların köməyi ilə gəzirdi. Vaxtilə Konqo yığmasına da çağırılan futbolçu əsalardan qurtulsa da, hələ də axsayır. Bu isə o deməkdi ki, yaxın gələcəkdə yaşıl meydanlara dönüşü inandırıcı görünmür. “Tələbələr”in mətbuat katibi Elnur Həmidovdan aldığımız bilgiyə görə, Kubembanın sağalması müalicə prosesinin hansı tempdə davam etməsindən və futbolçunun orqanizmindən asılıdı. Həkimlər Kevinin ilin sonuna qədər sağalacağına ümid edir. Kollektiv məşqlərə qoşulması isə dekabrda, ən pis halda yanvarda reallaşa bilər.
“Sabah” demişkən, “Zirə”ylə heç-heçədən sonra yığmanın oyunları ilə bağlı üçgünlük istirahətə buraxılan futbolçular dünən bir araya gəlib. Fasilə dönəmində legionerlərdən heç birinin Bakını tərk etmədiyini də xatırladaq. Sentyabrın 14-də 4-cü tur çərçivəsində “Qəbələ”ni qonaq edəcək Masazır təmsilçisi buna qədər yoldaşlıq görüşü keçirmək niyyətindədi. Artıq rəqib də tapılıb. Elşad Əhmədovun yetirmələri sentyarın 7-də yenə “Zirə” ilə üz-üzə gələcək. Oyunun “Bank Respublika Arena”nın ehtiyat meydanında keçiriləcəyi dəqiqləşsə də, başlama vaxtı hələ ki bəlli deyil.
Yeri gəlmişkən, zirəlilərlə çempionat qarşılaşmasında “Sabah”ın yeganə qoluna yeni komandasında qol hesabını açan Amadu Diallo imza atdı. “23” nömrə klub saytına açıqlamasında matçla bağlı təəssüratını bölüşüb: “Qələbə qazana biləcəyimiz oyun idi. İlk hissədə yaxşı oynadıq, hesabı açdıq. Lakin ikinci hissədə geri çəkildik. Bundan sonra “Zirə” ardıcıl hücumlar etməyə başladı və sonda hesabı bərabərləşdirdi. Çox təəssüf edirəm. İlk qələbəmizi qazanmaq bizim üçün çox yaxşı olardı. “Sabah”da ilk qolumu vurduğuma görə xoşbəxtəm, lakin sonda qələbə qazansaydıq, daha yaxşı olardı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar