06 sen 13:24olke

İntizam Komitəsi sərt üzünü göstərdi

İntizam Komitəsi sərt üzünü göstərdi
Etibar Tarıverdiyev 20 oyun cəzalandı, 16000 manat cərimələndi
Çərşənbə axşamı AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub. Toplantı premyer-liqanın 3-cü, birinci divizionun isə 2-ci turunda baş vermiş qayda pozuntularının müzakirəsinə həsr olunub. Bəribaşdan qeyd edək ki, turda “cəza yağışı yağıb”. Bu da başadüşüləndi, çünki premyer-liqa çərçivəsində “Neftçi” – “Sumqayıt” matçında insident yaşanmışdı.
İntizam Komitəsi “Bakcell Arena”dakı olayı araşdırıb. Oyuna əlavə olunmuş dəqiqələrdə baş verən dava-dalaşın iştirakçılarının hamısı cəzalanıb. Olayın səbəbkarı, daha doğrusu, komandasının qələbə qolundan sonra qol sevinci ilə rəqib düşərgədəkiləri özündən çıxaran “Neftçi”li Anton Krivotsyuk canını yüngül qurtarıb. O, ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. Əvəzində Antona qarşı təcavüzkar davranan və buna görə birbaşa “qırmızı” alan “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov 3 oyunluq diskvalifikasiya olunacaq. Onun hərəkəti kluba 2400 manat bahasına başa gəlib. Ən sərt sanksiyaya isə “Neftçi”nin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyev məruz qalıb. Meydana daxil olub rəqibin baş məşqçisi Ayxan Abbasovu vuran Tarıverdiyev 20 oyunluq kənarlaşdırılıb. Kluba isə 16000 manat cərimə kəsilib. “Neftçi” canını bununla qurtara bilməyəcək. Oyun başa çatdıqdan sonra A buraxılış vəsiqəsi olmayan “Neftçi”nin bir neçə rəsmisi meydana daxil olduğuna görə klub daha 800 manat cərimələnib. “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov isə mətbuat konfransında aqressiv fikirlər səsləndirib. İntizam Komitəsi ona avqustun 28-dəki iclasda da xəbərdarlıq olunduğunu nəzərə alaraq, bu dəfə 1 oyun və 800 manat cərimə kəsib. Bundan başqa, “Neftçi” – “Sumqayıt” matçının 82-ci dəqiqəsində ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan qonaq komandanın üzvü Murad Xaçayev 1 oyun cəza və 200 manat cəriməyə məruz qalıb. Beləliklə, “Bakcell Arena”dakı oyun klublara 20400 manat bahasına başa gəlib.
Premyer-liqa klublarından “Zirə” də “tərləyib”. “Sabah”la matçda 5 futbolçusu sarı vərəqə alan qəsəbə təmsilçisi 800 manat ziyana düşüb.
Diviziona gəlincə, “Sumqayıt-2” – “Neftçi-2” matçında meydan sahibləri əvəzetmə zamanı adı protokolda olmayan futbolçunu meydana buraxıb. Buna görə də görüşün nəticəsi (2:3) ləğv olunub və sumqayıtlılara 0:3 hesablı texniki məğlubiyyət verilib, kluba 400 manat cərimə kəsilib.
İlk turu buraxan və ötən həftə baş tutan startda “Zaqatala”ya uduzan “Qarabağ-2”nin təşkilati baxımdan da mövsümə hazır olmadığını demək üçün tam əsasımız var. Söhbət heç də vərəqə sayının bolluğundan (buna görə 80 manat cərimə olunub) və oyunun 59-cu dəqiqəsində ikinci xəbərdarlıqdan sonra meydandan qovulan Nihad Quliyevin intizamsızlığından (İK futbolçuya 1 oyun cəza və 20 manat cərimə kəsib) getmir. Əvvəla, “Qarabağ-2” “Zaqatala” ilə matçın protokolunu vaxtında tərtib etməyib. Bundan başqa, AFFA nümayəndəsinin Əsasnamə və qaydalara uyğun verdiyi göstərişləri yerinə yetirilməyib. Məsələ burasındadı ki, meydanın ətrafında kənar şəxslər olub. “Qarabağ-2” PFL-in Əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtləri də yerinə yetirməyib. Hələ bu harasıdı?! Oyunöncəsi iclasa polis nümayəndəsi gecikib və buna görə də meydan sahibi klub məsuliyyət daşıyır. Beləliklə, “Qarabağ-2” bu çatışmazlıqlara görə ümumilikdə 380 manat cərimə olunub.
“Turan Tovuz” – “Qaradağ Lökbatan” və “Ağsu” – “Səbail-2” qarşılaşmalarında hər iki tərəf, başqa sözlə, 4 komanda “yaxasını ələ verib”. “Turan Tovuz”da sarı vərəqə alan futbolçuların sayı 5-ə çatıb ki, bu da 80 manat cərimə deməkdi. “Qaradağ Lökbatan”ı isə oyunun 86-cı dəqiqəsində ikinci “sarı”dan sonra komandanı azlıqda qoyan Aqşin Hüseynov 20 manat “tərlədib”. Futbolçu 3-cü turun oyununu tribunadan izləməli olacaq. “Ağsu” ilə “Səbail-2”yə gəlincə, hər ikisi vərəqə sayının çoxluğuna görə 80 manat cərimələnib. Bundan başqa, “Səbail-2”nin nümayəndəsi oyunöncəsi iclasda iştirak etməyib və buna görə klub əlavə 80 manat ödəyəcək.
Beləliklə, son iclasda klublara 22320 manatlıq cərimə kəsilib ki, nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 31880-ə çatıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar