06 sen 13:18olke

Klublar yeni sponsordan və gənclərin oynamasından pul qazanmaq istəyir


Riad Rəfiyev: “Cəmallədin özü AFFA-ya müraciət edərək...”
Sentyabrın 3-də AFFA-nın inzibati binasında Klublar Komitəsinin 2019/20 mövsümündə ilk toplantısı keçirildi. İclasda PFL-in Mətbuat və İctimiaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev və qurumun Texniki İdman şöbəsinin rəisi Elgiz Abbasovla yanaşı, premyer-liqada mübarizə aparan “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah”ın nümayəndələri iştirak edirdi. “Qəbələ” rəsmisi isə görüşə qatılmamışdı. Saat 10-da başalayan iclas təxminən iki saat çəkdi. Toplantıdan sonra Klublar Komitəsinin sədri Riad Rəfiyev brifinqdə jurnalistlərin suallarını cavabladı.
- Gündəliyə üç mövzu salınmışdı və onlar ətrafında müzakirələr aparıldı. Birincisi, premyer-liqanın sponsoru və klubların bundan qazanc əldə edib-etməməsi. İkincisi, təklif etdim elə bir sistem olsun ki, klublar daha çox gənc futbolçu oynada bilsinlər. Və buna görə klubların da hansısa maddi xeyri olsun: ya federasiya, ya da PFL onlara müəyyən kompensasiya versin. Üçüncü məsələ isə akademiya futbolçularının təzminatı idi. Məsələn, akademiyadan başqa klublara keçən gənc futbolçulara nə qədər kompensasiya ödənilməsi və s. və i.a.
- Sponsorlarla bağlı konkret təkliflər var?
- Sentyabrın 6-da tender başa çatır. Bundan sonra bütün suallara aydınlıq gələcək. PFL-dən Aslan Şahgəldiyevlə Elgiz Abbasov da dəvət olunmuşdu. Ayın 6-dan sonra bu məsələ barədə ətraflı məlumat veriləcək.
- Konkret hansı məbləğdən söhbət gedir? “CBC Sport” premyer-liqanın yayın hüququna sahib çıxdığı mövsümdə klublara 70 min manat ödənilsə də, sonrakı illərdə davamı gəlmədi.
- Sponsorla bağlı konkret qərar olmadığı üçün məbləğ haqda dəqiq danışa bilmərik. Sponsor müəyyənləşsin, sonra bu məsələni bir daha müzakirə edəcəyik.
- Gənc futbolçular üçün təklif etdiyiniz kompensasiya məsələsində ortaq bir rəqəm, məbləğ var?
- Bu gün bunu, sadəcə, müzakirə etdik. Variantın mümkünlüyü, mümkündüsə, hansı formada edə bilərik və s. Hazırkı sistemə əsasən sifariş ərizəsində bir gənc futbolçu olmalıdı. Amma təklif edirik ki, klublardan hansısa daha çox gənc futbolçu oynadarsa, həmin komandalara assosiasiya tərəfindən bonus və ya kompensasiya verilməsi mümkün olsun.
- Son günlər limit məsələsi də çox müzakirə olunur. Hətta Qurban Qurbanovla Samir Abasov limitin onların işini çətinə saldığını bildirib.
- Konkret mövqelər üzərində fikir mübadiləsi aparmadıq ki, kimi çətinə salır, yaxud kimə xeyir verir. Müzakirə sırf bundan ibarət oldu ki, klublar əlavə gənc futbolçu oynadarsa, hansı güzəştlər qazanacaq.
- PFL prezidenti Ramin Musayev də limitin ləğvinin tərəfdarı olduğunu deyib. Limitsiz Azərbaycan futbolunda ancaq yerlu oyunçulara bel bağlayan “Sumqayıt”ın işi necə olacaq?
- Fikrimcə, bizim üçün heç bir problem olmayacaq. Bu günə qədər üstünlüyü gənc futbolçulara verirdik, bundan sonra belə də davam edəcəyik.
- “Neftçi” – “Sumqayıt” oyununda başverənlərlə bağlı klubunuz bəyanat yayıb üzr istədi. “Sumqayıt”ın üzr istəməsi üçün səbəb var idi?
- Bəyanatı hər kəs özünə görə başa düşür. Biz oyunda baş verən hadisələrə görə futbol ictimaiyyətindən üzr istəmişik. Kimin oynamasından asılı olmayaraq, orda yaşananlar olmamalıydı. Bu heç də yaxşı hal deyil.
- Etibar Tarverdiyevin Ayxan Abbasovu vurması, “Neftçi”nin “feyr-pley”ə əməl etməməsi, Krivotsyukun “lazımdısa, Ayxan Abbasovla görüşərəm” deməsi və bütün bunların fonunda “Neftçi”nin rəsmi sayt yox, “feysbuk” vasitəsilə üzr istəməsinə sözünüz nədi?
- Siz məndən elə şey soruşursuz... Hansı ki, bu məsələyə İntizam Komitəsi münasibət bildirməli və qərar verməlidi. Onların Etibar Tarverdiyev barədə nə qərar çıxaracağını deyə bilmərəm. O ki qaldı “feyr-pley”ə, bunun yazılmamış qanun olduğunu hamımız bilirik. Bu səbəbdən indi durub nəsə tələb etmək olmaz.
- Limitlə bağlı qeyd etdiz ki, daha çox yerli futbolçu oynayacağı halda kluba həvəsləndirici pul ayrılsın. Buna qalan 7 klubun, eləcə də AFFA və PFL-in münasibəti necə oldu?
- AFFA-da hələ bu məsələ qaldırılmayıb, çünki ora müraciət etməmişik. Sadəcə, öz aramızda müzakirələr apardıq ki, belə bir məktub yazaq, məsələ qaldıraq, qoy klubların əlavə qazancı olsun. Bunun milli komandaya da xeyri olacaq. Premyer-liqada daha çox yerli futbolçu oynayacaq.
- Bəs PFL-in buna münasibəti necə oldu?
- Hərə öz fikrini bildirdi. Amma yenə deyirəm, bu, PFL-in yox, İcraiyyə Komitəsinin qərarı ilə tənzimlənən məsələdi. Çünki klublara müəyyən məbləğlər ödəniləcək. Biz məsələni İK-nın iclasında qaldıra və onların fikrini öyrənə bilərik.
- Yəqin ki, çoxluq bunun xeyrinə səs verdi...
- Tam yadımda deyil. Səsvermə yox, sadəcə, müzakirə oldu.
- Bununla bağlı yaxın gələcəkdə İcraiyyə Komitəsinə müraciət olacaq?
- Bir aydan sonra Klublar Komitəsi yenidən yığışacaq və orda konkret addımlar atılacaq.
- “Sumqayıt” bugünlərdə Cəmaləddin Xocaniyazovla gücləndi. Onun “milliləşdirilməsi” məsələsi necə həll olundu?
- Cəmallədin özü AFFA-ya müraciət edərək gələcəkdə Azərbaycan millisinin şərəfini qorumaq istədiyini bildirib. Yığmada oynamaq istəyi olmasaydı, biz onu "Sumqayıt"a götürməzdik. Müraciətini nəzərə alıb onu komandamıza dəvət etmişik. Bir-iki günə rəsmi təqdimat edəcəyik.
- Aleksey İsayevlə bağlı məsələ nə yerdədi? Futbolçunun "Neftçi"yə keçmək variantı var...
- İsayevin bizimlə daha 1 illik müqaviləsi var. Hazırda gündəmdə belə məsələ yoxdu.
- Milan Obradoviçin çalışdırdığı U-21-ə sizin klubdan futbolçu çağırılmayıb. Halbuki martdakı toplanışda onların sayı 7 nəfər idi. Bu, Elbrus Məmmədovun gedişi ilə bağlıdı, yoxsa "Sumqayıt"a antipatiya var?
- Nəzərinizə çatdırım ki, bir oyunçumuz U-21-ə dəvət alıb.
- Elvin Cəfərquliyevi nəzərdə tutursuzsa, o “Sumqayıt”ın yox, “Qarabağ”ın yetirməsidi və icarə əsasında kollektivə yeni qoşulub.
- İnanmıram ki, hər hansı antipatiya olsun. Sadəcə, məşqçinin qərarıdı. Fikrimcə, bunu müzakirə etməyimiz düzgün olmaz.
- Statistikaya baxsaq, elitada gənclərə ən çox güvənən "Sumqayıt"dı. Məşqçilər korpusu başqa vaxt deyir ki, U-21-in üzvlərinə klublarda oynamaq şansı yaradılmır...
- Məncə, siz bu sualı mənə verməməlisiz.
- Siz özünüz bu məsələ ilə maraqlanmısız?
- Hər məqşçinin öz fikri var. Ola bilər, bu gün bir nəfər çağırıb, gələn dəfə onların sayı 7 olsun. 2 ay öncə yoldaşlıq oyunları üçün bizdən 7 nəfərə dəvət göndərəndə, ordan-burdan eşidirdim ki, deyirlər, "Sumqayıt"dan çox, bizdən az futbolçu çağırılıb". Bu fikirlərlə razı deyiləm. Ötən mövsüm əvəzedicilərimiz 2-ci yeri tutdu. Həmin heyətdə çıxış edən oyunçuların bir çoxu indi əsas komandadadı. Bu mənada bizdən çox futbolçu çağırılması normaldı. Yeni açıqlanan heyətə nəzərə yetirsək, görərik ki, U-21-in çalışdırıcısı başqa elita klublarından da çox oyunçu dəvət etməyib. Hər komandadan təxminən iki futbolçu gənclər yığmasının düşərgəsinə qoşulub. Ona görə də qərarı müzakirə etmək düzgün deyil. Heç bir məşqçi yaxşı futbolçudan imtina etməz.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar