04 sen 12:06olke

Balayev ehtiyatda qaldı, Nazarov penaltini qaçırdı


Moldova çempionatında 20-ci turun oyunları keçirilib. Nurlan Novruzovun formasını geydiyi “Dinamo-Avto” evdə “Milsami” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Nurlan start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Dinamo-Avto” 25 xalla 8 komanda arasında 6-cı pillədə qərarlaşıb.
Litvanın 1-ci liqasında 22-ci turun oyunları baş tutub. Kamran Quliyevin şərəfini qoruduğu “Jonava” da növbəti matçına çıxıb. Bu komanda doğma meydanda “Miniya”nı 4:1 hesabı ilə yenib. Start heyətində çıxan həmyerlimiz 82-ci dəqiqədə əvəzlənib. Komandasının iki qoluna da Quliyev imza atıb. 15 və 61-ci dəqiqələrdə fərqlənən gənclərdən ibarət yığmanın üzvü cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb. “Jonava” 33 xalla altıncıdı.
Latviya çempionatının 28-ci turunda Vüqar Əsgərovlu “Liepaya” doğma meydanda RFS ilə üzləşib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 3:3. Vüqar matçın iştirakçısı olmayıb. Cari mövsümdə 8 qol vuran futbolçumuzun adı oyunun iştirak ərizəsinə də salınmayıb.
“Liepaya” hazırda 29 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.
Əli Şirinovun formasını geydiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Metta”ya uduzub - 0:1. Əlinin adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. “Dauqavpils” 25 xalla 8-ci yerdədi.
Türkiyənin 1-ci liqasında 3-cü turun oyunları keçirilib. Ufuk Budakın yeni transfer olunduğu “Altınordu” səfərdə “Akhisarspor”la qolsuz heç-heçəyə razılaşıb. Ufukun adı matçın iştirak ərizəsinə salınmayıb. “Altınordu” 1 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
İspaniya sequndasının 3-cü turunda Eddi İsrafilovun yeni transfer olunduğu “Albasete” səfərdə Xixon “Sportinq”inə 0:2 uduzub. İsrafilovun adı oyunun iştirak ərizəsinə salınmayıb. “Albasete” 3 xalla 22 komanda arasında 15-ci yerdədi.
Fərid Nəbiyevin formasını geydiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyunlarını keçirib. Komanda 3-cü turda səfərdə “Jiskra”ya 3:4 hesabıyla məğlub olub. Fərid meydanda sonadək mübarizə aparıb. Komandasının ilk iki qolunu da məhz həmyerlimiz vurub. U-21-in üzvü 7-ci və 31-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. 4-cü turda isə “Slaviya” doğma meydanda “Kraluv Dvur”a 0:1 hesabıyla uduzub. Fərid yenə 90 dəqiqə meydanda olub. “Slaviya”nın U-21 komandası 6 xalla 16 iştirakçı arasında 7-ci yerdədi.
Albaniya çempionatının 3-cü turunda Eltun Turabovun “Biliş”i səfərdə “Şkenderbü”yə qalib gəlib – 1:0. Start heyətində meydana çıxan Turabov sonadək mübarizə aparıb. İlk qələbəsini qazanan “Biliş” 3 turdan sonra 4 xalla 10 komanda arasında 6-cı yerdədi.
Qazaxıstan çempionatında 25-ci tura yekun vurulub. Emil Balayevli "Tobol" səfərdə "Taraz"la qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib. Millimizə çağırılan Emil bu görüşü ehtiyat oyunçular skamyasından izləyib. Bu qələbə ilə xalını 52-yə çatdıran "Tobol" zirvədə qərarlaşıb.
Almaniyanın üçüncü bundesliqasında 7-ci turun oyunları baş tutub. Rüfət Dadaşovlu "Proyssen" səfərdə "Hanza" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Rüfət 90 dəqiqə meydanda olub. "Proyssen" 8 xalla 12-ci yerdədi.
Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna premyer-liqasında növbəti oyuna çıxıb. Komanda 6-cı turda "Vorskla"nın qonağı olub və 1:0 hesabı ilə qalib gəlib. Paşayev 90 dəqiqə oynayıb. O, 34-cü dəqiqədə sarı vərəqə alıb.
Renat Dadaşov Portuqaliya elitasında kinci oyununa çıxıb. Onun şərəfini qoruduğu “Pakuş de Ferreyra” “Maritimu”nu qəbul edib və 0:1 uduzub. İlk matçında olduğu kimi əsas heyətdə yer alan gənc forvard 90 dəqiqə meydanda olub. “Pakuş de Ferreyra” 1 xalla turnir cədvəlində sonuncu – 18-ci yerdədi.
Almaniyanın 2-ci bundesliqasında 5-ci turun oyunları keçirilib. Dmitri Nazarovun "Ertsgebirge"si səfərdə “Holştaynl”a qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Start heyətində meydana çıxan Nazarov 54-cü dəqiqədə penaltidən yararlana bilməyib və 76-cı dəqiqədə əvəzlənib. Aue təmsilçisi 8 xalla 7-ci pillədə qərarlaşıb.
Dmitri Nazarov "tag24"ə açıqlamasında 11 metlik cərimə zərbəsindən yararlana blmədiyi üçün üzüldüyünü deyib: "Bu uğursuzluq məni də məyus etdi. Peşəkar karyeramda ilk dəfə penaltini qola çevirə bilmirəm". Qeyd edək ki, Nazarov buna qədər Aue təmsilçisində 9 penaltini dəqiq yerinə yetirib.
Nazarov Uels və Xorvatiya ilə oyunlar üçün yığmamıza dəvət almasına sevindiyini də bildirib: "Milliyə dəvət aldığıma görə şadam. Vəziyyəti dəyişib, klubuma daha güclü halda qayıdacağam".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar