04 sen 12:02olke

“Qəbələ” müvəqqəti Elmar Baxşıyevə tapşırıldı


Zaur Əzizov: “Autsayderlər sırasında yer almağı qəbul etmirik”
Mövsümdə ilk baş məşqçi istefası “Qəbələ”də reallaşdı. Premyer-liqanın ardıcıl 3 turunda məğlub olan komandanın çalışdırıcısı Sənan Qurbanov “Keşlə” ilə qarşılaşmadan sonra postundan getdiyini açıqladı. Artıq onu əvəzləyəcək mütəxəssisin də adı məlumdu. Dünən klubdaxili toplantıda rəhbərlik “qırmızı-qaralar”ın “sükan”ını müvəqqəti Sənan bəyin köməkçisi Elmar Baxşıyevə tapşırıb.
Niyə məhz Baxşıyev və özü də müvəqqəti? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün ölkə kubokunun son qalibinin baş meneceri Zaur Əzizlovla danışdıq.
- Sənan Qurbanovun istefasından sonra bir çox məşqçilərin adı “Qəbələ” ilə yanaşı hallanırdı. Ancaq rəhbərlik baş məşqçi kreslosunun müvəqqəti Elmar Baxşıyevə tapşırdı. Niyə məhz Baxşıyev və müvəqqəti?
- Ardıcıl məğlubiyyətlərdən sonra Sənan müəllim istefasını açıqladı. Belə qısa vaxtda məşqçi axtarışına çıxmaq, yeni mütəxəssislə anlaşmaq çətin idi. Komandanı başsız qoymaq da düz olmazdı. Bu üzdən kollektivi Elmar müəllimə tapşırmaq ən düzgün variant idi.
- Baxşıyev sabiq baş məşqçinin köməkçilərindən biri idi. O komandanı “qara zolaq”dan çıxaracaq səviyyədə məşqçi olsaydı, elə Qurbanovun dönəmində bu işi görə bilərdi. Sizə elə gəlmir ki, bu rəhbərlik tərəfindən atılmış səhv addımdı...
- Yenə deyirəm, vaxt az olduğundan Baxşıyevi müvəqqəti baş məşqçi təyin etdik. Ən azı o kollektivi, futbolçular da onu tanıyır, düşərgədə yaşananlardan xəbərdardı. Ümid edirik ki, yığmaların oyununa görə premyer-liqada yaranan fasilədən yararlanıb nəyisə dəyişə, komandaya yeni nəfəs gətirə biləcək. Köməkçinin uğurlu olub-olmamasına gəlincə, Qurbanov da uzun illər əsas komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirib. Sənan müəllim avrokuboklarda “Qəbələ”ni ardıcıl 2 il qrup mərhələsinə daşıyan Roman Qriqorçukun köməkçisi olub. Ukraynalı məşqçi beynəlxalq aləmdə uğur qazanıb, klubun adını bütün Avropaya tanıtdırsa da, daxili çempionatda və ölkə kubokunda heç nə qazana bilmədi. Əvəzində Qurbanov baş məşqçiliyinin ilk ilində “Qəbələ”ni tarixində ilk dəfə titula qovuşdurdu. Deməyim odu ki, köməkçi-məşqçi olmasına baxmayaraq, həmin şəxsə də güvənmək lazımdı.
- Sözlərinizdən belə başa düşmək olar ki, yeni baş məşqçi axtarışınız davam edir.
- Bəli.
- Sizcə, yeni gələn mütəxəssis heyəti zəifləmiş “Qəbələ”ni yeni mərhələyə daşıya biləcək?
- Təbii ki, maraq dairəmizə düşəcək mütəxəssisə ilk növbədə şərtlərimizi və imkanlarımızı açıqlayacağıq. Sonra ondan nəsə tələb edə bilərik.
- Hazırda maraq dairənizə düşən mütəxəssis var?
- Bu haqda danışmaq istəmirəm. Vaxtı çatanda ictimaiyyətə açıqlama veriləcək. Ancaq onu da qeyd edim ki, bu yöndə işlər davam edir.
- Necə düşünürsüz, istər Baxşıyev, istərsə də yeni gələcək baş məşqçi bu heyətlə “Qəbələ”ni uğura daşıya biləcək?
- Siz niyə elə düşünürsüz ki, “Qəbələ”nin heyəti çox zəifdi? Fikrimcə, indiki heyətin potensialı daha artığını etmək üçün yetərlidi. Bəli, büdcəmiz azalıb, aparıcı futbolçularımız klubdan ayrılıb. Ancaq bu o demək deyil ki, “Qəbələ” premyer-liqada sonuncu olmalıdı. Məncə, bu gün düşərgədə yer alan futbolçularla daha üst pillələrdə qərarlaşmaq mümkündü. Heç şübhəsiz, biz yeni çalışdırıcıdan çempionluq və ya mükafatçılar sırasına düşməyi tələb etməyəcəyik. Real durumu biz də yaxşı görürük, çempionatda çıxış edən komandaların səviyyəsinə bələdik. Ancaq autsayderlər sırasında yer almağı da qəbul etmirik.
- Baş məşqçi postundan ayrılan Sənan Qurbanova klubda hansısa iş veriləcək, yoxsa onunla yolları birdəfəlik ayırdız?
- Bu məsələ hələ ki müzakirə olunmayıb.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar