04 sen 11:55olke

Ayxan Abbasov: “Təəssüf ki, millidə Anton kimi futbolçular oynayır”


Sonu dava-dalaşla bitən matçdan sonra hər iki komandanın çalışdırıcısı mətbuat konfransında jurnalistlərin suallarını cavabladılar. Komandası uduzan, həmkarı tərəfindən fiziki təzyiqə məruz qalan Ayxan Abbasov media nümayəndələrinin qarşısına çox əsəbi çıxmışdı.O, əvvəlcə oyunla bağlı fikilərini bölüşdü.
- 1 xal üçün gəlmişdik. Ötən tur da məğlub olmuşduq. İlk hissədə istədiyimiz qolu vura bildik. Oyunu əks-hücumların üzərində qurmaq istəyirdik. “Neftçi”nin durumu bizdən də pis idi. Təəssüf ki, qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin oldu.Dəyişikliklər etdik, amma son 1 dəqiqəni dözə bilmədik. Bu da bəzi futbolçularımızın gənc olması və premyer-liqa ab-havasına uyğunlaşmaması ilə bağlıdı. Yenə də vuruşduqlarına görə komandaya təşəkkür edirəm. Məni üzən bəzi səbəblər var. Bunlardan danışmalıyıq. Təəssüf ki, Bordin hər dəfə kimlərəsə nələrsə öyrətmək istəyir. Amma getsin öz komandasına tərbiyə versin. Mənim futbolçularımdan kimsə rəqib komandanın məşqçilərini söysə, onu qovaram. Təəssüf ki, millidə Anton kimi futbolçular oynayır. Ona yığmanın formasını geydirmək utandırıcıdı. Mən bu gün futbola nifrət etdim. Gəlib bizə niyə söyüş söyür? Nə etmişik ki? Axırıncı dəqiqədə top çıxıb, futbolçumuz yerdə qalıb. Bordin, başqa vaxt gəlib vaxt uzatmaqdan şikayətlənirsiz, topu niyə vermədiz? Azərbaycana gəlib bizlərə futbol öyrətmək lazım deyil. O Azərbaycanda bütün məşqçilərə yuxarıdan aşağı baxır. Bu da onun tərbiyəsiz komandası.
- Bəs Etibar Tarverdiyevin sizi vurması necə?
- Futbolda bəzən aqressivlik olur. Biz də əsəbləşirik. Mən futbolçuları ordan çəkmək istəyirdim. Anton pis söyüş söydü. Azərbaycanda elə sözə görə küçədə adamı öldürürlər. Bəlkə Ukraynada onun üçün normaldı. Heç kim valideynlərini küçədən tapmayıb. Onun başını kəsərlər. Mən 20 futbolçunun qabağını kəsə bilmərəm. Ancaq onları çölə çıxarmaq istəyirdim. Etibarın onu sakitləşdirmək əvəzinə bizim üzərimizə gəlməsi normal deyildi. Antonun o hərəkətinə görə Vurğun qırmızı vərəqə aldı. Bu gün “Sumqayıt”la yox, getsinlər o büdcə ilə “Qarabağ”la prinsip aparsınlar.
- Ötən tur hakimlik barədə danışmağınız AFFA tərəfindən narazılıqla qarşılandı. Bu gün razı qaldız?
- İstəyirsiz mən yenə cəza alım? (gülür)
- Epizodların birində Əmir Ağayev cərimə meydançasında yerdə qaldı. Amma haqqınızı tələb etmədiz...
- Epizodu görməmişik. Belə danışmaq olmaz. Bu hadisə olmasaydı, mən “Neftçi”ni tərbik edərdim. Problem deyil, yenə təbrik edirəm. Gəlib bizə küçə söyüşü söyməsi pis təsir etdi. Gör millinin formasını kimlərə etibar edirik.
Həmkarından fərqli “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin məmnun görünürdü.
- Gərgin oyun oldu. Matça yaxşı başlamadıq. Amma buraxdığımız qoldan sonra ayıldıq. Komandam əsəbi görünürdü. İlk dəqiqələrdəki qol epizodlarından istifadə edə bilmədik. Buna görə də gərginlik var idi. Komandamı təbrik edirəm. Asan qələbə olmadı. Xarakter göstərdik. Çox vacib qələbə oldu.
- Antonun rəqib komandanın məşqçilər korpusu və futbolçularını ağır şəkildə təhqir etməsi nə dərəcədə doğrudu? Onunla bağlı nə ölçü götürəcəksiz?
- Siz onun söyüş söydüyünü eşitdiz?
- Bunu “Sumqayıt”ın baş məşqçisi dedi. Sizcə, Ayxan Abbasov niyə yalan danışsın ki?
- Siz nələr baş verdiyini gördüz? Orda elə bir situasiya, xaos idi ki, məni də bir neçə dəfə itələdilər, zərbələrdən qaçası oldum. Bilmirdim ki, nələr baş verib. Bunu araşdıracam və sonda qərar verəcəyik. Məncə, bu vəziyyətdə təkcə Antonu və “Sumqayıt”ın qırmızı vərəqə alan futbolçusunu günahlandırmaq olmaz. Oyunboyu xoşagəlməz hadisələr baş verdi. Bizim də səhvimiz var ki, buna cavab verdik.
- “Sumqayıt”ın baş məşqçisi sizə qarşı da ittiham irəli sürdü ki, gəlib bizə nəsə öyrətməsin, futbolçularına tərbiyə versin. Ona nə öyrətmək istəyirdiz?
- Heç kimə özünü necə aparmalı olduğunu öyrətməli deyiləm. Xüsusən də “Sumqayıt”ın baş məşqçisinə. O, italyanca bilir? Necə məni başa düşə bilər ki... Mən orda istəyirdim ki, hər iki tərəf sakitləşsin. Xoşagəlməz haldı ki, məğlub olandan sonra baş məşqçi rəqibi günahlandırır. Hamı öz evinin içinə baxmalıdı. Anton barədə araşdırma aparacam. Öz oyunçularımı düşünməliyəm. Xahiş edirəm ki, rəqib baş məşqçi də öz futbolçuları ilə məşğul olsun.
- Ayxan Abbasov onu da dedi ki, “Neftçi” belə büdcə ilə getsin “Qarabağ”la prinsip aparsın...
- Hər bir rəqib eynidi. Bu gün komandanı “Sumqayıt”la oyuna hazırlamışdıq. Qələbə lazım idi və bunu əldə etdik. Hər rəqibə qarşı ona uyğun hazırlaşırıq. Bütün komandalar rəqibdi.
- Antonun söyüş söydüyünü eşitməsək də, “Neftçi”nin məşqçilər korpusunda yer alan Etibar Tarverdiyevin Ayxan Abbasovu vurduğunu gördük...
- Bunu görməmişəm. Siz ancaq mənə bizim etdiklərimizdən danışırsız. Antona vurulan yumruğu gördüz? Vurğunun yumruğunu görmədiz? Nə Antonu, nə də Etibarı görmüşəm. Təkcə onu gördüm ki, Anton yerdədi. Sadəcə, o vəziyyətdə rəqib məşqçi də istəyirdi ki, komanda sakitləşsin. İstəməzdim ki, belə situasiya yaransın.
- Azarkeşsiz olmağınız oyuna təsir edir?
- Azarkeşin gəlməsi əlavə motivasiyadı. Əsas da ultraslar. Onlar hər dəfə hiss etdiriblər ki, evdə oynayırıq. Onları başa düşürəm. Son nəticələr ürəkaçan olmadı. Amma onları tribunada görməyi arzulayaram. Bizə əlavə motivasiya verirlər. Onların yoxluğu görünürdü.
- Olan azarkeşlər də yalnız rəhbərliyi istefaya səsləyirdilər. Fanatları qaytarmaq üçün onlara müraciət etmək və ya görüşmək planınız var?
- Bu ildən fərqli ötən il onlarla tez-tez görüşürdük. Sadəcə, mövsüm başlayandan tez-tez oyunlarımız olur. Buna görə də görüş baş tutmayıb. Milli komandalara görə fasilə yaranıb. İstəyərəm ki, onlarla görüşüb, fikir mübadiləsi aparaq.
- Vəziyyətin gərginləşməsinə səbəb “feyr-pley”in pozulması oldu. Maraqlıdı, sizin komandanız vaxtı uzatmaq məqsədilə olsa belə, topu kənara vursa və rəqib hücum edib qol vursa, buna reaksiyanız necə olar?
- Hansı epizodu deyirsiz?
- İkinci qolu nəzərdə tuturam.
- “Feyr-pley”ə oyunboyu riayət olunurdu. Sadəcə, futbolçu 1, 2, 3, 4, 5 dəfə yıxıla bilər. Ancaq bu qədər yox. Onlar hesabda irəli olduqlarına görə yerə yıxılırdılar. Hər dəfə əlverişli hücum vaxtı topu rəqibə qaytarsaq, futbol necə olacaq ki...
- Geryenin transferi gündəmdədi?
- Bu barədə heç nə deyə bilmərəm. Qarşıda bizi 3 gün istirahət gözləyir. By müddətdə rəhbərliklə görüşüb yeni transferlər barədə müzakirə aparacağıq.
- Fasiləni necə keçirməyi düşünürsüz?
- Komanda 3 günlük istirahətə buraxılacaq. Ondan sonra bir araya gəlib məşqlərimizi davam etdirəcəyik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar