12 avq 21:26olke

"Səbail" bu dəfə ərəblərlə bacarmadı


Yeni mövsümə hazırlığı Bakıda davam etdirən "Səbail" dünən yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Aftandil Hacıyevin komandası ölkəmizdə toplanışda olan Qətər təmsilçisi "Əl Samiyə" ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunun köməkçi meydanında baş tutan qarşılaşma saat 17.30-da start götürüb. Oyunun nəticəsi barədə xəbər verməzdən öncə bir məlumatı nəzərinizə çatdıraq. "Səbail" ərəblərlə görüş ərəfəsində yeni transfer həyata keçirib. Adil Nağıyev karyerasını Bayıl təmsilçisində davam etdirəcək. 23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Adil yayda "Zirə"dən "Sumqayıt"a üz tutmuşdu. Ancaq "gənclik şəhəri" təmsilçisi elə dünən Nağıyevlə yolları ayırdığını açıqlamışdı. Gözlənilməz ayrılıq barədə klub saytı vasitəsilə verilən açıqlamada futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi qeyd olunmuşdu. Qeyd edək ki, Nağıyevə qədər "Sumqayıt" Elvin Məmmədov, Cavid Tağıyev, Rəşad Əzizli, Nicat Qurbanov, Yusif Nəbiyev, Ülvi İskəndərov və Əli Babayevlə vidalaşmışdı.
Göründüyü kimi, çox cəkmədən Adilin yeni iş yeri bəlli oldu. Sözsüz ki, bu transfer komandanı tərk edən və Cənubi Kipr "Olimpiakos"una üz tutan Dilan Duventrunun gedişindən sonra yaranan boşluğu doldurmağa hesablanıb. Adil Nağıyev dünən Küveyt təmsilçisi ilə oyunda da iştirak edib, hətta start heyətində yer alıb. Ümumiyyətlə, "dənizçilər" ilk dəqiqələrdən bu heyətlə mübarizə aparıb: Kamal Bayramov, Şəhriyar Rəhimov, Elvin Yunuszadə, Adil Nağıyev, Eltun Yaqublu, Rahid Əmirquliyev, Vüqar Mustafayev, Ağabala Ramazanov, Ədilxan Qarəhmədov, Fəhmin Muradbəyli, Mirabdulla Abbasov.
Görüş qollu heç-heçə ilə yekunlaşıb. Fəhmin Muradbəylinin 30-cu dəqiqədə vurduğu qolla fasiləyə minimal hesablı qələbə ilə yollanan Bayıl təmsilçisi ikinci hissədə üstünlüyünü əldən verib. Beləliklə, matç 1:1 başa çatıb. Qeyd edək ki, “Səbail” bir neçə gün əvvəl də “Əl Samiyə” ilə qarşılaşmış və 2:1 hesablı qələbə qazanmışdı.
Beləliklə, "Səbail" mövsümün hazırlığını yekunlaşdırıb. Komanda ikigünlük istirahətə buraxılıb. Bazar ertəsi bir araya gələcək premyer-liqanın bürünc mükafatçısı sırf ilk turun oyununa hazırlaşacaq. Qeyd edək ki, "Səbail" mövsümün açılış turunda "Zirə" ilə qarşılaşacaq. Görüş bazar günü - avqustun 18-də "ASCO Arena"da baş tutacaq və saat 20.00-da start götürəcək.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar