Xorvat futbolçu əməliyyat oluna bilər
“Dandolk”la Bakıda keçirilən cavab oyununda zədələnərək meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan Filip Ozobiçin zədəsinin ciddi olduğu müəyyənləşib. Klubun mətbut xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız bilgiyə görə, tibbi müayinədən sonra xorvat futbolçunun dizətrafında sümük qırığı aşkarlanıb. Odu ki, Filipin əməliyyat ediləcəyi istina deyil. Həkimlərin ümumi müzakirələrindən və diaqnozundan sonra futbolçunun nə vaxt yaşıl meydana qayıdacağı məlum olacaq.
Bu isə o deməkdi ki, Ozobiç, eləcə də digər zədəli Bədavi Hüseynov APOEL-lə avqustun 6-da Nikosiyada keçiriləcək ilk oyunda iştirak etməyəcək. “Dandolk”la matçda zədələnən digər iki nəfərin – Miçellə Maksim Medvedevin isə həmin görüşdə meydana çıxacağı gözlənilir.
HƏBİB