14 dek 12:33olke

“Neftçi”də zədə şoku

Bu gün ölkə kubokunun 1/4 final mərhələsinin oyunları baş tutacaq. Təbii ki, "Zirə” – "Neftçi” oyunu çox böyük maraq doğurur. Əvvəla ona görə ki, "ağ-qaralar” cari mövsümdə bu rəqiblə iki dəfə üz-üzə gəlsə də, hər ikisində məğlub olub. Yəni növbəti yenilginin fəsadları ağır ola bilər. İkinci və ən vacib məqam "Neftçi”nin premyer-liqadakı durumudu. Hazırda 8 komanda arasında 7-ci pillədə yer alan bakılılar 4-cü sırada qərarlaşan "Kəpəz”dən 6 xal geridədi. İndiki halda "Neftçi”dəki durumun yaxşıya doğru dəyişəcəyi və çempionatın sonunda ən pis halda 4-cü sırada yer alacağı çətin görünür. Hər halda, "Zirə”, "Kəpəz”, hətta "Sumqayıt” da həmin pilləyə göz dikib.

Odu ki, ölkənin ən köklü klubunun əsas diqqətini kuboka ayırması anlaşılandı. Müşahidə Şurasında yer alanların bundan öncəki mövsümlərdə komandanın finala yüksəlməsini böyük uğur kimi qələmə verdiklərini yada salanda, məsələ aydın olur. Çox güman, Elxan Abdullayevdən istədikləri də azı finala vəsiqədi. Bu isə heç də asan başa gələnə oxşamır. Məlum vəziyyətdə "Zirə” səddinin keçilməsi olduqca çətin görünür. Hətta əldə etdiyimiz bilgiyə görə, problem təkcə futbolçuların psixoloji hazırlığı ilə bağlı deyil. Düşərgədə bir neçə əsas heyət üzvünün zədədən əziyyət çəkməsi də baş məşqçini qayğılandırır.

Oyun ərəfəsində fikirlərini öyrənmək üçün Elxan bəylə əlaqə saxladıq. Abdullayev öncə komandasındakı əsas problemdən danışdı: "Qeyd etdiyiniz kimi, bizi "Zirə”ylə çox çətin oyun gözləyir. Matça taktiki-texniki planda hazırlaşdığımız vaxtda bir neçə aparıcı futbolçunun sıradan çıxması heç yerinə düşmədi. Cavid İmamverdiyev, Mahir Şükürov və Araz Abdullayevin meydana çıxmayacağı 100 faiz dəqiqdi. Jonas Pesalle ilə Məqsəd İsayevin də mikrozədələri var. Hətta bugünkü (dünən) məşqdə də iştirak etmədilər. Yalnız məcburiyyətdən meydana çıxa bilərlər. O da ki məşqsiz, hazırlıqsız. İndi 15 futbolçunun ümidinə qalmışıq. Hamısı zədəlidi, xəstə-filan deyillər. Niyə zədələniblər? Bildiyiniz kimi, rəqiblərimizin bir neçəsi süni örtüklü meydançalardan istifadə edir. "Sintetika”da oynamağın özü bir təhlükədisə, həmin qazonların yararsız durumda olması başqa böyük problemdi. Təbii örtüyü tez-tez süniyə dəyişəndə, bu, istənilən futbolçuya ciddi problem yaradır. Əzələ yüklənmələri olur, ya da zədə əmələ gəlir. Demək olar, hamısı süni örtükdə oynamağa görə zədələnib. "Zirə” kimi ciddi rəqibə qarşı bu cür itkilərlə oynamaq çətin olacaq”.

Maraqlıdı, təcrübəli çalışdırıcı oyundan nə gözləyir? Ölkə kubokunu "Neftçi” üçün hədsiz dərəcədə vacib sayır: "Buna baxmayaraq, əllərimizi yanımıza salmaq fikrində deyilik. Meydana çıxan hər bir futbolçu uğurlu nəticə qazanmaq üçün canını qoyacaq. İlk oyunda elə hesab qeydə alınmalıdı ki, cavab görüşünə uşaqlar daha səylə hazırlaşsın. Bunu özləri də bilir. Bilirəm, çətin olacaq, amma başqa yolumuz yoxdu. Kubokun finalına yüksəlib sonda qələbə qazanmaq yaxşı olardı. Hər bir baş məşqçi bunu arzulayır. Çünki ən qısa yol kubokdan keçir. Üstəlik, "Neftçi” üçün bu çox vacibdi. Yarımfinala yüksəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Sonluğun necə olacağını zaman göstərəcək”.

"Neftçi” kimi, təbii ki, "Zirə”nin də əsas məqsədi evdə keçirdikləri ilk matçda qalib gəlmək olacaq. Hər halda, cavab gğrüşü ərəfəsində üstünlük əldə etmək olduqca vacibdi. Bunu qəzetimizə açıqlamasında "qartallar”ın baş məşqçisi Adil Şükürov da gizlətmədi: ”Şükürlər olsun ki, zədəli futbolçularımız bir-bir kollektiv məşqlərə qoşulur. Sadəcə, barpa olunmaları, ideal forma yığmaları üçün müəyyən vaxta ehtiyac var. Hazırda komandada döyüşkən əhval-ruhiyyə var. Qarşımızda olan komandanın adının "Neftçi” olduğunu unutmuruq. Bu komandanın son illər kubokda hansı nəticələrə imza atdığını bilirik. Ölkə çempionatındakı durumdan asılı olmayaraq, kuboka xüsusi həvəslə yanaşırlar. Ötən mövsüm çoxları "Neftçi”nin sabit çıxış etmədiyini, özünə bənzəmədiyini qeyd edirdi. Amma yekunda finala qədər yüksəlməyi bacardılar. Üstəlik, həlledici qolu da oyuna əlavə olunmuş yarım saatda buraxdılar. Bizim də qarşıya qoyduğumuz hədəflər var. Onlardan biri də ölkə kubokunun finalına yüksəlməkdi”.

HƏBİB

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb Dünən, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi Dünən, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi Dünən, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı Dünən, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? Dünən, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü Dünən, 13:21 “Qarabağ” Avstriyada çempion oldu Dünən, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı Dünən, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu 19-05-2017, 19:42 Rəşad Sadıqov məşqlərdən kənarda qalıb 19-05-2017, 19:41 U-23-ü AFFA da mükafatlandıracaq 19-05-2017, 19:39 “Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq” 19-05-2017, 19:37 U-19 qazaxları yendi 19-05-2017, 19:35 İslamiadada mübarizə qızışdı 19-05-2017, 19:32 2016/17 mövsümündən seçmələr 19-05-2017, 19:31 Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq 19-05-2017, 19:28 Qurbanov gəldi, Şemonayev qaldı 19-05-2017, 19:26 AFFA ölkə futbolunu inhisara alıb? 19-05-2017, 19:25 “Qəbələ” təlim-məşq toplanışını Avstriyada keçəcək 19-05-2017, 19:23 PFL “Qaradağ Lökbatan”ın futbolçusunu mükafatlandırdı 18-05-2017, 18:52 İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur 18-05-2017, 18:50 Batumidən iki medalla 18-05-2017, 18:48 İstirahətə “sülh”lə çıxdılar 18-05-2017, 18:46 “Qəbələ”, “Neftçi” və Qarabağ” 18-05-2017, 18:44 Samir Əliyev getdi, aləm bir-birinə dəydi 18-05-2017, 18:43 Mübariz Mənsimov Bursada dava-dalaş saldı Bütün xəbərlər
Ən çox oxunanlar