22 iy 17:16olke

Qol vura bilməməsi Raufu narahat edir


“Mənə ötürmə edə bilərdilər, amma özləri vurdular”
“Neftçi” hər dəfə qol vuranda stadionda olan hər kəs sevinirdi. Ehtiyat oyunçular skamyasında yer alanlar, tribunalara toplaşanlar, meydanda top dalınca qaçanlar, hətta jurnalistlər də. Üzüntü içində olan bir tək Rauf Əliyev idi. Yox, onu narahat edən komandasının qələbə qazanması deyildi. Üzüntüsü başadüşüləndi. Şərəfini qoruduğu komanda iki oyunda rəqib qapısından 9 cavabsız top keçiribsə və bu qədər qolda tək hücumçu olan Rauf adı yoxdusa, vəziyyət aydındı.
“19 nömrə” fərqlənmək üçün lazım olan hər şeyi etsə də, istəyinə çata bilmədi. İki epizodda dəqiq oynamadı, bir vəziyyətdə Vangelis Platellas ona ötürmə verməyib, özü fərqləndi. Səbəbkarla dünənki söhbətimizdə həm bu mövzuda danışdıq, həm də “Neftçi”dən söhbət etdik.
- 6:0... Oyundan əvvəl ağlına gələrdi?
- İlk oyundan sonra qalib gələcəyimizə hədsiz inamım vardı. Bilirdim ki, “Sperantsa”nı Bakıda da məğlub etmək gücündəyik. Rahatlaşmamışdıq, sadəcə, inam var idi içimizdə. Düzünü desəm, 2:0, ya da 3:0 hesabı ilə qələbə qazanacağımızı təxmin edirdim. Açığı, 6:0 olacağına inanmırdım. Parlaq qələbə oldu.
- Sanki komanda meydana qisas hissi ilə çıxmışdı. Bacardıqca çox qol vurmaq üçün alışıb-yanırdız. Hətta oyunun son 10 dəqiqəsində pressinq etməyiniz, böyük qüvvə ilə irəli atılmağınız gözümüz önündədi. Bu, rəqibin baş məşqçisi Kristian Efrosun ilk oyundan sonra işlətdiyi ifadələrə görə idi?
- Baş məşqçilərinin dediklərinə ciddi önəm verməmişdik. Kimsə də bizə bu haqda tapşırıq verməmişdi. Motivasiyalı olmağımız sırf parlaq qələbə qazanmaq istəyinə görəydi. Baxırsan ki, oyunun əvvəlində 2 top vurmusan, dərhal düşünürsən ki, yenə vurmaq olar. Dəqiqələr irəlilədikcə, əlinə şans düşdükcə yenə fərqlənirsən. Və bir də baxırsan ki, hesab 6:0-dı. Hiss edirdik ki, daha çox qaçsaq, çalışsaq, daha çox qol vura bilərik. Hansısa qisas hissindən söhbət gedə bilməz. Məqsədimiz bacardıqca çox qol vurub xoş nəticəyə imza atmaq idi.
- Kişinyovdakı inamlı qələbəyə baxmayaraq, stadionun aşağı-yuxarı yarısı dolmuşdu. Belə olacağını gözləyirdin?
- Azarkeşləri qınamaq da olmur. Millinin uğursuz nəticələrindən sonra adamlarda müəyyən ümidsizlik, küskünlük yaranıb. Bunu çevrəmdəki insanlarda da görürəm. Həm də ilk mərhələdi, rəqibin adı söhbəti var. Hamımız bilirik ki, rəqibin ad-sanından da çox şey asılıdı. Amma gələnlər sağ olsunlar. Əvvəldən sonra qədər komandanın yanında oldular, dəstək verdilər. “Bakcell Arena”nın akustikası elədi ki, 6-7 min adam olanda da stadion dolu görünür. İnşallah, növbəti matçlarda azarkeşlərimizin sayı daha çox olar.
- “Arsenal”la görüşdə “Bakcell Arena”nın dolacağına ümid edirsən...
- Həm rəqibin adı, həm də ilk mərhələdə qazandığımız nəticə belə düşünməyə əsas verir. Azərbaycanlı futbolsevərlər Rusiya futbolunu yaxından izləyir. Məncə, onlar üçün “Neftçi” – “Arsenal” oyununun nəticəsi böyük önəm daşıyacaq. Əminəm ki, arena 100 faiz olmasa da, 80-90 faiz dolacaq.
- “Arsenal” demişkən, bu rəqiblə oyunlardan nə gözləyirsən?
- Avropada bütün çempionatları yaxından izləyirəm, nəticələrlə maraqlanıram. Lakin Rusiya çempionatı ilə uşaqlıqdan yaxından maraqlanmamışam. Ümumi tanışlığım var, komandaları tanıyıram, avrokuboklarda hansı nəticələrə imza atdıqlarından xəbərdaram. Sadəcə, ayrı-ayrı komandalarla yaxından tanış deyiləm, o cümlədən “Arsenal”la. Yadıma gəlir, “Xəzər Lənkəran”da çıxış edəndə bu komandaya qarşı oynamışdıq. Fiziki cəhətdən hazırlıqlı, yaxşı təşkilatlanmış komanda kimi yadımda qalıb. Ancaq o vaxtdan bəri çox şey dəyişib. O ki qaldı gözləntilərimə, Avroliqada bacardıqca irəli getmək istəyirik. Bunun üçün isə “Arsenal”la oyunlarda xoş nəticələr qazanmalıyıq. Rusiya premyer-liqasının təmsilçisidisə, “Lokomotiv”, “Spartak” kimi komandaları məğlub edibsə, deməli, güclü rəqibdi. Lakin biz də öz gücümüzə inanırıq.
- Vaxtilə Rusiya elitasında çıxış etmiş Emin Mahmudov nə deyir?
- Əlbəttə, Emin onları hamımızdan yaxşı tanıyır. O da rəqibin təşkilatlanmış komanda olduğunu deyir. Amma o da neçə ildi burdadı, Rusiya futbolunu Azərbaycandan izləyir.
- “Neftçi” “Arsenal”ı keçməyə borcludu?
- Futbolda “borcludu” sözü bir az pis çıxır. Bəzən elə nəticələr qeydə alınır ki, adam gözlərinə inana bilmir. Bir də ki, əvvəldən böyük danışmağı yaxşı hal saymıram. Futboldu, meydana çıxıb bacardığımızı edəcəyik. Nə olacaq, necə olacaq – bunu zaman göstərər. Bir məqam dəqiqdi ki, “Arsenal” nə “Real”dı, nə də “Barselona”. Mərhələ adlamaq üçün bacardığımızı edəcəyik. Allahın köməyi ilə sevinən tərəf olarıq.
- Azarkeşlər bu “Neftçi”dən nə gözləsinlər?
- Komandada bəzi dəyişikliklər olub. İçi mən qarışıq bir neçə yeni futbolçu gəlib. Üstəlik, yeni mövsümə indi başlamışıq. Toplanışdan sonra istər-istəməz müəyyən əskiklər olur. Xətlərarası əlaqələrin yaxşılaşması, yenilər komandaya uyğunlaşması üçün az da olsa, vaxta ehtiyac var. Məncə, “Sperantsa” ilə oyunda gördükləriniz “Neftçi”nin tam gücü deyildi. Zaman keçdikcə, oyun sayı artdıqca, zədəli futbolçularımız da sıraya qayıdınca, daha güclü komanda görəcəksiz.
- Baş məşqçilər yerlilərlə müqayisədə daha çox legionerlərə güvənir. Bunu özün də yaxşı bilirsən. Baqali Dabonun zədədən qayıtması səni narahat etmir?
- Heç vaxt üz tutduğum komandadakı adlara fikir verməmişəm. Oynadığım hər yerdə də rəqabət olub. “Neftçi”də, “Qarabağ”da, “Bakı”da, “Qəbələ”də, “Kukesi”də... Söhbət iddialı komandadan gedirsə, orda rəqabət olub və olacaq. Bu məsələdə hər şey özümdən asılıdı. Daim oynamaq istəyirəmsə, məşqlərdə özümü göstərməliyəm. Bir də ki mövsüm uzundu, komanda bir neçə cəbhədə mübarizə aparacaq. Məncə, hamı şans qazanacaq, həmçinin də mən. Ona görə də Dabonun qayıtması ilə bağlı narahatlığım yoxdu.
- “Neftçi” 2 oyunda 9 qola imza atdı ki, qolların heç birində imzan yoxdu. Bu fakt səni narahat edir?
- Gizlətmirəm, qol vura bilmədiyimə görə çox məyus idim. Komandanın məqsədi olduğu kimi, hər futbolçunun da hədəfi olur. Hücumçuyamsa, işim qol vurmaqdı. Bunun üçün çalışıram. Çox çalışsam da, alınmadı. Eybi yox, qarşıda “Arsenal”la matçlar var. Əsas odu ki, komandam qələbə qazanıb. Bunu düşünüb təsəlli tapıram.
- Qol vura bilməməyinə nə mane olur? Meydanın dərinliyinə çəkilməyin, yoxsa lazımi anda ötürmə almırsan?
- Son oyunda fərqlənməyim üçün bir-iki epizod oldu. Mənə ötürmə edə bilərdilər, amma özləri vurdular. Dediyim kimi, önəmli olan komandanın uğurudu. Futboldu, belə hallar yaşanır. Çətini 1 qol vuranacandı, davamı gələcək.
- Baş məşqçinin səninlə söhbəti oldu?
- Oyundan sonra yaxınlaşıb təsəlli verdi. Dedi ki, narahat olma, hər şey qaydasındadı, qarşıda hələ çox oyunumuz var. Sağ olsun, məşqçi kimi dəstək verdi, yanımda olduğunu göstərdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar