22 iy 17:11olke

“Sumqayıt” yeni loqoya görə xərcə düşməyib

“Sumqayıt” yeni loqoya görə xərcə düşməyib
Ötən sayımızda “Sumqayıt”ın yeni mövsümdə yeni loqo altında çıxış edəcəyini xəbər vermişdik. Onu da bildirmişdik ki, “kimyaçılar”ın yeni emblemində şəhərin əsas rəmzi olan göyərçin və sünbül təsvir olunub. Ancaq nədənsə “kimyaçılar”ın yeniliyi bir çoxları tərəfindən heç də birmənalı qarşılanmayıb. Bəyənməyənlərin fikrincə, emblem çox bəsit hazırlanıb və orda əks olunan göyərçini tam seçmək olmur. Xatırladaq ki, sülh və əmin-amanlığın rəmzi olan göyərçin Sumqayıtın rəmzidi. Şəhərin əsas küçəsinin sonunda, Nəsimi adına parkda ona hətta böyük heykəl də qoyulub.
Bəs necə oldu ki, klub rəhbərliyi loqonu dəyişmək qərarına gəlib, emblem kimlər tərəfindən hazırlanıb? Bu suala cavab tapmaq üçün “ağ-göylər”in mətbuat katibi Rəşad Məmmədovu aradıq: “Hələ ötən mövsümün sonundan bunun üzərində işləyirdik. İstəyirdik ki, yenilik edək, daha müasir və şəhəri tanıtdıra biləcək bir loqo olsun. Hamı bilir ki, Sumqayıtın rəmzi göyərçindi. Biz də bunu nəzərə alıb, bütün dünya kimi minimlizmə söykənən və üzərində göyərçin olan emlem görmək istədik. Bu məsələdə bizə dizayn sahəsində çalışan dost-tanışlar yardımçı oldular. Onlar yeni loqo ilə bağlı bir neçə eskiz təqdim etdilər. Müəyyən müzakirələrdən, eskizləri nəzərdən keçirikdikdən sonra son variant kimi indiki loqonu qəbul etdik. Yeni emblemi ictimaiyyətə təqdim etdikdən sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndi. Hamının fikrinə hörmətlə yanaşırıq, ancaq bir daha deyirəm ki, loqonun hazırlanmasıyla peşəkarlar məşğul olublar və buna görə qara qəpik də ödənilməyib. Son vaxtlar bütün dünyada klublar sadə loqolara üstünlük verirlər. Yeri gəlmişkən, yaxın vaxtlarda daha bir neçə yeniliyə imza atacağıq. İndidən bu haqda danışmaq istəmirəm”.
Yeni mövsümə hazırlaşan “Sumqayıt”ın Türkiyədə olduğundan da xəbərdarsız. “Kimyaçılar” ötən günü bir məşqlə başa vurub. Bu arada isə Ayxan Abbasovun çalışdırdığı komandanın qardaş ölkədə keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqiblərin adına aydınlıq gəlib. Toplanış çərçivəsində “kimyaçılar”ın ilk rəqibi Rumıniyanın birinci dəstə təmsilçisi “Petrolul” olacaq. Bu görüş iylun 21-nə təyin olunub. Üç gün sonra “Sumqayıt” Türkmənistan çempionu “Ahal”la üz-üzə gələcək. Ölkə kubokunun son finalçısının 3-cü sınağı yeni mövsümdən Türkiyə superliqasında mübarizə aparacaq “Gənclərbirliyi”nə qarşı olacaq. Sözügedən matç iyulun 29-da baş tutacaq. Və nəhayət, avqustun 1-də, sonuncu yoxlama görüşündə “ağ-göylər” “Akhisarspor”la münasibətləri aydınlaşdıracaq. Bu qarşılaşmadan bir gün sonra isə “kimyaçılar” vətənə dönəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar