22 iy 16:54olke

Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb


“700 manata oynamaq istəyən legioner olsa, dəvət edəcəyik”
Bir neçə gündən sonra avrokuboklarda 4-cü təmsilçimiz olan “Qəbələ” qitəmiqyaslı tunirdə ilk oyununu keçirəcək. Avropa Liqasına ikinci təsnifat mərhələsindən start verəcək “qırmızı-qaralar” iyulun 25-də “doğma divarlar” arasında Tiflis “Dinamo”sunu qəbul edəcək. Xatırladaq ki, 4 il əvvəl də bu iki komandanın yolu avrokuboklarda kəsişmişdi. 2015-ci ildə şimallılar iki oyunun nəticəsinə görə Gürcüstanın ən köklü və tanınmış klubunu mübarizədən kənarlaşdırmaqla sonda qrup mərhələsinə vəsiqə qazanmışdı. Bəs görəsən, bu yay heyəti əsaslı dəyişikliyə məruz qalan, büdcəsi azalan bölgə təmsilçisi 4 il əvvəlki qəhrəmanlığı təkrarlaya biləcək? Ümumiyyətlə, Türkiyə toplanışı komandaya nə verdi? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün dünən “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanovla danışmağı lazım bildik.
- Öncə Boluda keçirdiyiniz təlim-məşq toplanışı barədə məlumat verərdiz. Hazırlıq istədiyniz kimi oldu?
- Bildiyiniz kimi, hazırlığın ilk mərhələsini Qəbələdə keçirdik və ondan sonra Türkiyəyə yollandıq. Boluda olduğumuz müddətdə çalışdıq ki, yaradılan şəraitdən maksimum yararlanaq, “Dinamo” ilə oyuna kimi komandanı hazır vəziyyətə gətirək. Buna nə dərəcə nail olduğumuzu iyulun 25-də görəcəyik. Ümumilikdə nədənsə narazılıq edə bilmərəm. Yeganə mənfi cəhət bəzi legionerlərimizin komandaya gec qoşulması oldu ki, bunu da anlayışla qəbul edirəm. Çünki büdcəmizə uyğun və səviyyəsi bizi qane edəcək futbolçu axtarırdıq.
- Toplanış dönəmində komandaya yeni qoşulan legionerlər özlərini necə göstərdilər?
- Merab Qiqauri ilə Fernan Lopes gənc oyunçulardı və ilk gündən Türkiyədə bizimlə birgə oldular. Hər ikisinin performansından razı qaldım. Çox istəkli göründülər. Klesio “Boluspor”la yoxlama görüşündə bir daha sürətli və texnikalı oyunçu olduğunu sübut etdi. Kristian Kuaku isə hələ tam hazır deyil. Son 6 ayda futbol oynamadığından optimal formasından çox uzaq düşüb. Sonuncu sınaq matçında ona da 45 dəqiqə oynamaq şansı yaratdıq. Hələ ki istədiyimizi ondan ala bilmirik. Ancaq o da çox çalışır, hər məşqdə var qüvvəsi ilə işləyir ki, qısa vaxtda əsas heyətdə özünə yer etsin. Artıq bildiyiniz kimi, bu gün daha bir legionerlə müqavilə imzaladıq. İvitsa Juniç son 6 ayı “Atırau”da keçirib. Oyun təcrübəsi baxımından problem yaşamasa da, komandaya necə uyğunlaşacağı məni bir qədər narahat edir. Hər halda, qarşıda müəyyən zaman var və ümid edək ki, müdafiənin mərkəzinə dəvət etdiyimiz legioner qısa müddətdə yeni kollektivə qaynayıb-qarışacaq, anlaşma baxımından çətinlik çəkməyəcək.
- İvitsa “Qəbələ”nin mövsümlərarası fasilədə rənglərinə bağladığı son legionerdi, yoxsa yenilər də olacaq?
- 700 manata oynamaq istəyən legioner olsa, dəvət edəcəyik (gülür). Hər bir baş məşqçi istəyər ki, əlinin altında hər mövqe üçün iki-üç futbolçu olsun. Bu həm də rəqabət baxımından faydalıdı. Hamı kimi mən də geniş ehtiyat oyunçular skamyasının olmasını istərdim. Məncə, Juniç sonuncu transfer oldu.
- Bəs yerlilər haqda nə düşünürsüz?
- Onlar da özlərini yoxlama görüşlərində yaxşı tərəfdən göstərə bildilər. İndi konkret adlar çəkib kimlərisə xüsusi fərqləndirmək istəmirəm. Məni sevindirəm məqam odu ki, birinci toplanışla ikincini müqayisə edəndə futbolçuların ümumi funksional durumunda artım olduğunu görmək mümkündü. Bu da ondan xəbər verir ki, düz yol seçmişik və çəkdiyimiz əziyyət boşuna getməyib.
- Artıq gələn həftə Avropa Liqasında ilk oyuna çıxacaqsız. “Dinamo” barədə məlumat toplaya bilmisiz?
- “Dinamo” hazırda çox yaxşı formadadı. Heyətində fərdi ustalıq səviyyəsi yüksək olan, texnikalı oyunçular yer alıb. Rəqiblə bağlı müəyyən məlumatlar əldə etmişik. Avropa Liqasının ilk mərhələsində keçirdikləri hər iki oyunun videoyazısı əlimizdədi. Gələn həftə təhlillər aparıb futbolçulara müyyən tapşırıqlarımızı verəcəyik.
- Hazırda baş məşqçisi olduğunuz komanda 4 il əvvəl “Dinamo”nu avrokuboklardan kənarlaşdırmışdı ki, həmin vaxt siz köməkçi məşqçi idiz. Necə düşünürsüz, bu dəfə baş məşqçi kimi “Qəbələ”ni uğura daşıya biləcəksiz?
- Bəs mən nə üçün çalışıram? Baş məşqçinin işi elə məhz çalışdırdığı komandaya uğur qazandırmaqdı. Ancaq qarşıya qoyulan məqsədə çatıb-çatmayacağımızı zaman göstərəcək. Bilirəm ki, qarşı tərəf bu matça çox ciddi hazırlaşır, hədəfləri Avropa Liqasında bacardıqca daha çox mərhələ adlamaqdı. Yəqin ki, 4 il əvvəlki məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.
- Son günlər iki ölkə arasında müəyyən gərginlik yaşanır. Gürcülər Azərbaycana torpaq iddiası irəli sürürlər. O da istisna olunmur ki, Tiflisdə keçiriləcək cavab görüşündə rəqib azarkeşlər müəyyən təxribatçı addımlar atacaqlar. Bunu göz önünə almısız?
- Başverənlərdən xəbərdaram. Mənim işim komandanı oyuna hazırlamaq və sərfəli nəticə qazanmaqdı. Təxribatçıların qarşısını almaq, xoşagəlməz olayların yaşanmaması üçün müyyən tədbirlər görmək artıq başqa şəxslərin məsuliyyətindədi. Psixoloji cəhətdən hər şeyə hazır olmalıyıq ki, bu yöndə də iş görüləcək.
- İlk oyunun Qəbələdə olması xeyrinizədi, yoxsa əleyhinizə?
- Bəlkə də birinci görüş Tiflisdə olsaydı, bizim üçün daha asan olardı. Çünki cavab görüşündə hər xırda nüansın öz xeyri olur. “Doğma divarlar”dan tutmuş bəlli nəticəyə əsasən taktika seçməyə qədər. Ancaq indi bu haqda danışmağın yeri yoxdu. Hər şey ötən aydan məlumdu. Bu üzdən olmayacaq şeyi müzakirə etmək düzgün olmaz. İndi əsas məqsəd doğma meydanda top buraxmadan qalib gəlmək və səfərə sərfəli nəticə ilə yollanmaqdı.
- Rəqibin heyətində xüsusi diqqəti çəkən, ehtiyatlandığınız oyunçu var?
- Söhbətimiin əvvəlində dediyim kimi, “Dinamo”da ustalıq səviyyəsi yüksək olan oyunçular var. Ayrıca kimisə qeyd etmək istəmirəm. Onların əsas silahı komanda oyunudu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar