22 iy 16:21olke

Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı


"Niyə klubların uşaq futbolu ilə bağlı fəaliyyətini araşdırmır, diqqətdə saxlamırıq?”
AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadənin bugünlərdə Naxçıvanda işgüzar səfərlə olduğunu xəbər vermişdik. Yaşar bəy Muxtar Respublikaya səfəri ilə bağlı təəssüratını bölüşüb: “Bugünlərdə Naxçıvanda səfərdə oldum. “Araz Naxçıvan” Region Liqasının son mövsümünü üçüncü yerdə başa vurdu və komandaya bürünc medallar təqdim edildi. Tədbirdə Muxtar Respublikanın gənclər və idman nazirinin müavini də iştirak edirdi. Həm onunla, həm də tədbirə qatılan başqa rəsmilərlə söhbətlərimiz oldu. Ümumi istək bu oldu ki, Naxçıvanda klub və aşağı yaş qruplarından ibarət komandalar yaradılmalı, uşaq futbolu inkişaf etdirilməlidi. Orda stadion var, başqa meydanlar salınıb. Təbii ki, AFFA da öz növbəsində müəyyən kömək göstərəcək, dəstək verəcək. Ancaq bu cür istəkləri AFFA təkbaşına qarşılaya bilməz. Kənardan da kömək olmalıdı. Tutaq ki, AFFA inventarla, məşq ləvazimatları ilə kömək etdi, amma klub saxlamaq üçün daha böyük maliyyə lazımdı. Deməli, imkanlı şəxslər kənara çəkilməməli, əksinə, prosesin tərkib hissəsi olmalıdılar. Yəni bu sahədə sabah qazanılacaq uğur ölkənin adına, imicinə hesablanacaq. Bölgələrdə yeni yaradılacaq komandalar premyer-liqada da say artımına gətirib çıxaracaq”.
Veteran futbolçu böyük şirkətlərin futbola biganəliyindən də gileylənib: “Çox yazırlar, deyirlər ki, futbola sərmayə yatırmağa hazır sponsorlar var. Bəs niyə ortaya çıxmırlar? Nəyi gözləyirlər? Bu gün onlar üçün ölkədə normal şərait yaradılıb. Həm bizneslərini inkişaf etdirərlər, həm də vergilər məcəlləsində edilmiş son dəyişiklikdə qeyd olunduğu kimi idmana xərclənəcək pullar hesabına güzəştlər əldə edərlər. İnfrastrukturla bağlı çox dəyişiklik var. Yaxşı mənada irəliləyişin olduğunu qeyd edə bilərik. Əvvəlki illərdə məşq etmək üçün meydan tapılmırdı. Rəsmi oyunlar keçirmək üçün hamı bir stadiona üz tuturdu. İndi vəziyyət fərqlidi. Sumqayıtda, Zirədə süni örtüklər təbii otla əvəzlənib. İşlər davam etdirilir. Ancaq futbol təsərrüfatının inkişafı bir qurumun üzərində olmamalıdı. Yenə deyirəm, xüsusilə sponsorlar, böyük təşkilatlar klubların yaradılmasında, inkişafında yaxından iştirak etməlidilər. Tez-tez müqayisə etdiyimiz Türkiyə, Rusiya, eləcə də Avropa ölkələrinə baxaq. Məgər həmin federasiyalar klub maliyyələşdirir, ya stadion tikdirir?! Amma biz hər şeyi AFFA-dan gözləyirik. İstər klublarımız, istərsə də ictimaiyyət hər detalda AFFA-ya boylanırlar”.
U-23-ün “sükanı arxasında” Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan mütəxəssis klubların milli üçün kadr yetişdirmədiyini bildirib: “Biz yerli oyunçularımıza güvənməli, onların inkişafına çalışmalıyıq. Yadınızdadısa, iki il əvvəl Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında U-23 qalib oldu. Həmin komandada yer alan futbolçuların əksəriyyətini klublarında oynatmırdılar, ehtiyatda saxlayırdılar və ya əvəzedici komandaya göndərirdilər. Ancaq onlar birləşdilər, komanda xarakterini, ruhunu ortaya qoydular və yekunda çempion oldular. AFFA o zaman komandanın uğurlu çıxışı üçün hər cür şərait yaratmışdı. Klublarımız yerli futbolçuların hazırlanmasında maraqlı olmalı, onları dəstəkləməli, hətta xaricə yollanmalarına çalışmalıdılar. Deyirik milli komanda zəif çıxış edir. Bəs səbəbini niyə qabartmırıq? Yerli futbolçularımız azdı, seçim imkanımız məhduddu, rəqabət zəifdi. Rəqabət olmayan yerdə necə inkişaf, artım ola bilər? Bəs yerli futbolçular harda inkişaf edir? Əlbəttə, klublarda. Niyə klubların uşaq futbolu ilə bağlı fəaliyyətini araşdırmır, diqqətdə saxlamırıq? Vaxtilə U-21-də, U-19-da işlədiyim vaxt bu məsələni tez-tez qabardırdıq. Futbolçu milliyə klubdan hazır gəlməlidi. Çünki yığmanın düşərgəsində 10 gün olur. Bu müddətdə də onun fiziki hazırlığını istədiyin səviyyəyə qaldırasan, ya rəqibə uyğun düşündüyün taktiki çalışmalara üstünlük verəsən?!”
Sonda Yaşar bəy uşaq liqalarında üzə çəxan istedadların itib-batmasını qabardıb: “Vaxt var idi, uşaqların iştirak etməsi üçün çempionat bir yana, turnirlər belə nadir hallarda keçirilirdi. Ən yaxşı halda 1-2 yaş qrupu üzrə komandalar arasında liqalar təşkil edilirdi. Ona görə də aşağı yaş qrupundan ibarət komandalardan oyunçu seçmək çətin olurdu. İndi ən azı 9 yaş qrupu üzrə liqalar təşkil edilir. Sistem elə qurulub ki, 10 yaşlı futbolçu növbəti mövümdə 11 yaşlıların yarışına qatılır və ardıcıl bu minvalla 19 yaşına qədər müntəzəm oyunlar keçirir. Deməli, məşqçilər uşaqlar və gənclərin oyun təcrübəsi qazanması üçün imkanın olmadığını qabarda bilməzlər. Məşqçilərin üzərinə çox yük düşür. Bir var məşq keçmək, bir də var öyrətmək. Biz onları öyrətməliyik. Bizim uşaqlar hər zaman istedadlı olublar, sadəcə, onları düzgün öyrətməli, istiqamətləndirməliyik. İnsafən, dəfələrlə izlədiyimiz aşağı yaş qrupları üzrə finallarda maraqlı oyunlar, istedadlı uşaqlar görmüşük. Ancaq onları sona qədər inkişaf etdirib, əsas komandaya və ümumilikdə futbolumuza qazandırmaq baxımından çox axsayırıq. Halbuki bu çox vacibdi. Bunun üzərində işləməliyik. Məşqçilərimiz diqqətli olmalı, işlərini düzgün qurmalıdılar. Düzdü, hər məşqə gələn uşaqdan böyük futbolçu olmayacaq, ancaq dama-dama göl olar. Biz də ən yaxşıları seçməklə, onlarla taktiki planda işləyib düzgün istiqamətləndirməklə nəticə əldə edə bilərik”.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar