19 iy 13:19olke

“Partizani” getdi, “Dandolk” gəlsin!


Qarabağ (Ağdam) – Partizani (Albaniya) 2:0 (0:0)
Çempionlar Liqası

1-ci təsnifat mərhələsi, cavab oyunu
13. Vaqner da Silva
3. Aylton Silva
4. Rahil Məmmədov
14. Rəşad Sadıqov (k)
5. Maksim Medvedev
8. Miçel
20. Riçard Almeyda
17. Abdulla Zubir
19. Filip Ozobiç
(6. Simeon Slavçev, 73)
9. Xayme Romero
(10. Dani Kintana, 90+4)
7. Araz Abdullayev
(11. Mahir Əmrəli, 78)
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
2. Qara Qarayev
21. Hacıağa Hacılı
30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov

12. Adnan Hoca (k)
23. Esin Hakay
(99. Brayn Braun, 83)
2. Eqzon Beliça
33. Eneo Bitri
22. Labinot İbrahimi
26. Villiam Kordeyro
17. Bruno Teluşi
20. Esat Mala
7. Erald Çinari
(19. Lorents Traşi, 61)
9. Teofilus Solomon
(66. Jozef Ansah Ekuban, 75)
10. Yasir Asani
Ehtiyat oyunçular
1. Daşamir Cika
4. Ron Broya
38. Kristi Kote
90. Emmanuel Mensah
Baş məşqçi: Franko Lerda
Qollar: F.Ozobiç, 51 (1:0). D.Kintana, 90+4 (2:0).
Vərəqələr: M.Medvedev, 38. Miçel, 41. R.Məmmədov, 54. E.Hakay, 64. J.A. Ekuban, 90+2 – sarı.
Hakimlər: DMİTRİ MUNTYAN, Vladislav Lifçu, Andrey Bodyan, Aleksandr Tyan (hamısı Moldova).
Hakim-inspektor: Maykl Foster (İngiltərə).
UEFA nümayəndəsi: Vilyam Yonq (Şotlandiya).
17 iyul. Bakı. Dalğa Arena. 5932 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
İlk oyun - 0:0.
14 (6) qapıya (“çərçivə”yə) zərbə 9 (5)
11 korner 5
2 ofsayd 0
13 qayda pozuntusu 11
3 sarı (qırmızı) vərəqə 2
Bir həftə əvvəl Tiranada qeydə alınan hesab albanlarla müqayisədə ağdamlılar üçün nisbətən sərfəli sayılsa da, təhlükəni yaddan çıxarmaq olmazdı. Çünki ilk oyun rəqibin əks-hücumlarda yetərincə təhlükəli olduğunu göstərmişdi. İyulun 10-da hesab açılmamışdı deyə, Bakıda buraxılacaq hər qola “Qarabağ” 2 qolla cavab vermək məcburiyyətində qalacaqdı. İstənilən halda, durum olduqca təhlükəliydi. Ağdamlılar isə bunun fərqindəydi. Baş məşqçi Qurban Qurbanovun matçöncəsi ehtiyatlı açıqlamaları da buna hesablanmışdı.
Amma nədənsə albanlar inamlı görünürdü. İstər Franko Lerda, istərsə də ayrı-ayrı futbolçular verdiyi açıqlamalarla mərhələ adlayacaqlarına dair inamlarını gizlətmirdilər. Bir sözlə, azarkeşləri “Dalğa Arena”da olduqca maraqlı qarşılaşma gözləyirdi.
Qurbanov çoxlarının gözləmədiyi halda “11-lik”də birdən-birə üç dəyişikliyə əl atmışdı. Ayltonun sol cinahda yer alacağı gün kimi aydın idisə, Mahirlə Kintananın ehtiyatda qalacağı, onların əvəzinə Xayme ilə Arazın ilk dəqiqələrdən meydanda olacağı ağla gəlməzdi. Üstəlik, Araz yeganə hücumçu kimi çıxış etməliydi.
Budəfəki qarşılaşmanın axarının bir həftə əvvəlkindən ciddi mənada fərqlənməyəcəyi dəqiq idi. Qonaqlar qapısında top görməmək üçün müdafiənin qayğısına qalmalı, meydan sahibləri isə rəqib qapısına yol tapmaq üçün əlindən gələn və gəlməyən hər şeyi etməliydi. İlk dəqiqələr vəziyyətin düşündüyümüz kimi olduğunu göstərdi. “Köhlən atlar” ilk dəqiqələrdən topa nəzarət edir, qol vurmaq üçün yollar axtarır, lakin hüç cür istəyinə çata bilmirdi. Zubirlə Ayltonun yer aldığı sol cinah fəallığı ilə seçilsə də, Riçardın da onlara qoşulması həmin “qanaddakı” təzyiqi artırırdı. “Qarabağ” hər şeyi düz edirdi, bircə qalırdı Hocanı məyus etmək. İlk təhlükə 11-ci dəqiqədə Miçeldən gəldi. Almeydanın asmasına başla zərbə vuran ispanın sevinməsinə qapıçı imkan vermədi. Heç 1 dəqiqə keçməmiş Zubirin gözlənilməz və hiyləgər zərbəsi cüzi fərqlə qapının yanından keçdi. Nəhayət, 18-ci dəqiqə – vəziyyətin kökdən dəyişə biləcəyi an. Maksim topu uzaq küncə havalandırır, rəqib oyunçuların oyundankənar vəziyyətdə olduğunu zənn etdiyi Zubir topa yetişir, başla zərbə vurur və... Yüzfaizlik qol imkanı boşa gedir. İlk hissənin əvvəlində hesabın açılmamasının ağdamlı futbolçularda gərginlik yaratmasını başa düşmək olardı. Komanda üzvləri böyük qüvvə ilə irəli atılır, qol vurmağın yollarını axtarırdılar. Elə buna görə də ağdamlıların müdafiəsində boşluqlar nəzərə çarpırdı. Müdafiəçilərin ani diqqətsizliyi bir neçə dəfə baha başa gələ bilərdi ki, ən yaddaqalanı 28-ci dəqiqəyə təsadüf etdi. “Partizani”nin ən fəallarından olan Çinarinin yaxın küncə vurduğu topu Vaqner küncə çıxardı. Yeri gəlmişkən, bu, albanların birinci yarıda ilk və sonuncu korneri kimi yadda qaldı. Ağdamlılar isə ilk 45 dəqiqədə 8 dəfə künc bayrağına yaxınlaşmalı olmuşdu.
“Qarabağ” mərhələ adlamaq üçün ikinci hissənin əvvəlində istəyinə çatmalıydı ki, sonradan psixoloji üstünlük rəqibin tərəfinə keçməsin. Çünki hər ötən dəqiqə tiranalıların xeyrinə işləyəcəkdi. Nəhayət, hər kəsin gözlədiyi qol gəldi. Daha doğrusu, Riçard topu ayağında saxlamaq xəstəliyindən əl çəkib Ayltona ötürmə verdi. Ağdamlıların heyətində debüt matçına çıxan Aylton da cərimə meydançasına gözəl asma etdi. Bir gözlənilməz gediş, bir avantüra və artıq top qapıdadı. Rəqib müdafiəçilərin diqqətindən yayınan bəstəboy Ozobiç qapıçını əks hərəkətdə yaxalamaqla topu başla uzaq küncə göndərdi. Oyunun canlanması üçün məhz bu qol lazım idi. Məhz hesab açılandan sonra meydandakı gərginliklə yanaşı, təhlükəli vəziyyətlərin sayı da artdı. 65-ci dəqiqədə Hoca Arazın zərbəsini qaytarmaqla yadda qaldısa, 10 dəqiqə sonra Vaqner nəyə qadir olduğunu alban həmkarına göstərdi. Braziliyalı qapıçı ardıcıl iki dəfə Solomonun zərbələrinə əla reaksiya göstərməklə əsl xilaskar rolunu oynadı. Qol qonaqlara lazım idi deyə, daha çox onların hücum edəcəyini, təhlükə yaradacağını düşünürdük ki, bu mənada fəallığı meydan sahibləri göstərirdi. Odu ki, Hocanın nəfəs dərmək imkanı olmurdu. 76-cı dəqiqədə Zubir əla imkanı qaçırandan 20 saniyə sonra hücuma qoşulan Rəşadın fərqlənməsinə rəqib qolkiper imkan vermədi. 80-ci dəqiqədə isə yerli azarkeşlər növbəti dəfə başını tutmalı oldu. Slavçev Zubirin əla ötürməsini az qala qapının içindən kənara vurmaqla həm komanda yoldaşlarını şoka saldı, həm də tribunada əyləşənləri. Qaçırılan qol imkanlarından sonra “vurmayana vurarlar” prinsipinin işə düşəcəyinə görə narahat olanlar son saniyələrə qədər “ürəyini yeməyə” məcbur idi. İnsaf naminə, burda rəqibin böyük qüvvə ilə irəli atılmasının və ardıcıl künc zərbələri yerinə yetirməsinin də rolu vardı. Albanlar məqsədlərinə çata bilməyincə, bunu “Qarabağ” bacardı. Meydana yenicə daxil olan Kintana qazona ayaq basdığı dəqiqədə həmyerlisi Miçelin əla ötürməsindən sonra özünəməxsus solaxay zərbə ilə oyunda son nöqtəni qoydu. Bu həm də “köhlən atlar”ın avrokuboklarda 100-cü qolu kimi tarixə düşdü.
Beləliklə, kifayət qədər gərgin alınan 90 dəqiqənin tamamında Azərbaycan çempionu növbəti mərhələyə adladı. Ağdamlıların növbəti mərhələdəki rəqibi dünən “Riqa”nı yalnız oyunsonrası penalty seriyasında üstələyən “Dandolk” olacaq. İlk oyun iyulun 23-ü və ya 24-ü səfərdə, cavab görüşü isə 30-u və ya 31-i Bakıda olacaq.
HƏBİB

Gözdən qaçmadı
* Bilet satışı ilə bağlı açıqlanan son məlumata (günorta saatlarında 5 mindən çox bilet satıldığı açıqlanmışdı ki, bu da 6500 yerlik stadionun 80 faizdən artığı deməkdi) əsasən "Dalğa Arena"da anşlaq olacağı gözlənilirdi. Klubun emblemləri ilə nişanlanmış avtobuslar hər 10-15 dəqiqədən bir "Koroğlu" metrostansiyasının yanındakı dayanacaqdan Mərdəkana yola düşərək azarkeşləri mənzil başına çatdırırdı. Jurnalistlər saatyarım əvvəl stadiona çatanda da tribunalarda tərəfdarlar var idi. Əksəriyət isə arenanın çölündə vaxt keçirir, oyun saatının yaxınlaşmasını gözləyirdi. Xeyli vaxt qaldığından içəri daxil olanlar sakit oturmuşdular. Ancaq sözləri Rəfiq Zəka Xəndana, musiqisi Bəhram Nəsibova aid olan "Qarabağ" mahnısının səsləndirilməsi canlanmaya səbəb oldu. Fit səsləri və alqışlarla müşayiət olunan mahnı həm də içəri axına təkan verdi.
* Qonaqlar isinmə hərəkətləri üçün meydana ayaq basar-basmaz təzyiqlə üzləşdi. Bütün stadion rəqib futbolçuları uğultu ilə qarşıladı.
* Media nümayəndələri üçün ayrılan yemək otağı jurnalistlərə dar gəldi. Təxminən 20-30 nəfərlik məkanda 50-yə yaxın mətbuat nümayəndəsi var idi ki, belədə əksəriyyət otağın boşalmasını gözləməli oldu. İnsafən, yemək hər kəsə çatacaq qədər idi.
* Hesabda geri düşəndən sonra rəqib baş məşqçi Franko Lerda əsəblərinə hakim ola bilməyib su qabını təpiklədi. Yad əşya meydana düşdü ki, Maksim Medvedev onu kənara atdı. Oyunda fasilə yaranan kimi isə baş hakim "Partizani"nın çalışdırıcısına yaxınlaşıb ona sarı vərəqə göstərdi.
* Millinin baş məşqçisi Nikola Yurçeviç köməkçiləri ilə birgə oyunu izləyirdi.
* İlk qolu vuran Filip Ozobiç “Qarabağ”ın Çempionlar Liqasında 30-cu qolunun müəllifi oldu. Yekun nəticəni müəyyənləşdirən Dani Kintana isə ağdamlıların tarixinə 100-cü avrokubok qolunun müəllifi kimi düşdü.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar