18 iy 17:13olke

“Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun


Dünən növbəti mərhələyə vəsiqəni bayram edən “Qarabağ”ın ardından Avropa Liqasındakı təmsilçilərimiz də bu gün növbəti sınağına çıxacaq. Ötən həftə “Universitatya” ilə Bakıda keçirilən görüşdə uduzan “Səbail” Rumıniyaya möcüzə arxasınca yollanıb. “Sperantsa” səfərindən darmadağınla dönən və cütün taleyini, demək olar, həll edən “Neftçi” isə Moldova təmsilçisi ilə formal görüşə çıxacaq. Hər iki oyun canlı yayınlanacaq. Ancaq bu dəfə əksinə olacaq: “CBC Sport” “Səbail”in oyununu özü göstərəcək, “Neftçi”nin oyununu isə “CBC İnternational” vasitəsilə təqdim edəcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunları
Universitatya (Rumıniya) - Səbail
Hakimlər: HELGİ YONASSON, Yohan Qudmundsson, Brayngeyr Valdimarsson, İvar Kristyasson (hamısı İslandiya).
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə).
UEFA nümayəndəsi: Roy Katxart (Şimali İrlandiya).
18 iyul. Krayova. "İon Oblemenko" stadionu. Saat 20.00
İlk oyun – 3:2.
Ən azı ilk oyunun axarına əsasən “Səbail”in şansının az olduğunu deyə bilərik. Premyer-liqanın bürünc mükafatçısı “ASCO Arena”da təşəbbüsü tam rımınlara vermiş, özü əks-hücumlara bel bağlamışdı. Başqa sözlə, qonaqlar dominantlıq edən tərəf idi. Aftandil Hacıyevin komandasının səfərdə də eyni taktika ilə meydana çıxacağını deyə bilərik. İnsafən, əks-hücumlar kəsərli alınırdı. Ancaq müdafiənin bərbad, qapının etibarsız olması “Universitatya”nın işini asanlaşdırırdı. Nəticədə rəqib Bakıdakı oyundan 3:2 hesabı ilə qalib ayrılmağı bacardı. “Dənizçilər” bu dəfə müdafiədə etibarlı oynayacağına ümid edir. Hərçənd mərkəz müdafiəçilərindən biri - Elvin Yunuszadə zədəlidi və meydana çıxıb-çıxmayacağı sual altındadı. Belə olacağı təqdirdə Aftandil Hacıyevin Vüqar Bəybalayevi arxaya çəkəcəyi güman olinur. Ümumiyyətlə, bu və başqa səbəbdən heyətdə bir neçə dəyişiklik gözlənilir. Çox güman, ilk qarşılaşmada sonradan meydana çıxan və komandasının oyununu gücləndirən, Ağabala Ramazanovun vurduğu ikinci qola assisentlik edən Fəhmin Muradbəyli bu dəfə ilk dəqiqələrdən meydanda olacaq. Bundan başqa, Maykl Essyenin də sonradan oyuna qoşulmaq ehtimalı var. Belə olan halda mərkəzdə Rahid Əmirquliyev, Dilan Duventru və Yevgeni Koçuk “üçlüy”ünü ilk “11-lik”də görə bilərik.
Qeyd edək ki, “Universitatya” – “Səbail” matçını İslandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Helgi Yonasson olacaq. Ona Yohan Qudmundsson və Brayngeyr Valdimarsson kömək edəcək. 4-cü hakim funskiyasını isə İvar Kristyasson yerinə yetirəcək. Hakimlərin işinə Türkiyədən olan hakim-inspektor Mehmet Murat İlqaz qiymət verəcək. UEFA nümayəndəs Şimali İrlandiyadan olan Roy Katxartdı.
Neftçi - Sperantsa (Moldova)
Hakimlər: YULİAN VEYNBERGER, Maksimilian Kolbitş, Mixael Nemets, Andreas Hays (hamısı Avstriya).
Hakim-inspektor: Albano Yanku (Albaniya).
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan).
18 iyul. Bakı. Bakcell Arena. Saat 21.00
İlk oyun – 3:0.
“Sperantsa” ilk oyunda “Neftçi”yə xeyli problem yaratdı. Əvvəl yayın məsələsini ləngitdi, daha sonra meydanı sulamamaqla süni əngəl olmağa çalışdı, cığallıq etdi. Buna baxmayaraq, Roberto Bordinin komandası “Sperantsa”ya qulaqburması verdi. Bəlkə də nəticəyə əsaslanıb bugünkü görüşə formal yanaşmaq olardı. Ancaq avrokubok mövsümünə inamlı qələbə ilə başlayan “ağ-qaralar”ı “Bakcell Arena”dakı görüşə daha bir məqam motivasiya edir. Məsələ burasındadı ki, Moldova təmsilçisinin baş məşqçisi Kristian Efros Kişinyovda oyunsonrası mətbuat konfransında “Neftçi”nin qələbəsinə kölgə salaraq, bizimkilərin uğurunda “üçüncü qüvvənin rolu” olduğunu vurğuladı. Ola bilər, hansısa qolda hakim səhvi olsun. Ancaq bütövlükdə “Neftçi”nin üstünlüyünü danmaq axmaqlıqdı. Çox güman, flaqman “Sperantsa”ya yenə güzəşt etməyəcək və fərqli qələbə ilə gücünü bir daha ortaya qoyacaq.
Mümkündü ki, Roberto Bordin bu dəfə heyətdə müəyyən dəyişikliklər etsin. Hər halda, hesabdakı arxayınlıq buna imkan verir. Necə ki Bordin Moldovada hesab 3:0 olandan sonra gənc İsmayıl Zülfüqarlını meydana buraxmışdı. İtaliyalı mütəxəssisin bu dəfə Rəhman Hacıyevlə Namiq Ələsgərovu ilk dəqiqələrdən meydana buraxması mümkündü, hətta zədə səbəbindən səfərdə oynamayan Soni Mustivarla Baqali Dabonu da meydanda görə bilərik.
Təyinatlara gəlincə, UEFA “Bakcell Arena”da reallaşacaq qarşılaşmanı Avstriyadan olan ədalət təmsilçisinə həvalə edib. Oyunun baş hakimi Yulian Veynberger olacaq. Ona Maksimilian Kolbitş və Mixael Nemets kömək edəcək. 4-cü hakim funksiyasını isə Andreas Hays yerinə yetirəcək. Oyunun hakim-inspektoru Albaniyadan olan Albano Yanku, UEFA nümayəndəsi bolqarıstanlı İvan Lekovdu.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar