17 iy 15:43olke

Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır


“Məndən güclü olacaqsa, oynasın, fayda versin”
“Neftçi”nin yetirməsi kimi tanınan, bu komandanın formasında vurduğu qollarla ad çıxaran, yekunda milliyə dəvət alan Mirabdulla Abbasov artıq “Səbail”in uğurları üçün tər tökür. “Futbol+”in ümummilli sorğusunda 2018-in ən yaxşı futbolçusu adını qazanan hücumçunun gələcək taleyi mövsüm başa çatandan sonra xeyli müzakirə olunurdu. Klub rəhbərliyi Abbasovu buraxmaq istəməsə də, səbəbkar iş yerini dəyişməkdə israrlıydı. Nəticədə “dənizçilər”ə icarəyə verildi.
Mirabdulla artıq yeni komandasında debüt etməyə imkan tapıb. “Universitatya” ilə qarşılaşmada start heyətində yer alan forvard çox çalışsa da, qol hesabını aça bilmədi. Oyundan sonra sosial şəbəkədə onu qınayanların sayı isə çox idi. Danışmaqla arası olmayan futbolçu ilə dünənki söhbətdə bəzi məqamlara toxunmaq, suallara aydınlıq gətirmək istədik.
- Məğlubiyyətdən sonra özünüzə gəlmisiz?
- Həmişəki qaydada məşq edir, oyuna hazırlaşırıq. Faciəvi hadisə baş verməyib. Bütün komponentlərdə bizi üstələyən rəqibə 2:3 hesabıyla məğlub olmağı dünyanın sonu adlandırmaq olmaz. Əlbəttə, ən azı Bakıda qalib gəlmək istəyirdik. Və bunun üçün əlimizdən gələni etdik.
- Deməli, səfər ərəfəsində kollektivin əhval-ruhiyyəsi yerindədi.
- Əlbəttə. Dediyim kimi, ciddi heç nə olmayıb. İlk oyundakı nəticəni düşünməli olsaq, gərək meydana çıxmayaq. Həmin matç oldu və bitdi. İrəli boylanmalı, gücümüzə inanmalıyıq. Rumıniyaya rəqibə təslim olmağa yox, mübarizə aparıb sərfəli nəticə qazanmaq üçün gedirik.
- “Universitatya”nı səfərdə məğlub edəcəyinizə inanırsan?
- Futbolda mümkünsüz nəsə var? Özünüz də görürsüz ki, heç kimin ağlına gəlməyən nəticələr qeydə alınır. Ona görə də ümidsizliyə qapılmağa ehtiyac yoxdu. Futbolumuzu oynayacağıq, əsas odu ki, əla düşən imkanlardan maksimum yararlanaq. 90 dəqiqə toparlanmalı, durmadan mübarizə aparmalıyıq.
- Mərhələ adlamaq üçün ya qollu və 1 top fərqli qələbə qazanmalısız, ya da rumınları 2 top fərqi ilə udmalısız...
- Bilirəm. Burda möcüzə görmürəm. Komanda yoldaşlarıma və özümə güvənirəm.
- “Səbail”də özünü necə hiss edirsən?
- Hər şey qaydasındadı. Məni təəccübləndirəcək, yaxud narahatlıq yaradacaq heç nə yoxdu. Əksəriyyəti əvvəldən tanıdığım uşaqlardı. Bəziləri ilə “Neftçi”nin əsas, bəziləri ilə əvəzedici komandasında, bir neçəsi ilə “Sumqayıt”da çıxış etmişəm. Ona görə də uyğunlaşma ilə bağlı problem yaşamadım. Gələn gündən özümə qarşı elə münasibət gördüm ki, sanki neçə illərdi “Səbail”də oynayıram. Nədənsə gileylənə bilmərəm.
- Amma meydanda hiss olunurdu.
- Nə?
- Komandada yeni olmağın.
- Nə mənada?
- “Neftçi”dəki qədər rahat deyildin, sanki nəsə çatmırdı.
- Kənardan belə görünübsə, nəsə deyə bilmərəm. Siz məndən özümü necə hiss etdiyimi soruşduz, mən də cavab verdim. Hər halda, oyuna və futbolçuya qiymət vermək sizin işinizdi.
- Sosial şəbəkə istifadəçiləri də “Neftçi”də görməyə alışdıqları Mirabdullanın özünə bənzəmədiyini yazırdılar.
- Hər adamın öz baxışı, öz fikri var. Kiməsə “niyə belə düşünürsən?” deyə bilmərəm axı. Yəqin qol vura bilməmişəm deyə bu fikirdədilər. Öz oyunuma qiymət verməyi xoşlamıram. Mənim işim meydanda verilən tapşırığı yerinə yetirməkdi. Həmin gün də bunun üçün çalışırdım.
- “Neftçi”dəki çıxışının davamını “Səbail”də gətirə biləcəksən?
- Bura oynamaq, komandama fayda vermək və sonda uğur qazanmaq üçün gəlmişəm. İndidən desəm ki, elə edəcəm, belə edəcəm, yaxşı çıxmaz. Futbolçu sözünü qazonda deməlidi. Əlimdən gələni edəcəm, qalanı Allahın işidi.
- “Səbail”də tipik hücumçu ancaq sənsən. Aftandil Hacıyev rəqabət üçün bu mövqeyə yeni futbolçunun cəlb olunmasının vacibliyini qeyd etmişdi. Səncə, ehtiyac var?
- Həmişə demişəm, yenə eyni fikirdə qalıram: inkişaf üçün rəqabət vacibdi. Rəqabətin ziyanı yoxdu, əksinə, üzərimə düşən məsuliyyəti bir az da artıracaq.
- Dediyin rəqabət “Neftçi”də də var idi. Nəticədə Üqo Barqas, Daniel Seqoviya, Canluka Sansone kimi əcnəbilərin “kölgəsində qalmalı” olurdun.
- Bunlar karyeramdakı xoşagəlməz anlardı. Amma mənimlə hansısa əlaqəsinin olduğunu düşünmürəm. Baş məşqçilərin qərarı olub, mən də hörmətlə yanaşmışam. “Neftçi”dən getmək istəyimin səbəbi də lazımi qədər oynamamağım idi. Bunu hamı bilir.
- İşarəni ona vururam da. Sabah “Səbail”ə legioner hücumçu gələr və bu dəfə onun ehtiyatında qalarsan...
- Məndən güclü olacaqsa, oynasın, fayda versin. Əksinə, mən buna sevinərəm.
- “Səbail”in növbəti çempionat üçün hədəfi nədi?
- Bu suala klub rəhbərliyi, ya da baş məşqçi cavab verə bilər. Mən öz hədəfimi deyə bilərəm ki, hər oyuna lazımınca köklənib, 90 dəqiqə ərzində komandama fayda vermək.
- Məgər klub rəhbərliyi sizinlə söhbət etməyib? Hədəflərdən söz açmayıb?
- Bəlkə də bu haqda nə vaxtsa söhbətimiz olacaq. Hələ ki bu mövzuda söhbət olmayıb. Avroliqanı düşünürük, oyunlara hazırlaşırıq.
- Hə, bir də bir ay əvvəldən qalan sual var. Viza probleminə görə Bolqarıstan toplanışına gec qoşulmuşdun. Məgər millidə olanda sənə viza açılmamışdı?
- Var idi, vaxtı qurtarmışdı. Ötən ilin mayında açılan viza idi, onun da 1 illik müddəti mayda başa çatmışdı. Ona görə də yeni viza üçün bir az gözləməli olduq.
- İndiki vizan birillikdi?
- Bəli.
- Rumıniyaya getməyində problem olmayacaq?
- Hansısa problemin olacağına inanmıram. Sənədlərim qaydasındadı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar