17 iy 10:01olke

“Sumqayıt 70”dən yubiley hədiyyəsi


Ötən saylarımızın birində “Topaz Futbol Festivalı 2019”un zonalar üzrə seçmə mərhələ oyunlarının başa çatdığını, final mərhələsinin iyulun 14-də Şağan Olimpiya Kompleksində keçiriləcəyini xəbər vermişdik. Bazar günü adını qeyd etdiyimiz kompleksdə 8 komanda – “Sumqayıt 70”, “Xırdalan”, “Füzuli”, “Xəzər Lənkəran”, “Kürmük”, “Gəncə Şərab-2”, “Quba” və “Novxanı” çempionluq uğrunda mübarizə apardı. Olimpiya sistemi ilə keçirilən tunirin həlledici qarşılaşmasında “Sumqayıt 70” ilə “Xırdalan” üz-üzə gəldi.
Sumqayıt 70: Seymur Bəydəmirov, Kənan Hacıyev, Orxan Ağayarzadə, Azər Mehdiyev (k), Samir Abdulov, Musa Rəhimov, Ruslan Poladov, Sabir Allahquliyev, Rəşad Muradov, Tofiq Mikayılov.
Baş məşqçi: Fərhad Həsənov.
Xırdalan: Rəfail Kərimov, Anar Məmmədov, Elşən İbrahimov, Ülvi Hacıyev, Elvin İbrahimov, Ülvi Bağırlı (k), Fərda Rəhimli, Tural Məmmədrzayev, Elmir Məmmədov, Rasif Səfiyarov.
Final qarşılaşması adına layiq şəkildə keçdi. Gərgin mübarizə, meydanada olanların bir-birinə güzəşt etməməsi, baxımlı qollar azarkeşlərə həyəcanlı anlar yaşatdı. Finala qədər 3 oyun keçirən hər iki komandanın yorğunluğu hiss olunsa da, futbolçular son güclərini toparlayıb məğlub olmamağa çalışırdılar. Bərabər səviyyədə keçən matçda əsas vaxt 2:2 hesabı ilə başa çatdığından penalti vuruşlarına ehtiyac duyuldu. “Lotereya”da daha dəqiq olan sumqayıtlılar festivalın qalibi olmaqla yanaşı, birinci yer üçün nəzərədə tutulan 1000 manatın qəbzini də əldə etdilər. “Xırdalan”ın qazancı isə 600 manat təşkil etdi. Bürünc medalları və 400 manatı “Xəzər Lənkəran”ı məyus edən “Füzuli” qazandı. Final görüşündən sonra təşkilatçılar qalibə medal, dioplom, pul mükafatı ilə yanaşı, kubok da təqdim etdi. Digər mükafatçılar da yaddan çıxmadı. Onlara da medallar və “Topaz” tərəfindən hədiyyələr təqdim olundu.
Mövsümlərarası fasilədə, azarkeşlərin futbol üçün darıxdığı bir dönəmdə belə turnirlərin təşkili çox yaxşı haldı. Bazar günü Şağan Olimpiya Kompleksində təşkil olunan tunirdən həm iştirakçılar zövq aldı, həm də tamaşaçılar. Təəssüf ki, tunirdə nə bir futzal klubunun, nə də gənclər millisinin məşqçilər korpusunda yer alan mütəxəssisləri gördük. Halbuki yarışa qatılan bəzi komandaların heyətində çox istedadlı gənc və yeniyetmə oyunçular görmək mümkün idi. Təəssüf ki, bizim məşqçilər özlərinə əziyyət verib belə yarışları izləmirlər, sonra da deyirlər ki, bizdə gənc futzalçılar yoxdu. Var, çox hörmətli mütəxəssislər, sadəcə, onları tapıb üzə çıxarmaq, bir qədər də üzərində işləmək lazımdı. Siz isə bunu etmək əvəzinə hazır material istəyirsiz, xaricdən oyunçu dəvət etməklə asan yola baş vurursuz. Onu da unutmayın ki, çay evlərində qəlyan çəkməklə, dost-tanışla çimərlikdə əylənməklə iş bitmir. Arada iş də görmək lazımdı.
Turnirin sonunda qalib komandanın baş məşqçisi Fərhad Həsənovun fikirlərini öyrəndik: “Sumqayıt 70” zonada ikinci yerin sahibi kimi final mərhələsinə vəsiqə qazanmışdı. Açığı, yarışdan əvvəl düşünürdük ki, seçmə mərhələni asanlıqla keçib, final mərhələsində də hamıdan üstün olacağıq. Heyətdə yer alanların, demək olar ki, hamısı vaxtilə futbol oynamış, bu gün Region Liqasında çıxış edən futbolçulardı. Ancaq seçmə mərhələdə keçirdiyimiz matçlardan sonra gördük ki, bütün kollektivlər turnirə ciddi önəm verirlər. Final mərhələsində heç kim asan təslim olmaq istəmirdi. Ona görə də görüşlərin əksəriyyətində qalibi müəyyənləşdirmək üçün penalti vuruşlarına ehtiyac duyuldu. Hər komandanın heyətində tanınmış oyunçulara rast gəlmək mümkün idi. Komandamız sonda istəyinə çatdı və turnirin qalibi olmağı bacardı. Bu il şəhərimizin 70 illiyi qeyd olunduğundan kollektiv olaraq belə qərara gəldik ki, adımızı elə “Sumqayıt 70” qoyaq. Qazandığımız kuboku da şəhərimizin yubileyinə həsr edirik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar