17 iy 09:59olke

“Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı

“Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı
“Sperantsa” ilə səfər oyununda “Neftçi” üç cavabsız qolla qalib gəldi. Bununla da paytaxt təmsilçisi cütün taleyini böyük ölçüdə həll etdi. Ancaq “ağ-qaralar”ın istər rəhbərliyi, istər məşqçiləri, istərsə də futbolçuları açıqlamalarında növbəti mərhələ haqda düşünmədiklərini dilə gətirib, Moldova təmsilçisi ilə cavab oyununu qabardıblar. Qeyd edək ki, “Sperantsa” ilə Bakıdakı qarşılaşma iyulun 18-də “Bakcell Arena”da reallaşacaq və saat 21.00-da başlayacaq. Ümumilikdə “Neftçi” ilə bağlı informasiyaları diqqətinizə çatdıraq.
Səfər oyununda yaşananlar
“Sperantsa”nın hələ ilk görüşdə “ağ-qaralar”a o qədər də qonaqpərvər davranmadığını bilirsiz. Klub prezidentinin və onun oğlunun özündənrazı açıqlamalarını kənara qoyuruq. Əvvəlcə yayın məsələsində problem yaradıldı, 15 min avro qiymət oxundu. Nisporeni təmsilçisinin başqanı Petru Efros bir qəpik də aşağı düşməyəcəyini desə də, sonda yayın hüququnu 3 dəfə az qiymətə “Neftçi”yə satdı. Bundan başqa, oyundan öncə də “ağ-qaralar” bəzi arzuolunmaz hallarla üzləşdilər. Bunlardan biri də qazonun sulanmaması idi. Nəticədə top yaxşı hərəkət etmirdi. Eşitdiyimizə görə, hətta ot örtüyünün biçilməsi zamanı da moldovalılar rəqibə çətinlik yaratmaq niyyətlərini həyata keçirməyə çalışıblar. Üstəlik, “Neftçi”nin futbolçularından bəziləri topdan da narazı qalmışdılar. Nəzərə alaq ki, bu cür məsələlərdə UEFA-nın standartları əsas götürülməlidi. Əks halda, qitə futbol qurumu klubu cəzalandırar. Maraqlıdı, “Neftçi” UEFA nümayəndəsinə narazılığını çatdırıb? Paytaxt klubunun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə danışdıq: “Təbii, biz oyun günü baş tutan UEFA-nın iclasında, matçdan öncə isə qitə futbol qurumunun nümayəndəsinə və klub rəsmilərinə bildirdik ki, heç olmasa, qazon sulansın. Özünüz də gördüz ki, ot sulanmamışdı və bu da topun hərəkətinə çox böyük maneə törədirdi. Ancaq belə məsələlərdə əsas söz sahibi meydan sahibi olduğuna görə UEFA onların fikrini nəzərə alır. Məhz bu üzdən qazonun sulanması ilə bağlı istəyimizə nail ola bilmədik. Topa gəlincə, onların oynadıqları idi. Komandamız da ona uyğunlaşmamışdı. Düzdü, futbolçular topla bağlı narazılıqlarını bildirmişdilər. Ancaq rəqibin təklif etdiyi idi və onunla da razılaşmaya bilməzdik”.
“Arsenal” müraciət etməyib
Yuxarıda da qeyd etdiyimiz kimi, “Neftçi”, demək olar, cütün taleyini həll edib. Avroliqanın 2-ci mərhələsində isə flaqmanın rəqibi Tula “Arensal”ı olacaq. Hər nə qədər ruslar 2-ci təsnifat mərhələsində favorit göstərilsə də, “ağ-qaralar”ı dəyərləndirməmələri inandırıcı deyil. Bu üzdən “Sperantsa” ilə cavab oyununa “Arsenal”ın nümayəndə göndərəcəyi istisna deyil. Düzdü, hazırda texnologiya elə səviyyədədi ki, istənilən komanda haqda informasiya toplamaq su içmək qədər asandı. Söhbət Rusiyanı avrokuboklarda təmsil edən klubdan gedirsə, ümumiyyətlə, həmin məqam problem olmamalıdı. Bütün bunlara baxmayaraq, oyunu canlı izləməklə videoyazı eyni effekt vermir. Bu birmənalıdı. Yəqin ki, Tula təmsilçisinin Bakıya nümayəndə göndərmək fikri olsa, “Neftçi”yə müraciət edəcəklər. Lakin dünən Rüstəm Allahverdiyevlə danışanda, o, “Arsenal”dan heç bir müraciət almadıqlarını söylədi.
Avstriyalı hakimlər
Artıq matçın hakimləri bəllidi. UEFA “Bakcell Arena”da reallaşacaq qarşılaşmanı Avstriyadan olan ədalət təmsilçisinə həvalə edib. Oyunun baş hakimi Yulian Veynberger olacaq. Ona Maksimilian Kolbitş və Mixael Nemets kömək edəcək. 4-cü hakim funksiyasını isə Andreas Hays yerinə yetirəcək. Veynberger cəmi iki ildi FİFA referisidi. İndiyədək 9 beynəlxalq oyun idarə edib. Ötən ilə təsadüf edən həmin qarşılaşmalarda ümumilikdə 32 sarı, 1 qırmızı vərəqə göstərib, 4 dəfə penalti təyin edib. Əsasən aşağı yaş qrupu yığmalarının seçmə mərhələ və əsas millilərin yoldaşlıq görüşlərini idarə edib. Veynberger avrokuboklarda hələlik yeganə oyununu ötən yay ÇL-in 1-ci təsnifat mərhələsində idarə edib. "Neftçi" - "Sperantsa" matçı avstriyalının bu il ilk təyinatıdı. Daha öncə bizimkilərdən heç birininin oyununda görünməyib.
Biletlər satışa çıxarıldı
“Sperantsa” ilə oyunun biletləri dünəndən satışdadı. Qiyməti 2, 5, 20 (VİP) və 100 manat (sky-box) olan biletləri “Bakcell Arena”nın kassalarından, həmçinin “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzinin 1-ci mərtəbəsi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarından və “Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündü. Kassalar hər gün saat 10.00-dan 21.00-dək işləyir.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
16-08-2019, 22:54 Mehdi “Sumqayıt”a tramplin kimi baxır 16-08-2019, 22:50 Əfran İsmayılov 10 min manata razılaşdı 16-08-2019, 19:09 Tahir Gözəl yeni transferin olmayacağını dedi 16-08-2019, 19:06 Doll meydanda ürək qoyan yetirmələriylə qürur duyur 16-08-2019, 19:02 Əfqan Həmzəyev hakimin iki kobud səhvini qabartdı 16-08-2019, 19:00 “Növbəti həftə böyük oyunumuz olacaq” 16-08-2019, 18:59 “Qarabağ” ÇL-dən qovuldu, AL-də pley-off oynayacaq 16-08-2019, 18:56 Şensoy Rəşad Sadıqova söz atdı 16-08-2019, 18:54 “Alman cəmi bir neçə gün ərzində “Qarabağ”ı “oxumaqla” güclü və zəif cəhətlərini öyrəndi” 16-08-2019, 18:51 “Zirə” müqavilələri sıraladı 16-08-2019, 18:50 Biro Jade Qazaxıstan klubunda 16-08-2019, 18:48 “Sabah” çempionu darmadağın etdi 16-08-2019, 12:51 “Neftçi-2” ərəblərlə bacarmadı 16-08-2019, 12:46 “İdman Azərbaycan” telekanalından görünməmiş irqçilik 13-08-2019, 10:38 Riçard Almeyda De Vinsentinin zərbəsinə görə uzanıbmış 12-08-2019, 23:31 Aleksey “Sumqayıt”dan 100 min dollar qarşılığında gedə bilər 12-08-2019, 23:29 “Mən klubdan yox, klub rəhbərliyi məndən ayrılmaq istədi” 12-08-2019, 23:13 İsraildə “daşlar yerinə oturacaqmı?” 12-08-2019, 23:08 Ceyhun Haşımov fransalının işini dəyərləndirdi 12-08-2019, 23:06 Ben Ari “Neftçi”yə qarşı oynamayacaq 12-08-2019, 23:03 Obradoviç 23 nəfərə dəvət göndərdi 12-08-2019, 21:35 “Qarabağ” yenilənmiş APOEL-in yolunu gözləyir 12-08-2019, 21:32 Ciu-citsu Federasiyasında hakimiyyət uğrunda mübarizə gedir 12-08-2019, 21:28 Mövqeyimizdə dəyişiklik baş vermədi 12-08-2019, 21:26 "Səbail" bu dəfə ərəblərlə bacarmadı 12-08-2019, 21:20 AFFA-da jurnalistlər üçün seminar keçirildi 12-08-2019, 21:17 “Qəbələ” “hərbçilər”i darmadğın etdi 12-08-2019, 21:13 İki günə 8 min biletin satılması yunanları təəccübləndirib 12-08-2019, 21:08 “Baş məşqçimiz bir həftə idi bizi bu oyuna hazırlayırdı” 12-08-2019, 21:04 Transfer dosyesi 9-08-2019, 13:19 Ramin Musayevin açıqlaması “Topaz” rəhbərliyini qıcıqlandırıb 9-08-2019, 13:18 Hakimlərin qonorarı divizion klublarını çətinə salıb 9-08-2019, 13:17 Duventru "Səbail"i tərk etdi 9-08-2019, 13:13 İlk dəfə Bakıda - "Abu Dhabi İnternational Pro" 9-08-2019, 13:10 Səfər 2:1-i gözəl hesabdı! 9-08-2019, 13:08 Fan ID – təhlükəsizliyə xidmət edən, yoxsa azarkeşləri tribunadan uzaq salan sistem? 9-08-2019, 13:07 Bədbəxtlər... 9-08-2019, 13:06 Qol yunanları çox ümidləndirib 9-08-2019, 13:04 PFL tender elan etdi 9-08-2019, 13:03 APOEL-lə oyunun biletləri satışda! 9-08-2019, 13:00 “Qarabağ” pley-offun qapısını araladı 9-08-2019, 12:54 Premyer-liqa klubu Dadaşovu transfer etdi və icarəyə verdi 9-08-2019, 12:49 Natalya Məmmədova karyerasını bitirdi 9-08-2019, 12:48 Tofiq Rzayevin xatirə turniri keçirilir 9-08-2019, 12:45 Səməd Nəsibov “Qəbələ”dən ayrıldı 9-08-2019, 12:35 “Yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi” 9-08-2019, 12:33 APOEL heç vaxt məğlubiyyətin əvəzini çıxa bilməyib 9-08-2019, 12:12 UEFA pul gölündə üzür... 8-08-2019, 13:15 2019/20 mövsümünün püşkü atıldı 8-08-2019, 13:13 “Keşlə”də paraqvaylı hücumçu 8-08-2019, 13:12 “Sumqayıt” “Persepolis”in forvardı ilə güclənir 8-08-2019, 13:09 “Qarabağ” “Neftçi”nin 2012-də qaldığı oteli seçib... 8-08-2019, 13:07 “Sabah”: dördüncü oyunda 2-ci məğlubiyyət 8-08-2019, 13:04 Platellas kiçik fanatını sevindirdi 8-08-2019, 12:56 “Qəbələ” yola mövcud heyətlə davam edəcək 8-08-2019, 12:50 “Qəbələ”yə iki qol bəs etdi 8-08-2019, 12:41 “Qarabağ” “Ayaks”ı Bakıya gətirə bilər Bütün xəbərlər
Ən çox oxunanlar